Xəbər lentiwidget-title-icon

Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu

Dissertasiyası oğurlanan alimdən rektora ittiham: - "Niyə oğurluğa göz yumursuz?"

Dissertasiyası oğurlanan alimdən rektora ittiham: - "Niyə oğurluğa göz yumursuz?"

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayevin elmi dərəcə almaq üçün müdafiə etdiyi dissertasiya işi oğurlanaraq, İqtisad Universitetinin magistri Elməddin Əhədzadənin adından magistr işi kimi qeydə alınıb.

Bundan xəbər tutan alim Dövlət İqtisad Universitetinə etiraz bildirib, dissetasiya işinin plagiat olması barədə şikayət edib.

Bakupost. az-a açıqlamasında Səyyad Ağayev məhkəməyə müraciət etdiyini və qalib gəldiyini bildirib. O, Dövlət İqtisad Universitetini plagiat dissertasiya işinin ləğv olunmasına mane olmaqda ittiham edib.
“2013-cü ildə Bakı Dövlət Universitetində Prezident yanında Ali Atesstasiya Komissiyasının tələblərinə uyğun olaraq “İqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün müdafiə etdiyim "Vergidən yayınma risklərinin modelləşdirilməsi" mövzusunda dissertasiya işim (https://aak.gov.az/upload/dissertasion/iqt/iqt_n_asi_30_05_13.pdf ) 2019-cu ildə oğurlanaraq Azərbaycan Dövlət İqtisad Universitetinin magistri Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” adı ilə magistr dissertasiya işi kimi (http://unec.edu.az/application/uploads/2019/10/h-dzad-Elmeddin-M-h-mm-d.pdf ) verilib. İşin plagiat olduğu məhkəmədə sübut olunub. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-50/2023 nömrəli 17 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən, iddiam qismən təmin edilərək, müəllif hüquqlarımın pozulmasına görə 3000 (üç min) manat məbləğində kompensasiyanın və 1000 (bir min) manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdeh Əhədzadə Elməddin Məhəmməd oğlundan tutulması qət edilib. Artıq cavabdehdən 4000 manat alınaraq mənə ödənilib".

Səyyad Ağayev qeyd edib ki, Əhədzadə Elməddin Məhəmməd oğlu tərəfindən “Azərbaycanda vergidən yayınma risklərinin tənzimlənməsində istifadə olunan metod və alətlər” mövzusunda (İxtisasın şifri və adı: 060403-Maliyyə; İxtisaslaşma: Vergi və vergiqoyma) müdafiə edilmiş magistr dissertasiyasının ləğv edilməsi də məhkəmə tərəfindən qət edilib:

"Lakin bu günə qədər qətnamənin şərtləri yerinə yetirilməyib. Rektor elmi işimi oğurlayan magistri məhkəmələrdə bütün təsir imkanları və mövqeyindən istifadə etməklə ciddi-cəhdlə müdafiə edir və dissertasiya işinin ləğv edilməsinə mane olur.

Görəsən, bunları etməkdə məqsəd nədir? Rektor Ədalət müəllimin doğrudanmı bundan xəbəri yoxdur? Yoxsa özünü xəbəri olmayan adam kimi göstərir? Maraqlıdır, dissertasiya işimi olduğu kimi köçürən magistr Elməddin Əhədzadənin işini niyə bu plagiat proqramı ilə yoxlamayıblar?”.

Oxşar xəbərlər

Bütün xəbərlər