Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO

AzTU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib - FOTO

Azərbaycan Texniki Universiteti (AzTU) və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib.

AzTU-dan "tehsilmedia.info"a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

AzTU-da keçirilən tədbirdə rektor Vilayət Vəliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Şahin İsmayılov, Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev, Fatma Yıldırım və Rüfət Quliyev universitet nümayəndələri iştirak edib.

Tədbirdə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqiqəlik sükutla yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra "AzTU TV”nin Ulu Öndər haqqında hazırladığı video nümayiş etdirilib.

AzTU-nun rektoru Vilayət Vəliyev görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, onun milli dövlətçilik strategiyasından danışıb. Bildirib ki, bugünkü müstəqilliyimizin təməli məhz Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə qoyulub. Rektor deyib ki, dahi şəxsiyyət Heydər Əliyev türk dünyasının lideri idi. Azərbaycanla türk dünyası arasında əlaqələrin qurulmasında Ulu Öndərin əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Rektor bildirib ki, azərbaycançılıq ideologiyasının yaranması və inkişafı da məhz Ulu Öndərin adı ilə bağlıdır. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xətti Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Məlahət İbrahimqızı, Anar Məmmədov, Naqif Həmzəyev və Rüfət Quliyev Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolundan danışıblar, onun ölkəyə rəhbərlik etdiyi illərdə misilsiz xidmətləri ilə bağlı fikirlər bildiriblər. Qeyd olunub ki, Ümmummilli Lider Azərbaycanın bu günü və gələcəyi üçün zəngin irs qoyub. Xalqın yaddaşında xilaskar obrazı ilə qalan Heydər Əliyevin ideyaları daim yaşayacaq.

Çıxışlardan sonra AzTU-nun ictimai-sosial həyatında fəallıq göstərən partiya üzvləri YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzv olan əməkdaş və tələbələrə üzvlük vəsiqələri təqdim olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər