Bakıda icma əsaslı məktəbəqədər təhsil qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 16 ümumi təhsil məktəbində “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi həyata keçirilir.
Bu barədə "tehsilmedia.info" a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki 34 icma əsaslı məktəbəqədər təhsil qrupuna 2023-cü ildə 696 uşaq cəlb olunub.





























