Xəbər lentiwidget-title-icon

Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
ADNSU tələbələri beynəlxalq konfranslarda elmi işlərini təqdim ediblər
Tələbənin akademik işi özü hazırladığını necə müəyyən etmək olar?
Məktəb psixoloqları niyə öz işlərini görə bilmir? - Sona Əliyeva səbəbləri AÇIQLADI
Firudin Qurbanov Tərtər rayonuna səfər edib
"Müəllim hər uşağın psixoloqu ola bilməz, amma..." - Aysel Rəsulzadə
Qarabağ Universitetində yeni TƏYİNAT
Vətən Müharibəsi Qəhrəmanı məktəblilərlə görüşəcək
Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq

"Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı

"Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı

“Heydər Əliyev İli”nə həsr olunmuş "Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı keçirilib.

tehsilmedia.info xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, millət vəkili İltizam Yusifov, Təhsil İnstitutunun şöbə müdiri Səbinə Babayeva, “Bilim Bakı” Mərkəzinin rəhbəri Ahmet Köse, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, alimlər, ziyalılar, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi, müstəqil Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mehriban Vəliyeva müstəqil və yaradıcı gənclər tərbiyə etmək işində təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən bəhs edib.

Bacarıqlı və intellektual gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu deyən M.Vəliyeva ümummilli lider Heydər Əliyevin istedadlı uşaqlara hər zaman diqqət və qayğı göstərdiyini söyləyib.

M.Vəliyeva yenilikçi və yaradıcı şagirdlərin aşkara çıxarılmasında ümumi təhsil müəssisələrindəki "Kiçik Akademiya”ların fəaliyyətini və I ümumşəhər konfransının təşkilini yüksək dəyərləndirib. Bildirib ki, konfransın keçirilməsinin əsas məqsədi elmi axtarışlara böyük maraq və həvəs göstərən istedadlı şagirdlərin tədqiqat işlərinə elmi qiymət verilməsini təmin etməkdən ibarətdir.

M.Vəliyeva, həmçinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən də bəhs edib. O, şagirdlərin ətraf mühitin qorunması, meşə zolaqlarının və su ehtiyatlarının mühafizəsi, yaşıllıqların artırılması naminə maraqlı və yüksək səviyyəli tədqiqat işləri hazırlayacaqlarına əminliyini ifadə edib.

Millət vəkili, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Heydər Əliyev irsinin yetişən nəsillər üçün tərbiyə nümunəsi olduğunu söyləyib. S.Qurbanov yaradıcı təfəkkürə, yüksək elmi qabiliyyətə malik gənclərin formalaşdırılmasının müasir təhsilin qarşısında duran əsas məsələlərdən olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaqda belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.

Konfransda “Kiçik Akademiya”nın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra “Kiçik Akademiya”ya üzv şagirdlər müxtəlif mövzularda hazırladıqları tədqiqat işlərini təqdim ediblər.

Sonra şagirdlərlə onların tədqiqat mövzularına dair fikir mübadiləsi aparılıb.

Konfrans şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam edib.

"Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı

"Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı

"Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı

"Kiçik Akademiya" üzvlərinin I ümumşəhər konfransı

Oxşar xəbərlər

Bütün xəbərlər