Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

DİM-də Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO

Dekabrın 12-də Dövlət İmtahan Mərkəzində Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

tehsilmedia.info xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin kollektivi də videobağlantı vasitəsilə tədbirə qoşulub.

Tədbirdən öncə Dövlət İmtahan Mərkəzinin əməkdaşları Heydər Əliyevin Mərkəzin inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyublar.

Tədbirin rəsmi hissəsi Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca Ümummilli lider H.Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu öndər Heydər Əliyevin ilk Prezident tədaüdçüləri ilə görüşləri əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədr müavini Namiq Babayev Ulu öndərin milli tariximiz üçün böyük əhəmiyyət daşıyan strateji qərarları və Azərbaycanda müstəqil dövlətçilik təfəkkürünün inkişafı üçün atılan fundamental addımlar haqqında danışıb. N.Babayev qeyd edib ki, Ulu öndər hələ Sovet dövründə hakimiyyətinin ilk mərhələsində, daha sonra müstəqillik illərində bir çox sahələrdə yüksək idarəetmə qabiliyyətinə malik peşəkar kadr potensialının formalaşması üçün gərgin işlər görüb. “Heydər Əliyevin həyata keçirdiyi təhsil siyasətinin strateji-konseptual mahiyyəti respublikanın ictimai-siyasi, sosial-iqtisadi həyatında ən peşəkar və yüksək elmi biliklərə, zəngin idarəetmə təcrübəsinə malik olan kadrların yetişdirilməsindən ibarət idi”- deyə sədr müavini bildirib.

Daha sonra çıxış edən DİM-in Tarix fənni üzrə elmi-metodiki seminarının rəhbəri, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri Mehman Abdullayev milli dövlətçiliyin inkişaf etdirilməsi, dövlətin siyasi, hüquqi, iqtisadi və mədəni əsaslarının möhkəmləndirilməsində Ulu öndərin göstərmiş olduğu misilsiz xidmətlərdən danışıb.

Qeyd edək ki, DİM əməkdaşları bu gün həmçinin Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət edəcəklər.

DİM-də Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO

DİM-də Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO

DİM-də Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO

DİM-də Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO

DİM-də Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO

DİM-də Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər