Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

“Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

Mayın 5-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Məktəbində "Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin bəhrəsidir” mövzusu üzrə elmi-praktik konfrans keçirilib.
 
tehsilmedia.info xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının önündə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini işıqlandıran foto və kitab sərgisinə baxış keçiriblər. Konfransda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, professor Elxan Hüseynov açdı. Bu gün ölkəmizin hər yerində olduğu kimi, universitetimizdə də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davam etdiyini xatırladan Elxan Hüseynov, Ulu Öndərin həyat və yaradıcılıq fəaliyyətinin mahiyyətində azərbaycançılıq və Azərbaycan dövlətçiliyi fəlsəfəsinin dayandığını bildirdi. Qeyd etdi ki, Ümummilli Liderin fəaliyyətinin mərkəzində öz xalqına sədaqətlə xidmət, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi hər iki dövrdə dövlətçilik ənənələrinin möhkəmlənməsinə yönələn fəaliyyəti XX əsrin sonlarında, XXI əsrin əvvəllərində müstəqil, sosial yönümlü dövlət siyasəti ilə Azərbaycan Respublikasının möhkəm dayaqlar üzərində bərqərar olması ilə nəticələndiyini bildirən rektor fikrini bu cür ifadə etdi: "Ulu Öndərin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək, qarşıya qoyulan məqsəd və hədəflərə doğru addımlayır”. "Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində yeri” mövzusunda məruzə ilə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov çıxış etdi. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladığını, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter aldığını qeyd edən Elmar Xəlilov Azərbaycan xalqının Heydər Əliyev kimi Ümummilli Lideri olduğunu xalq üçün böyük xoşbəxtlik adlandırdı:”Məhz Ulu Öndərin yaradaraq inkişaf etdirdiyi strategiyanın bəhrəsidir ki, xalqımız öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə Ermənistan Respublikasının 30 illik işğalına son qoya, həsrətində olduğu qələbəyə qovuşa bildi”. Məruzə ətrafında Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Məftun Heydərova "Ulu Öndər Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti”, Biologiya və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Arzu Baxşəliyev "Heydər Əliyev-zəmanəni qabaqlayan şəxsiyyət”, Elmi hissənin müdiri dosent Samir Orucov "Heydər Əliyev-vətənpərvərlik və yüksək peşəkarlıq haqqında”, İqtisadiyyat və idarəetmə fakültəsinin I kurs tələbəsi Həsən Həsənov "Zərifə Əliyeva-zərif və nəzakətli, alicənab və ziyalı Azərbaycan xanımı” mövzularında geniş çıxış etdilər. Bildirdilər ki, müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyev dövlətimizin əsasını qoyduğu zaman bütün istiqamətlərdə möhkəm və etibarlı təməl, bünövrə yaratdı. Bütün bunlarla yanaşı gələcək inkişafımız üçün uğurlu konsepsiyalar hazırladı. Çünki, böyük lider Azərbaycanın işıqlı sabahına bütün varlığı ilə inanırdı. "Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” ifadəsi dövlətimizin bugünkü tərəqqisini və inkişafını əvvəlcədən görən böyük şəxsiyyətin uzaqgörən düşncələrinin məhsuludur. Bu gün hər birimiz üçün sevinc və qürur mənbəyidir ki, dövlətimizin idarəsi, ordumuzun komandanlığı Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin ixtiyarındadır. Dövlətimizin gündən-günə artan beynəlxalq nüfuzunun, möhkəmlənən iqtisadi gücünün, bütün dünyanın həsəd apardığı hərbi qüdrətinin mənbəyində Ulu Öndərimizin mükəmməl siyasəti dayanır. Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin böyük Zəfəri ilə yekunlaşdı. Bu Zəfər sayəsində 30 ilə yaxın düşmən əsarətində qalmış torpaqlarımız işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı ordumuz öz şərəfli missiyasını layiqincə yerinə yetirdi və ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu gün fəxrlə, qürurla yaşadığımız Qələbə sevincinin mənbəyində də Ümummilli Lider Heydər Əliyevin siyasəti dayanır. Tarixi ədaləti bərpa edən bu böyük Qələbə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsidir.
 
TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər