Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Cəlal Paşayevin alman dilində nəşr edilmiş “Füzuli sənətkarlığı” kitabının təqdimatı olub - FOTO

Cəlal Paşayevin alman dilində nəşr edilmiş “Füzuli sənətkarlığı” kitabının təqdimatı olub - FOTO

Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və pedaqoq, yazıçı, ictimai xadim Mir Cəlal Paşayevin Almaniyanın “Erqon-Nomos” nəşriyyatında “Bibliotheca Academica” – şərqşünaslıq sahəsində seçilmiş nəşrlər seriyasında çap edilən “Füzuli sənətkarlığı” kitabının təqdimat mərasimi olub.

Kitab şərqşünas-alim Mixael Raynhard Hess tərəfindən alman dilinə tərcümə edilib.

Əvvəlcə Mir Cəlal Paşayevin ömür yolundan bəhs edən videoçarx nümayiş olunub.

ADA Universitetinin rektoru Hafiz Paşayevin, tanınmış alim və mütəxəssislərin iştirak etdikləri tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev Mir Cəlalın elmi araşdırmalarından, zəngin yaradıcılığından, ədəbiyyatımıza verdiyi əvəzsiz töhfələrdən danışıb. Bildirilib ki, Azərbaycan elminin, təhsilinin, ədəbiyyatının inkişafında Mir Cəlalın müstəsna xidmətləri olub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Rizvan Nəbiyev görkəmli ədib Mir Cəlalın "Füzuli sənətkarlığı" monoqrafiyasının alman dilinə tərcümə olunmasının önəmini vurğulayıb. Qeyd edilib ki, şərqşünas-alim Mixael Raynhard Hess kitaba yazdığı “Giriş sözü”ndə həm Füzuli, həm də Mir Cəlal dövrünün ədəbi və tarixi-siyasi mühitinin elmi-tənqidi təhlilini aparıb. O, sovet rejimi tərəfindən ədəbiyyata tətbiq olunan qadağalara və edilən müdaxilələrə dair Qərb oxucusu üçün izahlar verərək yazır ki, dövrün ideoloji məhdudiyyətlərinə baxmayaraq, Mir Cəlal Füzulini milli şair kimi araşdırmağa və təqdim etməyə nail olub.

Tədbirdə Mixael Raynhard Hess görkəmli alim və yazıçı Mir Cəlalın ədəbi irsindən bəhs edib.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Təhsin Mütəllimov, Milli Məclisin deputatı, Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Filologiya fakültəsinin Alman və fransız dilləri kafedrasının baş müəllimi Mətanət Əliyeva, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu çıxış edərək görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin geniş elmi və pedaqoji fəaliyyətindən, ədəbi yaradıcılığından danışıb, təqdim olunan kitabın tariximiz, ədəbiyyatımız üçün dəyərli mənbə olduğunu bildiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər