Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın nüfuzlu ali təhsil ocaqlarından olan Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qurulmuş Azərbaycanşünaslıq Mərkəzinin açılışı olub. Universitetin Türkologiya fakültəsində təşkil olunmuş Azərbaycanşünaslıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin büstü qoyulmuş, onun dövlətçiliyimiz, Ana dili - Azərbaycan dili ilə bağlı sitatları, Azərbaycan-Özbəkistan dostluğuna dair guşələr təşkil edilmiş, tariximiz, dövlətçiliyimiz, mədəniyyətimizə dair mini kitabxana yaradılıb.

tehsilmedia.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru, professor Gülçöhrə Rixsiyeva təhsil ocağı haqqında məlumat verərək, 1918-ci ildə yaradılmış Türkistan Şərqiyyat Universitetinin varisi olan 105 illik yubileyini qeyd edən Universitetdə 7 fakültədə 14 istiqamət üzrə beş minə yaxın tələbənin təhsil aldığını qeyd edib.

Rektor Universitetdə türk, ərəb, fars, koreya, yapon, çin, urdu, hind, puştu, malay, vyetnam və s. dilləri üzrə mütəxəssislər hazırlandığını vurğulayaraq, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə 2022-ci ildən başlayaraq Azərbaycan dilinin də tədris olunduğunu qeyd edib.

Gülçöhrə Rixsiyeva Azərbaycanla yüksək səviyyəli əlaqələrdən danışaraq, Azərbaycan Mədəniyyət Mərkəzi ilə razılığa əsasən gələcəkdə Universitetdə Azərbaycan dili üzrə mütəxəssislərin hazırlanmasının həyata keçiriləcəyini və yaradılan Azərbaycanşünaslıq Mərkəzinin bu istiqamətdə baza rolunu oynayacağını söyləyib. O, Azərbaycanşünaslıq Mərkəzinin rəhbərlik etdiyi Universitetin tələbələri, Özbək gəncləri və tədqiqatçıları üçün Qafqazın lider dövləti, qardaş Azərbaycanı daha dərindən öyrənmək üçün gözəl imkanlar açacağına inandığını vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Özbəkistan dostluğu, Türk dövlətləri arasında mədəni əlaqələr və əməkdaşlıqdan danışaraq, dövlət başçılarımızın görüşləri, verdiyi tapşırıqlar nəticəsində bugün münasibətlərin yüksək səviyyəyə çatdığını bildirib.

Diplomat Azərbaycan xalqının, dövlətçiliyinin tarixində əvəzsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəzin gələcək fəaliyyəti və onun Azərbaycan dili, tarixi, mədəniyyəti, ədəbiyyatının təbliği məqsədilə təşkil edildiyini vurğulayıb. O, bu cür Mərkəzlərin artıq Özbəkistanın 10 ali təhsil ocağında yaradıldığını, sözügedən Azərbaycanşünaslıq Mərkəzinin ölkəmizə dair lazımi təbliğatı vəsaitlər, nəşrlər, suvenirlər, məlumat lövhələri, avadanlıqlarla təchiz edildiyini və bu Mərkəzdə daim Azərbaycan, habelə iki ölkə dostluğuna dair tədbirlər, mühazirələr, simpoziumlar, seminarların təşkil ediləcəyi, Azərbaycan dilinin tədrisinin həyata keçiriləcəyini qeyd edib.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov Özbəkistan-Azərbaycan əlaqələrində Heydər Əliyevin tarixi rolundan söz açaraq, məhz onun adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin iki qardaş ölkə, xalq arasında əlaqələrin möhkəmlənməsi sahəsində gördüyü işləri yüksək dəyərləndirib.

Çıxış edən digər natiqlər - Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Türkşünaslıq fakültəsinin dekanı dosent Cumali Şabanov, Özbəkistan Milli Universitetinin professoru Nigina Şermuxammedova, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin professoru Adhambek Alimbekov Universitetdə Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının gələcəkdə təşkil ediləcək Azərbaycan dili fakültəsinin üçün mühüm imkanlar açacağını, poeziya dili, Türk dilləri arasında nüfuzlu dil olan Azərbaycan dilinin öyrənilməsi, tədrisi istiqamətində uğurlu bir addım olduğunu qeyd ediblər.

Çıxışçılar Azərbaycan-Özbəkistan dostluğu, qardaşlıq münasibətlərindən söz açaraq bu sahədə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri haqqında danışaraq, Heydər Əliyevin ideyaları və arzularının gerçəkləşdiyini, müstəqil dövlətlərimizin tərəqqi etdiyini, Türk dövlətləri arasında əməkdaşlığın yüksək səviyyəyə çatdırıldığını, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımıza dair dünyada gözəl layihələrin həyata keçirildiyini və bununla fəxr etdiklərini söyləyiblər.

Tədbirdə Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Azərbaycan dili tədris edilən tələbələri ana dilimizdə şeirlər söyləyib, xalq şairimiz Səməd Vurğunun Azərbaycan şeirini səsləndiriblər.

Azərbaycan Mədəniyyət Mərkəzi adından Daşkənd Dövlət Şərqşünaslıq Universitetinə nəfiz «İrəvan xalçaları» kitabı, Mərkəzin layihəsi ilə Şuşaya aid 5 dilli nəşr və Özbəkistanda buraxılmış «Heydər Əliyev» və «Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı» poçt markaları hədiyyə edilib.

Tədbir çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə nəşr olunmuş “Heydər Əliyev – 100 kəlam” adlı kitab iştirakçılara təqdim olunub. Qeyd edək ki, sözügedən kitabda Ulu Öndərin 100 ümumibəşəri fikirləri toplanıb və bu kəlamlar özbək, türk, Azərbaycan dillərində nəşr edilib.

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

Oxşar xəbərlər

Bütün xəbərlər