Xəbər lentiwidget-title-icon

Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB
LDU-da beynəlxalq foruma həsr olunmuş seminar keçirilib
Müəllimlərin "Tik-tok" istifadəsinə nəzarət edilməlidir - VİDEO

İstanbulda “Biz birlikdə güclüyük” adlı sərgi açılıb - FOTO

İstanbulda “Biz birlikdə güclüyük” adlı sərgi açılıb - FOTO

İstanbul şəhərinin Ümraniyə Bələdiyyəsinin Kültür Mərkəzində azərbaycanlı sənətkarların əl işlərindən ibarət “Biz birlikdə güclüyük!” adlı Azərbaycanla həmrəylik sərgisinin açılış mərasimi keçirilib.

tehsilmedia.info xəbər verir ki, İstanbulun Ümraniye Bələdiyyəsinin, “Xarı bülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin, İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan açılış məraimində yerli dövlət orqanlarının, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun, Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, sənətsevərlər, qonaqlar, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz iştirak ediblər.

Sərginin açılışından sonra tədbiri giriş sözü ilə açan Ümraniye Bələdiyyəsinin sədri İsmet Yıldırım bildirib ki, ölkələrimiz arasındaki qədim tarixi bağlar ildən-ilə möhkəmlənir və artıq Azərbaycanla Türkiyə dünyada birgə addımlayır. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını və 44 günlük Vətən müharibəsini xatırladan bələdiyyə sədri Qarabağdakı parlaq Zəfərimizi bütün türk dünyasının qüruru kimi qiymətləndirib. O, çıxışını görkəmli şairimiz Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən misraları səsləndirməklə tamamlayıb.

Ümraniye kaymakamı Abdulaziz Aydın çıxışında iki qardaş ölkə arasında keçmişdən gələcəyə uzanan qardaşlıq və birliyin növbəti nümunəsi kimi Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında 25 dekabr 2023-cü il tarixli Fərmanının mədəni əlaqələrimizin daha da dərinləşməsinə töhfə verəcəyini, Azərbaycanın Türkiyə üçün qan qardaşı olduğunu bildirib.

Tədbirdə “Xarı bülbül” Azərbaycan Vizyon Teatr Dərnəyinin rəhbəri Kəmalə Cabbarova, İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Məhşəti Şərif çıxış ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Kənan Məmmədov iki ölkə arasında əməkdaşlığın bütün sahələr, o cümlədən mədəniyyət və incəsənət sahələri üzrə inkişafından danışıb. Bu tədbiri həmin əməkdaşlığın bariz nümunəsi adlandırıb, Azərbaycan dövlətinin Türkiyədə yaşayan soydaşlarımızın mədəniyyət və incəsənət sahələrinə bəxş etdikləri töhfələri yüksək qiymətləndirdiyini, Komitənin bu istiqamətdə həyata keçirdyi layihələri diqqətə çatdırıb.

Sonra Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyəti sədrinin müavini, 7 fevral 2024-cü il tarixli növbədənkənar Prezident seçkiləri ilə əlaqədar yaradılmış “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun Türkiyə üzrə koordinatoru Pərviz Məmmədzadə diaspor təşkilatları adından qardaş ölkədə yaşayan səsvemə hüququ olan Azərbaycan vətəndaşlarına müraciəti səsləndirib. Müraciətdə Türkiyədə yaşayan həmvətənlərimiz seçkilərdə fəal iştirak etməyə çağırılıb.

Tədbir böyük qələbəmizin, Prezident İlham Əliyevin xalqımızın və dünya azərbaycanlılarının böyük rəğbətini qazanmış fikirlərinin, xaricdəki diasporumuzun Vətən müharibəsi və sonrakı dövrdə fəaliyyətinin əks olunduğu videoçarxın nümayişi ilə davam etdirilib.

Mərasim Azərbaycan və Türkiyə musiqilərindən ibarət konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Letafet Refik, Tariyel Əlizadə, Aynur Novruzova, müniatür sənətçisi Pərinisə Əskərova, əl işləri sənətçiləri Fatma Abdal və Səadət Qasımovanın əsərlərinin nümayiş etdirildiyi sərgi fevralın 2-dək davam edəcək.

İstanbulda “Biz birlikdə güclüyük” adlı sərgi açılıb - FOTO

İstanbulda “Biz birlikdə güclüyük” adlı sərgi açılıb - FOTO

İstanbulda “Biz birlikdə güclüyük” adlı sərgi açılıb - FOTO

İstanbulda “Biz birlikdə güclüyük” adlı sərgi açılıb - FOTO

İstanbulda “Biz birlikdə güclüyük” adlı sərgi açılıb - FOTO

Oxşar xəbərlər

Bütün xəbərlər