Xəbər lentiwidget-title-icon

“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR
Peşə təhsilində illərdir gözlənilən yeniliklər ediləcək
Müəllim ixtisaslarının plan yeri yenə də azaldılacaq - SƏBƏB
"356 min məzuna diplom elektron formatda verilib"
90 min müəllimin maaşına əlavə ediləcək
“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” – Təhsil tədqiqatçısı
Peşə məktəblərinə qəbul bu gün yekunlaşır
"Həndəsəni düzgün təsvir etsək..." – Məktəblərdəki 38%-lik nəticəni necə dəyişməli?
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
500 mindən çox şagird dərsə başlayır
Sabahdan Bakı metrosunda intervallar azaldılır
Emin Əmrullayev “SABAH.city” barədə paylaşım edib
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR
Maddi çətinlik yaşayan şagirdlərə yeni dəstək
Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət
Təhsil Nazirliyi Özbəkistanda beynəlxalq qalmaqala səbəb oldu - Köhnə rüsvayçılıq, yeni qalmaqal
UNEC-də tələbələr üçün mobil tətbiq istifadəyə verilib
Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb
Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramı başlayıb
26 şagird toyuq dönərindən zəhərlənib
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi - FOTO

Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi - FOTO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Mədəni İrs Forumunun dekabrın 19-da işini davam etdirir. Forumun ikinci gününün ilk paneli Azərbaycanın daşınmaz tarixi-mədəni irsinin tədqiqi və mühafizəsi mövzusuna həsr olunub.

tehsilmedia.info xəbər verir ki, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən paneldə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Şahin Seyidzadə "Mədəni irsin qorunması, monitorinqi, inventarlaşdırılması və pasportlaşdırılması, abidənin bərpa-konservasiya təcrübəsi, ənənələr və müasir yanaşmalar" mövzusunda çıxış edib. O, qoruq ərazisindəki tarixi abidələrdən və ərazidə yaşayış şərtlərindən danışıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva "Mədəni irsin qorunması sahəsində qanunvericilik məsələləri" mövzusunda çıxışında mədəni irsin qorunmasında əsas istiqamət və məqsədlər barədə söz açıb. Abidələrə qanunsuz müdaxilələrdən danışan xidmət rəisi diqqətə çatdırıb ki, vətəndaşların istifadəsinə olan tarixi-mədəni abidələrimizin bir qismi baxımsız vəziyyətdədir. Burada ərazi şəraiti, yaxud kiminsə fərdi sahəsində olması və digər bu kimi amillər həmin abidələrin mühafizəsinə əngəl törədir.
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun icraçı direktoru Zaur Həsənov "Arxeoloji abidələrin tədqiqinə yeni üsullar: müasir metodologiyalardan istifadə" mövzusunda çıxış edib. Məruzəçi arxeoloji tədqiqatlarda müasir texnologiyaların istifadəsinin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Turizm Agentliyi nəzdində Qoruqları İdarəetmə Mərkəzi İdarə heyətinin sədr müavini Sədaqət Davudova "Mədəni irsin qorunmasında qanunvericilik məsələri" mövzusunda çıxışında mərkəzin tabeliyində olan qoruqlardakı irs obyektlərinin mühafizəsi məsələlərindən bəhs edib. Deyib ki, Qoruqları İdarəetmə Mərkəzinin əsas vəzifələri qoruqların ərazilərində yerləşən maddi mədəni və qeyri-maddi tarixi irs nümunələrini qorumaqla onlardan turizm məqsədli səmərəli istifadəni təşkil etmək, qoruq ərazilərində turizm marşrutlarını müəyyən etməklə onların turizm potensialını inkişaf etdirmək, tarixi-mədəni irs nümunələrinin mühafizəsinə və təbliğinə dair tədqiqat işlərini dəstəkləyib ictimai maarifləndirməni artırmaq və s. ibarətdir.
"Mədəni irs abidələrinin idarə edilməsi, onların qorunmasında müasir texnologiyalar və innovasiyalar, kadrların hazırlanması" mövzusunda çıxış edən Avstriyanın "Atəşlər” Erich Pummer" şirkətinin müdir müavini Çingiz Nemanzadə minarələrin bərpasında diqqət edilməli məqamlardan, bu sahədə tətbiq edilən yeni texnologiyalardan söz açıb. Onun çıxışı minarələrin bərpa texnologiyasına dair videoçarxla müşayiət olunub.

Televiziya aparıcısı, bələdçi Fuad Axundov "Memarlıq abidələrinin qorunması və istifadəsində əhalinin sosial məsuliyyəti , dövlət və özəl tərəfdaşlıq" mövzusunda çıxışında tarixi binaların fasadlarına yersiz müdaxilələrdən danışıb.

Çıxışlardan sonra qaldırılan məsələlər və təkliflər barədə fikir mübadiləsi aparılıb.

Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi - FOTO
Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi - FOTO
Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi - FOTO
Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi - FOTO
Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi - FOTO
Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi - FOTO
Forumun növbəti paneli: Azərbaycanın daşınmaz tarixi-mədəni irsin tədqiqi və mühafizəsi - FOTO

Fəridə Ağaxanlı

Oxşar xəbərlər

Bütün xəbərlər