Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Uşaqlarda aqressivliyə meyillilik - Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

Uşaqlarda aqressivliyə meyillilik -  Psixoloqdan valideynlərə ÇAĞIRIŞ

Son günlərdə tez-tez uşaqlar arasında yaranan konfliktlər gündəmə gəlir. Təəssüf ki, uşaqlarda aqressiv davranışların olması onların bir-birinə, hətta özlərinə də zərər verməsi ilə nəticələnir.

Maraqlıdır, bu aqressiyanın kökündə hansı amil dayanır?

tehsilmedia.info xəbər verir ki, Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Səbinə Bəşirzadə AzEdu.az-a mövzu ilə bağlı açıqlama verib.

Psixoloq bildirib ki, müasir dövrdə uşaqlarda aqressivliyə meyillilik bir neçə səbəbdən aktualdır: “Bir çox ailələrin ortaq problemi uşaqlarının sözlərinə baxmaması, nizam-intizam qaydalarına əməl etməməsidir. Burada ən vacib nüans uşaqlarda aqressivliyin müşahidə olunmasıdır. Aqressiv uşaqların sayı günü-gündən artır. Bunun yaranmasında 3 amil rol oynayır. Birincisi bioloji səbəblər, ikincisi psixoloji, üçüncü isə psixoloji mexanizmlərin düzgün qavranılmaması. Aqressiyalı uşaqlarının sayının artmasında bir sıra xoşagəlməz məqamlar mövcuddur: yaş böhranları zamanı ailə tərbiyəsinin düzgün verilməməsi, sosial həyatlarının pisləşməsi, məktəbdə uşaqların aqressiv davranışlarında psixi amillərə fikir verilməməsi, kəllə-beyin travmaları, pataloji hamiləliklər və s. bu səbəblərdəndir.

Müsahibimiz qeyd edib ki, uşaqlardakı aqressiya zamanı valideyn tərəfindən təcili müdaxilə mütləqdir: “Aqressiya iki yerə bölünür. Birincisi düşmən məqsədli, ikincisi isə öz məqsədinə çatmaq üçün edilən aqressiya. Uşaqlarda 3 yaşına qədər aqressiyanın növləri müəyyənləşdirilib. 1-2 yaşda tanımadığı insanlara qarşı qıcıqlandırıcı amillər, 2-3 yaş aralığında öz yaşıdlarına qarşı, 3 yaşdan sonra isə öz məqsədlərinə çatmaq üçün tətbiq edilən aqressiyalar. Buraya qışqırmaq, ağlamaq, dağıtmaq və s. daxildir. Aqressiyanı pozitif istiqamətdə aradan qaldırmaq istəyiriksə, əvvəlcə sakit reaksiya verməliyik. Valideynlərin etdiyi ən böyük səhvlərdən biri uşağın aqressiviliyinə o tonda cavab verməyidir. Uşaq qışqırırsa, valideyn də elə cavablandırır. Əhəmiyyət verməmək xoşagəlməz davranışların qarşısını alan ən effektiv üsullardan biridir. Valideyn uşağın etdiyi xoşagəlməz davranışı həmin anda yox, daha sonra onunla soyuqqanlı şəkildə danışaraq müzakirə etməlidir. Uşaqla ünsiyyətdə olarkən məsələni rahat şəkildə danışa bilməsinə şərait yaradılmalıdır. Nəyə görə bu cür davranış nümayiş etdirdiyi öyrənilməlidir. Digər bir üsul isə aqressiya zamanı uşağın şəxsiyyətini zədələməmək şərti ilə diqqətini etdiyi hərəkətin yanlış olduğuna yönəltməkdir. Məsələn: uşaq qışqırırsa, o halda ona “sən yorulmusan ona görə qışqırırsan, yaxud sən acmısan ona görə əsəbləşirsən” tipli ifadələrlə davranışına özünün baxış tərzini dəyişirik. Eyni zamanda, uşağın şəxsiyyətini alçaldan bütün sözləri aradan qaldırmaq lazımdır. Aqressiv uşaqlarda bir çox hallarda özünə zərərvermə, əşyaları dağıtmaq, qırmaq, qışqırmaq, ağlamaq halları müşahidə olunur. Belə olan zaman valideyn disiplin sisteminə keçməlidir. Onlara xüsusi qaydalar tətbiq etməklə davranışlarını nizamlamaq mümkündür. Məsələn: uşaq qışqırıb-bağırırsa, ona, bu otaqda qışqırmaq olmaz, öz otağında qışqır və s. tipli ifadələr işlətmək məqsədəuyğundur”.

S.Bəşirzadə qeyd edib ki, əgər uşaq pis hərəkət edirsə, o halda onu cəzalandırmaq olar: “Böyüklərin etdiyi səhvlərdən biri də gərginliyi azaltmaq yerinə daha da şiddətləndirməyidir. Buna görə də cəzalandırma üsulları fərqlənir. Uşağı başqa uşaqla müqayisə etmək, onun etdiyi hərəkəti başqalarının yanında müzakirə etmək olmaz. Müzakirələr yalnız təklikdə və sakitləşdikdən sonra etmək effektivdir. Qadağalar nə qədər çoxdursa aqressiyanın şiddət dərəcəsi də artmağa başlayır. Aqressiv uşaqların mütləq şəkildə etdikləri hər hansısa müsbət hərəkəti taparaq qiymətləndirmək lazımdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər