Xəbər lentiwidget-title-icon

Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb

Astronomlar ilk dəfə qonşu qalaktikadakı ulduzda protoplanetar disk kəşf ediblər

Astronomlar ilk dəfə qonşu qalaktikadakı ulduzda protoplanetar disk kəşf ediblər

Beynəlxalq astronomlardan ibarət kollektiv ilk dəfə qonşu qalaktikada protoplanetar diski olan böyük ulduz kəşf ediblər.

tehsilmedia.info xəbər verir ki, bu barədə Avropa Cənubi Rəsədxanasının (ESO) mətbuat xidməti məlumat verib.

“ALMA teleskopundan istifadə edilməklə əldə olunan məlumatlarda fırlanan strukturun mövcudluğuna dair faktları görəndə ilk dəfə Südyolu qalaktikasından kənarda yerləşən ulduzda akkresiyalı disk aşkar etdiyimizə inanmadım. İndi isə ulduzların və planetlərin meydana gəlməsi üçün kritik olan oxşar strukturların digər qalaktikalardakı ulduzlarda da mövcud olduğuna dair dəlillərimiz var" – deyə, ESO-nun mətbuat xidməti Darem Universitetinin dosenti Anna Maklaudun sözlərinə istinadla qeyd edib.

Maklaud və həmkarları bu kəşfi Böyük Magellan Buludunun müşahidələri zamanı Çilinin Çahnantor Rəsədxanasında quraşdırılmış ALMA teleskopu tərəfindən toplanan məlumatları araşdırdıqları zaman ediblər. O, Südyolu qalaktikasının peyklərindən biri olan, nisbətən qısa məsafədə - təxminən 160 min işıq ili uzaqlıqdakı cırtdan qalaktikanı təmsil edir.

Astronomların bildirdiyinə görə, buludun içərisində çox sayda kiçik və böyük ulduz var, bəziləri tədqiqatçıların ALMA və digər mikrodalğalı teleskoplardan istifadə edilməklə, strukturunu öyrəndikləri sıx qaz-toz "şəbəkələrinin" daxilində yerləşib. Alimlər HH 1177 adlanan oxşar ulduz sistemlərindən birində maddənin hərəkətini izləyiblər və onun mərkəzində kütləsi Günəşdən təxminən 12 dəfə çox olan böyük bir ulduzun olduğunu aşkarlayıblar.

Bu ulduzun ətrafında nəhəng ölçüləri və kütləsi olan düz qaz-toz diski yerləşir. Tədqiqatçılara görə, onun diametri (Yerlə Günəş arasındakı orta məsafə üzrə) təxminən 2-6 min astronomik vahid təşkil edir və kütləsi Günəşdən 1,8-3,8 dəfə çoxdur.

Astronomlar indiyə qədər bu strukturun daxilində planetlərin meydana gəlib-gəlmədiyini deyə bilmirlər, lakin əldə etdikləri məlumatlar və hesablamaların nəticələri, qalaktikadan kənar protoplanet diskinin cazibə qüvvəsi ilə sabit olduğunu göstərir ki, bu da prosesin hələ uzun müddət davam etməsinə işarə edir. HH 1177 ulduzunun sonrakı müşahidələri, tədqiqatçıların da ümid etdiyi kimi, diskin strukturunu aşkarlamağa və onun Südyolu qalaktikasındakı oxşar obyektlərdən fərqli olub-olmadığını anlamağa kömək edəcək.

Astronomlar son 10 ildə Südyolu qalaktikasında yeni formalaşmağa başlayan və ya bu prosesin sonuna gəlib çatan onlarla planet sistemi kəşf ediblər, lakin onların inkişaf mərhələləri hələ çox az öyrənilib.

Oxşar xəbərlər

Bütün xəbərlər