Xəbər lentiwidget-title-icon

Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib

AzTU-da ilk hesabat konfransı keçirilib

AzTU-da ilk hesabat konfransı keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaş olduğu “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsinin ilk hesabat konfransı keçirilib. Konfransda layihənin İsveç, İspaniya, Portuqaliya, Estoniya və Polşadan olan tərəfdaş universitetləri və 20-dən çox Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətləri iştirak edib.

AzTU-nu konfransda tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fərqanə Musayeva və Universitet –Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin müdiri Aynurə İsmayılova təmsil edib.

“Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı” mövzusunda tədbirdə ENGAGE layihəsinin qısa icmalı, fəaliyyət planı, aparılan tədqiqatların məqsəd və metodologiyası haqqında məlumat verilib.

Eyni zamanda müxtəlif universitetlər tərəfindən layihə çərçivəsində həyata keçirilən səfərlər və qazanılmış təcrübələr, sahibkarlıq ekosisteminin müqayisəli təhlilinə əsasən əldə edilmiş nəticələr və “Azərbaycanda Ali Təhsildə Sahibkarlıq Ehtiyacları” mövzusunda keçirilən sorğunun nəticələri iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra tərəfdaş Avropa universitetlərinin təşkil etdikləri təlimlər nəticəsində müəyyən olunmuş sahibkar universitetlərin biznes modelləri təqdim edilib.

İki gün davam edən konfrans zamanı Avropanın tərəfdaş universitetlərinin nümayəndələri tərəfindən “Sahibkarlığın ali təhsil strategiyasına inteqrasiyası”, “Postsovet dövründə Polşa və Estoniyada ali təhsildə sahibkarlıq”, “Sahibkarlıq kurrikulumunun inkişafı: Avropanın ən yaxşı təcrübələri”, "İnnovasiyaların komersiyalaşdırılması: sahibkarlıq fəaliyyətlərində universitetlərin üçüncü missiyası" mövzularında təqdimatlar edilib, panel müzakirələr keçirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər