Xəbər lentiwidget-title-icon

AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq

AMEA-nın Naxçıvan Böllməsində akademik Ziya Bünyadovun 100 illiyi qeyd edilib

AMEA-nın Naxçıvan Böllməsində akademik Ziya Bünyadovun 100 illiyi qeyd edilib

AMEA-nın Naxçıvan Bölməsində görkəmli tarixçi və şərqşünas alim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun anadan olmasının 100 illiyi münasibətilə tədbir olub.

Bu barədə "tehsilmedia.info" a AMEA-dan bildirilib.

Tədbir Azərbaycan Respublikası Prezidentinin “Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” 28 sentyabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb. Natiq Ziya Bünyadovun keşməkeşli həyatının, elmi və ictimai-siyasi fəaliyyətinin mühüm əhəmiyyət kəsb edən mərhələləri barədə danışıb, akademiki qətiyyəti, obyektivliyi, cəsarəti və başqa insani keyfiyyətləri ilə fərqlənən vətənpərvər kimi səciyyələndirib.

Vurğulanıb ki, ömrünə çoxsaylı mühüm hadisələri sığışdıran alim Azərbaycan EA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru kimi məsul vəzifələrin öhdəsindən uğurla gəlmiş, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı üçün müraciət edən 91 nəfər ziyalıdan biri olmuşdur. O, Yeni Azərbaycan Partiyası sədrinin müavini, Milli Məclisin deputatı və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuşdur.

Təsadüfi deyil ki, Ümummilli Lider alimin elmi və ictimai irsini yüksək qiymətləndirmiş, 31 yanvar 1998-ci ildə “Z.M.Bünyadovun xatirəsinin əbədiləşdirilməsi haqqında” Sərəncam imzalamışdır.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ziya Bünyadovun həyatı və elmi yaradıcılığı” mövzusunda məruzəsi dinlənib, institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev akademik haqqında çıxış edib.

Çıxışlarda Ziya Bünyadovun həyatının və elmi fəaliyyətinin əsas dövrlərindən, fundamentallığı ilə seçilən elmi irsindən, tərcüməçilik fəaliyyətindən bəhs olunub. Onun hələ SSRİ dönəmində tarixi Azərbaycan torpaqlarının XIX əsrdə Rusiya tərəfindən işğalını faktlarla sübuta yetirməsindən, aparılan saxta təbliğata qarşı çıxmasından, tariximizi özününküləşdirməyə çalışan ermənilərə qarşı tutduğu kəskin mövqeyindən bəhs olunub. Alimin türk, rus, ərəb və fars dillərindən etdiyi tərcümələrinin əhəmiyyətindən danışan tədqiqatçılar bildiriblər ki, Ziya Bünyadovun əsərlərinə bu gün də etibarlı mənbə kimi istinad olunur.

Çıxışlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Bütün xəbərlər