Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

BDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilib

Bakı Dövlət Universitetində (BDU) görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib.

tehsilmedia.info xəbər verir ki, konfransın açılışından əvvəl BDU kollektivi II Fəxri xiyabanı ziyarət edib.

Görkəmli yazıçının məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, görkəmli yazıçı, ədəbiyyatşünas alim, unudulmaz pedaqoq Mir Cəlal Paşayev milli ədəbiyyatımızda özünəxas yer tutur: "Mir Cəlalın zəngin və çoxşaxəli fəaliyyəti nəinki öz dövründə, həm də gələcək zamanlar üçün bir örnəyə çevrilib. Böyük pedaqoq və alimin qələmindən çıxan onlarla elmi məqalə, publisistik-tənqidi yazılar, onun bədii təfəkkürünün məhsulu olan hekayə və irihəcmli əsərlər bu gün də öz dəyərini və aktuallığını qoruyub saxlayır. Mir Cəlalın həqiqətə və milli düşüncəyə, milli özünüdərkə söykənən hər bir yazısı əbədi yaşamaq haqqı qazanıb. Böyük vətənpərvər yazıçı elmi yaradıcılığında da millilik və azərbaycançılıq amilini həmişə uca tutub, xalqın milli dəyərlərinin unutdurulduğu bir zamanda böyük Azərbaycan şairi Füzulidən və onun ana dilində yaratdığı əsərlərinin poetik qüdrətindən bəhs edib. Yazıçı insan xarakterlərini, eləcə də xalqına ləyaqətlə xidmət etməyə çalışan milli duyğulu, sədaqətli insan obrazları yaratmağa müvəffəq olub, dövrün mənzərəsini ustalıqla əks etdirib. O, yüzlərlə gəncin, tələbənin, gənc tədqiqatçının arxa-dayağı, simsarı kimi bu gün də sevgi ilə xatırlanır, yaddaşlarda işıqlı bir şəxsiyyət, bir müəllim kimi yaşayır".

Rektor bildirib ki, Mir Cəlal Paşayev ömrünü nadir istedadı və insanlığı ilə bəşəriyyətə, Azərbaycan milli mədəniyyətinə, ədəbiyyatına, xalqına xidmətə həsr edib. Onun çoxşaxəli, zəngin bədii yaradıcılığı milli nəsrimizin ən parlaq nümunələrindəndir. Onun pedaqoji fəaliyyətinin xüsusiyyətləri Azərbaycan maarifçiliyinin, pedaqoji fikir tarixinin ən dəyərli, qiymətli tarixi faktlarındandır. O, özünün elmi məktəbini yaratmış nadir alimlərimizdən, ədəbiyyatşünaslarımızdandır: "Böyük ədib ömrü boyu pedaqoji fəaliyyətindən uzaqlaşmayıb. O, ötən əsrin 30-cu illərindən 80-ci illərin əvvəllərinə qədər Azərbaycan ziyalılar ordusunun ərsəyə gəlməsində başqa həmkarları ilə birlikdə əzmlə çalışıb. Böyük fəxrdir ki, Mir Cəlal müəllim uzun müddət BDU-nun Filologiya fakültəsində çalışıb, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri olub, məhz burada özünün elmi məktəbini yaradıb. Mir Cəlal müəllim yorulmaz, zəhmətkeş, fövqəladə biliyə və təfəkkürə sahib, istedadlı bir şəxsiyyət olmaqla bərabər, həm də olduqca məğrur, əyilməz, sadə, təvazökar, hamını sevməyi bacaran, istedadlılara xüsusi qayğı bəsləyən, humanist, fədakar bir insan, yazıçı, alim, pedaqoq kimi hələ sağlığında böyük hörmət qazanmışdı. Bakı Dövlət Universitetinin sevimli və unudulmaz müəllimi, nüfuzlu professoru kimi xatirələrdə daim yaşayan Mir Cəlal Paşayev həqiqət, düzlük, səmimiyyət aşiqi, ailəsini, övladlarını sevən, qoruyan şəxsiyyət olub. Onun bu kəlamı indi də dillər əzbəridir: "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir". İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur”.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Xalq şairi Nəriman Həsənzadə və digər çıxış edənlər görkəmli ədibin zəngin və çoxşaxəli fəaliyyətindən bəhs ediblər.

BDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilibBDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilibBDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilibBDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilibBDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilibBDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilibBDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilibBDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilibBDU-da Mir Cəlal Paşayevin yubileyinə həsr olunmuş konfrans keçirilib

Oxşar xəbərlər

Bütün xəbərlər