Xəbər lentiwidget-title-icon

Jurnalist sual vermək üçün əvvəlcə Reyestrdən keçməlidir? – Elm və Təhsil Nazirliyində yeni qayda?
PİSA 2025 nəticələrinin absurd şərhi
1-ci sinfə gecikənlər üçün elektron qəbul prosesi yenidən aktivləşir
"Makaron" da artıq lüks oldu: Tələbə büdcəsi bu bahalığa necə dözür?
Türkiyədə məktəblərə hücumlar planlaşdıran cinayətkar dəstə saxlanılıb
Azərbaycan və Meksika universitetləri birgə layihələr icra edəcək
Müəllimlərin sertifikasiyası ali məktəblərin buraxılış imtahanları ilə birgə keçirilə bilər – Deputat
"Müəllimlərin süni intellektlə işləmək bacarığı olmalıdır" - DİM-sədrinə DƏSTƏK
“Süni intellektdən istifadə edən müəllim, istifadə etməyən müəllimi əvəz edəcək” - Sona Əliyeva
Ali təhsil haqqında qanuna yenidən baxmaq zamanı gəlib - Deputat
Milli Fəaliyyət Planı təsdiq edilib
Misir Mərdanovdan etiraz:"Məleykə Abbaszadəyə hər zaman hörmətlə yanaşmışam"
Bakalavr təhsilini 3 ilə endirmək bizə nə verər? - MƏQALƏ
Hicran Hüseynovadan müəllimlərə şok ittiham: “Niyə oxuyursan, ərə get” — Bəs xanım deputat öz işinə baxırmı? - VİDEO
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Kolleclərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Sabahın hava proqnozu - Temperatur yenidən YÜKSƏLƏCƏK
Yeni tədris ilində qarşıya qoyulan ƏN VACİB MİSSİYALAR - MÜTDA sədri açıqladı
İşləyən valideynlərin övladlarına sosial təhsil krediti verilsin – Deputat
"Bir-birimizi təbrik etməklə bu proses işləməyəcək"- Nazirdən VACİB REAKSİYA
"Məqsəd zəif şagirdləri məktəbdən uzaqlaşdırmaq yox, nəticələrini yaxşılaşdırmaqdır"
Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər
"Biz kimisə direktor işləməyə məcbur etməmişik" - Nazirdən məktəb rəhbərlərinə çağırış
"Sertifikasiyanın ilkin nəticəsini burada görəcəyik" - Nazirdən ANONS
Əsas məsələ binaların dizaynı deyil, uşaqların öyrənməsidir - Emin Əmrullayev

Uşaqlara tərbiyəni kim verməlidir?

Uşaqlara tərbiyəni kim verməlidir?

Son günlər ümumi təhsil müəssisələrində baş verənlər xeyli müzakirə olundu və diqqət çəkdi. Bir az da dəqiqləşdirsək, baş verənlər və baş verənlərin təqdimolunma forması cəmiyyətin diqqətini proseslərə yönəltdi. Obyektiv və peşəkar yanaşmalar da müşahidə olundu, sadəcə müzakirə xatirinə mövzuya toxunanlar da oldu. İkincilər daha çox oldu desək, bəlkə də yanılmarıq.

Bir qisim insanlar düşünürlər ki, baş verən proseslər ümumi təhsil müəssisəsi, yəni məktəbdə aparılan təlim-tərbiyə işinin nəticəsidir. Lakin bu məsələlərin problemə çevrilməsinin əsas səbəbkarı kimi valideyn, cəmiyyət və digər tərəflərin məsuliyyəti olduğunu deyənlər də az deyil.

Doğrudur, məktəbdə təlim-tərbiyə işi aparılır; bəli, təlim və tərbiyə. Təlim və tərbiyənin mahiyyətini, nə olduğunu bilməyin hər birimiz üçün əhəmiyyəti böyükdür.

Təlim müəllim və şagirdlərin qarşılıqlı, məqsədyönlü fəaliyyətidir. Təlim prosesində şagirdlər müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlərə yiyələnirlər.

Tərbiyə isə şəxsiyyətin məqsədəmüvafiq və mütəşəkkil formalaşması prosesidir. Tərbiyə prosesində tarixən qazanılmış sosial təcrübə yaşlı nəsil tərəfindən gənc nəsillərə ötürülür və onlarda davranışla əlaqədar olan mənəvi keyfiyyətlər məqsədyönlü, planlı, mütəşəkkil şəkildə formalaşdırılır. Prosesdə müxtəlif tərəflər – valideynlər, müəllimlər, tərbiyəçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Tərbiyə çoxamilli prosesdir. Bu o deməkdir ki, uşaq şəxsiyyətinin formalaşması müxtəlif amillərin təsiri ilə baş verir: ailə, ictimaiyyət, məktəb, geniş sosial mühit, məhəllə və yoldaşlıq mühiti, yaşlı adamlar, kino, televiziya, bədii əsərlər, sosial media və s. tərbiyədə mühüm rol oynayır.
“Uşağı hər şey tərbiyə edir”.
A.S.Makarenkonun sözləri ilə desək, “uşağı hər şey – adamlar, əşyalar, hadisələr, ilk növbədə isə valideyn və müəllimlər tərbiyə edirlər”.

Bir çoxları qeyd edirlər ki, təlim və tərbiyə pedaqoji prosesin tamlığı üçün vəhdət təşkil etməlidir, məktəbdə ikisi də ahəngdar olmalıdır. Bu fikir düzgündür, lakin natamamdır. Çünki təlim və tərbiyə heçdən ortaya çıxmır. Bu amilləri yaradanlar onu həyata keçirənlərdir, yəni valideyn, məktəb və ümumilikdə ictimaiyyət. Sadalananlar vəhdətdədirsə, onu həyata keçirənlər də vəhdətdə olmalıdır.

Bütün bu qeyd olunanların əsasında belə qənaətə gəlmək olar ki, ailə tərbiyəsi tərbiyənin tərkib hissəsi olduğu üçün pedaqoji prosesin də tərkib hissəsinə çevrilir, hətta pedaqoji prosesin inkişafına zəmin yaradır.

Hər bir ailənin xarakterik xüsusiyyətləri vardır. Ailə öz övladlarını tərbiyə edir. Təbii ki, burada mənfi və müsbət cəhətlər var.

Tərbiyə özü bir dəyər kimi qiymətləndirilməlidir. O, hər kəsin, bütövlükdə cəmiyyətin əldə etdiyi əbədi nemət, daim var olan, yaşayan sərvətidir. Ona görə də burada məqsədlər birləşdirilməlidir. Əsas məsələ ondan ibarətdir ki, şagirdlərin tərbiyəsindəki əsas problemlər ailədən qaynaqlanır. Çünki məktəbdəki təhsil prosesində tərbiyənin tədrisinin məzmununda cəmiyyətin, dövlətin və s. maraqlarına zidd məqamlar yoxdur.
Hər birimiz məsuliyyətimizi dərk etməliyik.
Həqiqətən də şagirdlərin tərbiyəsində məsuliyyətin böyük hissəsi ailə və cəmiyyətin üzərindədir. Bunları qeyd etməkdə məqsəd ondan ibarətdir ki, valideynlər müəyyən mənada mütaliə ilə məşğul olmaqla özlərini inkişaf etdirməli və bu inkişaf sayəsində övladlarının tərbiyəsini düzgün istiqamətləndirməlidirlər.

Məsələyə daha böyük perspektivdən baxa bilərik. İkinci Qarabağ müharibəsində zəfər qazanan övladlar kim tərəfindən tərbiyə olunublar? Burada demək mümkündürmü ki, həmin övladları yalnız ailəsi, yaxud məktəb tərbiyə edib? Cavab hər birimizə məlumdur.

Əlbəttə ki, bu məsələlərin qanunvericilik və institusional tərəfləri də var. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində məktəblilərin mənəvi tərbiyəsi ilə əlaqədar diqqətəlayiq maddələr mövcuddur. Konstitusiyada ailə “cəmiyyətin özəyi” adlandırılıb və vətəndaş hazırlığında ailənin mövqeyi aydın verilib. Burada yazılır:

“1. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.

2. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir”.

İnstitusional tərəf isə odur ki, ölkəmizdə Elm və Təhsil Nazirliyi ilə yanaşı, digər qurumlar da birbaşa uşaqların, məktəblilərin həyatında, problemlərin həllində mühüm rol oynayır. Yerli icra hakimiyyəti orqanları, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini buna misal göstərmək olar.

Göründüyü kimi, uşaqlarla əsas tərbiyə işi, onlara qayğı ailənin, valideynlərin üzərinə düşür, məktəb isə bilavasitə bu məsələlərdə ailələrə dəstək olur.
Elə aktual problemlər var ki, onlar təkcə məktəbin həll edəcəyi məsələlər deyil. Üzləşdiyimiz problemlər, əslində, cəmiyyətin problemləridir. Bu səbəbdən ümumi təhsil müəssisəsi, valideynlər və digər qanuni nümayəndələr, maarifləndirməni həyata keçirən vətəndaş cəmiyyəti institutları birlikdə bu aktual problemlərin öhdəsindən gəlməlidirlər. İctimaiyyət təhsilalanların milli, mənəvi, əxlaqi tərbiyəsi və psixoloji sağlamlığı, eləcə də cəmiyyətin inkişaf səviyyəsindən irəli gələn məsələlər barədə maarifləndirilməsi istiqamətində birgə səylərini əsirgəməməlidir.

Oxşar xəbərlər

Bütün xəbərlər