Xəbər lentiwidget-title-icon

Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib

Azərbaycanda 15 universitetin yaratdığı komitənin iclası keçirilib - FOTO

Bakı Avrasiya Universitetinin akt zalında "ERASMUS+K2” proqramı çərçivəsində həyata keçirilən ECAR layihəsi üzrə yaradılmış Beynəlmiləlləşmə komitəsinin iclası keçirilib.

tehsilmedia.info xəbər verir ki, tədbirdə beynəlxalq əlaqələr üzrə prorektorlar və departament rəhbərləri iştirak ediblər.

Bakı Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Səyavuş Qasımov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rektorun adından salamlayıb və iclasın işinə uğurlar arzu edib. BAAU-nun prorektoru Universitetin beynəlxalq əlaqələr sahəsində fəaliyyəti haqqında Komitə üzvlərinə məlumat verib, müasir dövrdə ali təhsildə beynəlmiləlləşmənin əhəmiyyəti və rolu haqqında fikirlərini bildirib. Bütün bunların  universitetlərdə elm və təhsil prosesinin təkmilləşdirilməsinə dəstək verdiyini açıqlayıb. 

Beynəlmiləlləşmə komitəsinin sədri, Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova iclasa ev sahibliyi etdiyinə görə Bakı Avrasiya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. O Komitənin əsasnaməsi və fəaliyyət planını iclas iştirakçılarının müzakirəsinə təqdim edib. Sənədlərin beynəlxalq təcrübəyə istinad edərək hazırlandığını bildirib.

Daha sonra layihə üzrə tərəfdaş universitetlərin nümayəndələri çıxış edərək iclasa təqdim olunmuş əsasnamə və fəaliyyət planına rəy və təkliflərini bildiriblər. 

İrəli sürülən fikir və təkliflər nəzərə alınaraq Komitənin əsasnaməsi və fəaliyyət planı təsdiq olunub.

Qeyd edək ki, 2021-2024-cü illəri əhatə edən və Bakı Biznes Universitetinin koordinatoru olduğu ECAR layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihədə 15 yerli tərəfdaş universitet, o cümlədən, Bakı Avrasiya Universiteti və Avropadan olan ali təhsil müəssisələri, təşkilatlar iştirak edirlər. Əsas məqsədlərdən biri Azərbaycanda Rektorlar Konfransının yaradılması ilə yerli və Avropa ali məktəbləri arasında sıx əməkdaşlığın qurulmasına və inkişaf etdirilməsinə nail olmaqdır.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər