Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

İctimai Elmlər Bölməsinin iclasında bir sıra məsələlər müzakirə olunub

İctimai Elmlər Bölməsinin iclasında bir sıra məsələlər müzakirə olunub

Fevralın 9-da AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, iclası AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

İclasda Məhəmməd Əmin Rəsulzadənin 140, Naxçıvan Muxtar Respublikasının 100, Məhəmməd Füzulinin 530 illik yubileyləri və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” ölkə rəhbərinin sərəncamlarının icra vəziyyəti müzakirə edilib.

Elmi şuranın sədri yubiley tədbirləri ilə bağlı bölmənin müəssisələrinin əməkdaşlarının materiallarının media subyektlərində işıqlandırılması, eləcə də tədbirlər planına uyğun tədbirlərin vaxtında keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

İclasda AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Ruhəngiz Cümşüdlü “Cəmii-lisanə qadir” Füzulinin ərəbcə poetik irsi haqqında” mövzusunda məruzə edib. O bildirib ki, Prezident İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd olunması haqqında Sərəncamı onun bütövlükdə Azərbaycan ədəbiyyatına, tarixinə, şəxsiyyətlərinə verdiyi dəyərdən və hörmətdən irəli gəlir. Böyük şairin şəxsiyyətinə, irsinə layiqincə sahib çıxmaq, Füzulinin məzarının qorunması, məqbərəsinin tikilməsi məsələləri hakimiyyətə gəldiyi ilk günlərdən etibarən daim Ümummilli Lider Heydər Əliyevin diqqət mərkəzində olub. Füzulinin ərəbcə şeirlərinin geniş və sistemli tədqiqi və obyektiv ədəbi qiymətinin verilməsi Azərbaycan ədəbiyyatşünaslığının ən aktual məsələlərindən biri kimi meydana çıxıb. Füzulinin dövrümüzə gəlib çatan ərəbcə qəsidələri 460 beytdir. Bu şeirlər ilk dəfə 1958-ci ildə Füzulinin “Mətləül-etiqad” əsəri ilə birlikdə Sankt-Peterburq nüsxəsi əsasında akademik Həmid Araslı tərəfindən Bakıda nəşr olunub.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

İclasda bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nə və AMEA-nın Rəyasət Heyətinin “AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni nizamnaməsinə uyğun təşkili haqqında” 2024-cü il 9 yanvar tarixli qərarına uyğun olaraq icraçı direktor sözünün elmi işlər üzrə direktor müavini sözü ilə əvəz olunması zərurəti yarandığını vurğulayıb. Bununla bağlı tarix elmləri doktoru Eynulla Mədətlinin Fəlsəfə və Sosiologiya, filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlünün akademik Ziya Bünyadov adına Şərqşünaslıq, siyasi elmlər doktoru Ramilə Dadaşovanın isə Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifələrinə yenidən təyin olunması məsələlərinə baxılıb.

Sonda G.Baxşəliyeva bir sıra məsələlərlə əlaqədar müəssisələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Oxşar xəbərlər

Bütün xəbərlər