Xəbər lentiwidget-title-icon

Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək

Pedaqoji Universitetdə Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib - FOTO

Pedaqoji Universitetdə Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib - FOTO

Dekabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluq və Filologiya fakültəsinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib.

Bu barədə "tehsilmedia.info" a ADPU-dan bildirilib.

Görüşdə ADPU-nun rəhbərliyi, prorektorlar, fakültə dekanları və müvafiq struktur bölmələrin rəhbərləri, o cümlədən Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Görüşü giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov görkəmli şair və ictimai xadim olaraq Sabir Rüstəmxanlının Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin, ədəbiyyatının inkişafı və təbliğindəki roluna diqqət çəkib.

Daha sonra şairin həyat yolu və yaradıcılığının əsas məqamlarının əks olunduğu videoçarx nümayiş olunub.

Məruzə ilə çıxış edən prof. Təyyar Salamoğlu, prof. Elman Quliyev, prof. Yaqub Babayev və dos. Qüdrət Umudov Sabir Rüstəmxanlının yaradıcılığının zənginliyindən, poeziyasının incəliklərindən söz açaraq, şairin yaradıcılığının milli səciyyəsini vurğulamış, onunla bağlı xatirələrindən danışmışlar.

Bədii hissədə “Meh” ədəbi dərnəyinin qiraətçilərinin ifasında şairin “Bayrağım”, “Sağol, ana dilim”, “Gecə-gündüz”, “Millətəm” şeirləri ifa olunub, “Sənin gözlərində” və “Geri verərmi” şeirlərinin sözlərinə bəstələnmiş mahnılar Filologiya fakültəsinin məzunu, müğənni Məxfirət Əlişanovanın ifasında təqdim olunub. “Meh” ədəbi dərnəyinin üzvü Türkan Kazımova görkəmli şəxsiyyətlər və qələm dostlarının Sabir Rüstəmxanlı haqqında söylədikləri fikirləri səsləndirib.

Filologiya fakültəsinin tələbələrinin suallarını cavablandırdıqdan sonra çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı dəvətə görə ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, prof. Mahirə Hüseynovaya və fakültə dekanı, fil.ü.f.d., dosent əvəzi Könül Həsənovaya təşəkkür edib, müəllim və tələbələrin görüşündə olmaqdan məmnunluğunu ifadə edib.

Sonda prof. Mahirə Hüseynova Sabir Rüstəmxanlının ictimai-siyasi fəaliyyətinin milli-vətənpərvərlik ruhunun təbliğinə və xalqın tərəqqisinə xidmət etdiyini diqqətə çatıraraq, şairə yeni-yeni uğurlar arzulayıb, dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.

Pedaqoji Universitetdə Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib - FOTO

Pedaqoji Universitetdə Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib - FOTO

Pedaqoji Universitetdə Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər