Məktəblilərə hicabda məktəbə gəlmək qadağan edildi – RƏSMİ
Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyimi ilə bağlı yeni hüquqi tələb qüvvəyə minib.
Tehsilmedia.com xəbər verir ki, Nazirlər Kabineti 21 sentyabr 2026-cı il tarixində dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim formaları ilə bağlı yeni qərar qəbul edib.
309 nömrəli qərarla məktəbli geyim formalarının təsvirlərinə dəyişiklik edilib. Yeni qaydalara əsasən, müəyyən edilmiş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir




























