Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

Tanınmış dilçi alim Rəhilə Məhərrəmovanın 100 illik yubileyi qeyd olunub - FOTO

Tanınmış dilçi alim Rəhilə Məhərrəmovanın 100 illik yubileyi qeyd olunub - FOTO

Dekabrın 1-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Rəhilə Məhərrəmovanın 100 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib.

tehsilmedia.info xəbər verir ki, bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Tədbiri açan institutun baş direktoru professor Nadir Məmmədli Rəhilə Məhərrəmovanı Azərbaycan dilçiliyində öz yeri, mövqeyi, istiqaməti, dəst-xəti olan görkəmli alimlərdən biri kimi xarakterizə edib.

Məlumat verilib ki, Rəhilə Məhərrəmova 1923-cü ildə Bakıda anadan olub. 1945-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirib. 1949-cu ildə namizədlik, 1969-cu ildə doktorluq dissertasiyalarını müdafıə edib. 1945-ci ildən Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsində kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb. Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında yaradılmış Dövlət Dil Komissiyasının üzvü olub.

Diqqətə çatdırılıb ki, alimin dil tarixi, üslubiyyat, leksikologiya və dialektologiyaya dair 8 kitabı, 200-dən artıq məqaləsi respublika və xarici ölkələrdə, habelə bir məqaləsi UNESCO-nun xətti ilə bir neçə dildə nəşr olunub. O, onlarla əsərin elmi redaktoru, respublika və xarici ölkələrin elmi şuralarında doktorluq dissertasiyalarının rəsmi opponenti olub. İlk dilçi qadın alim Rəhilə Məhərrəmovanın “Sabirin söz dünyası” (2006), “Kitabi-Dədə Qorqud”un söz xəzinəsi” (2007) adlı böyük həcmli kitabları onun yaradıcılıq potensialının real göstəriciləridir.

Seminarda professor Sevil Mehdiyeva “Xatirələr”, filologiya üzrə fəlsəfə doktoru, dosent Reyhan Mədətova “Rəhilə Məhərrəmovanın həyat və yaradıcılığı”, filologiya elmləri doktoru, dosent Vahidə Cəfərzadə “Tarixdə iz qoyan alim” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə bildirilib ki, Azərbaycan dilçiliyi tarixində professor Rəhilə Məhərrəmova qayğıkeş alim kimi yüksək ad qazanıb. Azərbaycanda dilçi kadrların hazırlanmasında professor Rəhilə Məhərrəmovanın böyük əməyi var.

Elmi seminarın sədri professor Sayalı Sadıqova vurğulayıb ki, Rəhilə Məhərrəmova 1969-cu ildə “Sabirin satirik əsərlərinin leksikası”, 1976-cı ildə isə “Sabirin dili” kitablarını nəşr etdirib. Alimin tədqiqatları nəinki respublika dilçilərinin, həmçinin bir çox türkoloqların diqqətini cəlb edib.

Sonra professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Aynel Məşədiyeva, dosentlər Baba Məhərrəmli, Kifayət İmamquliyeva və Qətibə Mahmudova Rəhilə xanım haqqında xatirələrini bölüşüblər.

Alimin qızı, Bakı Dövlət Universitetinin müəllimi professor Sevinc Məhərrəmova tədbirin təşkilatçılarına və institut rəhbərliyinə minnətdarlığını bildirib.

Tanınmış dilçi alim Rəhilə Məhərrəmovanın 100 illik yubileyi qeyd olunub - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər