Xəbər lentiwidget-title-icon

Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir
AzTU-nun YTİ direktoru NDU-da mühazirə oxuyub
Ədliyyə Nazirliyinin Probasiya xidməti Azərbaycan Universitetində seminar keçirib - FOTO
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Qəbələdə peşə təhsili tələbələri və məzunları üçün əmək yarmarkası keçirilib - FOTO
Fəlsəfə doktoru imtahanlarında iştirak üçün qeydiyyat başlayır
Patentlə bağlı tələblərə yeni müddəalar əlavə edilib
Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin olunub
Məktəbə "Molotov kokteyli" atanlar həbs edilib
Peşə təhsilində coğrafiyaçılar “yeri-göyü fəth edir” - Sənaye, aviasiya, dəmir yolu - son dayanacaq haradır?
Tarixdə ilk yaşıl ulduz aşkarlanıb
AzTU-da müdafiə sənayesi üçün mühəndis hazırlığı müzakirə olunub
Müəllim sosial şəbəkədəki paylaşımının məzmununu dərk etməlidir - Deputat
Ülkər Səttarova Naxçıvan kolleclərində olub
İki institutun birgə məqaləsi Q4 jurnalında dərc edilib
Məktəblimiz Latviyada bürünc medal qazanıb
“Süni intellekt dövründə təhsil fəlsəfəsində 5 əsas dəyişiklik baş verməlidir...”-EKSPERT
Məktəbdə jurnalistlərə hücum edənlərə cinayət işi AÇILIB

Bu müəssisələr ödənişli kurslar təşkil edəcək

Bu müəssisələr ödənişli kurslar təşkil edəcək

Ümumi təhsil müəssisələri ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər təşkil edəcək.
Nazirlər Kabinetinin dünən təsdiqlədiyi “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, öz vəzifələrini yerinə yetirmək üçün ümumi təhsil müəssisəsi “Ümumi təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malik olacaq.

Eyni zamanda qərara əsasən, Ümumi təhsil müəssisəsi “Təhsil haqqında”, “Ümumi təhsili haqqında” və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş mənbələrdən maliyyələşdirilir. Bu mənbələrdən, həmçinin sahibkarlıq fəaliyyətindən əldə olunan vəsait və digər əmlak dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsinə büdcədən ayrılan
vəsaitin məbləğinə təsir göstərmir. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. Ümumi təhsil müəssisəsi “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarında göstərilmiş sahibkarlıq fəaliyyəti növləri və
innovasiya fəaliyyəti ilə məşğul ola bilər. Bu fəaliyyəti təmin etmək üçün təhsil müəssisəsinin nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər.

Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normativlərə uyğun olaraq tabe olduğu dövlət orqanı (qurumu) və bələdiyyə tərəfindən maliyyələşdirilir. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin bu Nümunəvi Nizamnamədə qeyd olunan mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir. Ümumi təhsil müəssisəsinin fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

Dövlət orqanının tabeliyində olan ümumi təhsil müəssisəsi işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən, o cümlədən tutulan xidmət haqlarından daxil olan vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 257 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası”na uyğun olaraq xərcləyir. Dövlət adından yaradılan publik hüquqi şəxsin tabeliyində olan ümumi təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst (bu Nümunəvi Nizamnamə nəzərə alınmaqla) müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir. Dövlət tərəfindən yaradılan ümumi təhsil müəssisələrində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir.

Ümumi təhsil müəssisəsinin ödənişli təhsil xidmətlərinin və bu Nümunəvi Nizamnamədə nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyil.

Oxşar xəbərlər

Bütün xəbərlər