Xəbər lentiwidget-title-icon

Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI
SDU-da qiyabi tələbələrin narazılığı - “Təhsilimizlə oynayırlar...”
BMU-da süni intellekt üzrə yeni kafedra yaradılıb
“Uşağı məktəbdə daha çox saxlamaq, onu daha çox öyrətmək deyil” - Əməkdar müəllimdən ETİRAZ
Tərbiyəçi-müəllimlərin sertifikasiyası hansı formada təşkil olunacaq? - Agentlik direktoru AÇIQLADI
Magistratura imtahanlarının modeli dəyişə bilərmi?- AÇIQLAMA

Nadir İsrafilov: “İstedadı stimullaşdırmadıqda, o istedadsızlaşır...”

Nadir İsrafilov: “İstedadı stimullaşdırmadıqda, o istedadsızlaşır...”


Olimpiada və müsabiqələr istedadlı şagirdləri aşkara çıxarmağın əsas yollarından biridir.
Məlumdur ki, “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Q a y d a l a r ı”na əsasən fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir. Vacib və əhəmiyyətli məqamlardan biri də odur ki, fənn olimpiadalarının yekunlarına görə, şagirdlərin əldə etdiyi nəticələr müvafiq fənn müəllimlərinin, məktəbin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alınır ki, bu da olimpiadanın nəticələrində maraqlı tərəflərin bu prosesə diqqət və məsuliyyəti baxımından zəruri şərtlərdən biridir. Xüsusilə son onilliklərlərdə ölkəmizdə olimpiada hərəkatınının geniş vüsət alması sevidiricidir.
İstər Respublika miqyaslı, istərsə də Beynəlxalq olimpiadalarda məktəblilərimizin uğurları bunu deməyə əsas verir. Qazanıln qızıl, gümüş və bürünc medalların sayı durmadan artır, məktəblilərimizin sorağı ən mötəbər bilik yarışlarından gəlir və gəlməkdədir. Bu hər şeydən əvvəl onun nəticəsidir ki, fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında mütəmadi olaraq müvafiq və zəruri dəyişikliklər edilir, fənn müsabiqələri qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansını əldə edirlər. Təhsil naziri Emin Əmrullayevin də qeyd etdiyi kimi, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.
Bu baxımdan olimpiada qalibləri ilə geniş auditoriya şəraitində mütəmadi görüşlərin keçirilməsi, qaliblərin Respublikamızın ən tanınmış ziyalıları tərəfindən təltif edilməsi, bir neçə ildir ki, "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən beynəlxalq olimpiadalarda qalib olanların müsabiqədənkənar ali təhsil almaq hüququna malik olması və digər bu kimi stimullaşdırıcı tədbirlər məktəblilərin olimpiadaya olan maraq və həvəsini daha da artırır, onların inam və güvənini bir qədər də gücləndirmiş olur. Olimpiadalar həm də şagirdlər arasında sağlam rəqabət yaradır, məktəblilərin gələcək karyeralarının müəyyən olunmasında, onların tərəfdaş təşkilatlarla əlaqələrinin qurulmasında müsbət rol oynayır.
Səmimi etiraf edə bilərik ki, bugünkü yeniyetmələr daha bacarıqlı və yüksək hazırlığa malikdirlər: Doğrudan da şagirdlərimizin ildən-ilə əldə etdikləri uğurların sayı artmaqdadır. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif səpgili layihələr, olimpiadalar və bilik yarışları məhz bizə neçə-neçə yüksək bilik və bacarığa, istedada malik olan yeniyetmə və gənclərimizi tanıtdırıb. Sevindirici haldır ki, son illər Respublika və Beynəlxalq Fənn Olimpiadalarında qalib olan şagirdlərin sayında artım müşahidə olunur.
Elə, dünən Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimində də müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin aşkara çıxarıması, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqların inkişaf etdirilməsi, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsinin təmin edilməsindən geniş söhbət açıldı. Qeyd edildi ki, müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı-mütəxəssis kimi formalaşmasında bu kimi müsabiqələr mühüm rol oynayır.

Oxşar xəbərlər


Bütün xəbərlər

Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
Metroya görə dərsə gecikənlərə qaib yazılacaq? – Universitetlərdən CAVAB
Əməkdar müəllim yeni qaydaları DƏSTƏKLƏDİ: "Məktəbli formasının vahidliyi qorunacaq"
Türkiyədə məktəbə silahlı hücum olub yaralananlar var
SDU haqqında yayılan iddialarla bağlı AÇIQLAMA VERDİ
Bu məktəblərdə dərslər onlayn OLACAQ
Universitetlər magistr hazırlığını özləri aparacaq? - SƏBƏB
Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək
Məktəbli forması ilə bağlı qərarın arxasında hansı məqsəd dayanır? - Ekspert AÇIQLADI
Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Şagirdlər üç ildən sonra ilk dəfə dərsə getdilər
Şagirdlərin geyim formasının standartları təsdiqlənib
Sevinc Orucova KİMƏ ARXAYINDIR?
İlham Əliyev sərəncam imzalayıb
Azərbaycanda ali təhsil ocağı ləğv edildi
Qarabağ universiteti və tələbələri üçün xüsusi imkanlar yaradılacaq
Azərbaycan beynəlxalq yarışda 7 ixtisas üzrə təmsil olunacaq
“Baku ID 2026” innovasiya festivalı başa çatıb
Bakıda iki bağça fəaliyyətə başlayıb
Bu universitetlərdə dərslər onlayn olacaq - TAM SİYAHI