Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

Dövlət İmtahan Mərkəzində beynəlxalq seminar başa çatıb

Dövlət İmtahan Mərkəzində beynəlxalq seminar başa çatıb

24 – 25 iyun 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Bakı şəhərində “Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” adlı beynəlxalq seminar keçirilib.

Seminarın birinci günü strateji insan resursları və istedadların idarə edilməsi, dövlət qulluğuna kadrlarının işə qəbulunda müqayisəli yanaşma, dövlət qulluqçuları üçün səriştə əsaslı qiymətləndirmə ilə bağlı təqdimatlar edilib, həmçinin bu sahədə son yeniliklər və qabaqcıl təcrübələr bölüşülüb.

Bu gün isə yerli qurumlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova “ƏƏSMN-nin sistemində əməkdaşların səriştə əsaslı xidməti fəaliyyətinin qiymətləndirilməsi”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnsan resurslarının idarə olunması şöbəsinin müdiri Fidan Fərzəliyeva “Dövlət qulluqçuları üçün səriştə əsaslı qiymətləndirmə”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Dövlət Xidmətlərinin dizaynı və innovasiyalar departamentinin müdiri Səmral Əliyev “Dövlət xidmətlərində dizayn düşüncənin tətbiqi və performansın idarəedilməsi”, DİM-in Dövlət informasiya resursları departamentinin müdiri Vüqar Əkbərov isə “Dövlət Qulluqçularının Xidməti fəaliyyətinin qiymətləndirilməsi informasiya sistemi” adlı təqdimatlarla çıxış ediblər.

İştirakçılar daha sonra DİM-in elektron imtahanlar korpusunda yaradılan innovativ platforma, xüsusi proqram təminatı və texnoloji infrastruktur ilə əyani tanış olmaq üçün Mərkəzin yeni binasına səfər ediblər.

Həmçinin qonaqlar üçün mədəni proqram çərçivəsində Beynəlxalq Muğam Mərkəzində müxtəlif sahələr üzrə incəsənət nümunələrinin nümayişi və İçərişəhərdə gəzinti nəzərdə tutulub.

Xatırladaq ki, 2 gün davam edən seminarın əsas məqsədi dövlət qulluğunda səriştə əsaslı seçim və qiymətləndirmə sahəsində qabaqcıl təcrübələri bölüşmək, bu sahədə əldə edilmiş bilikləri paylaşmaq, eyni zamanda ölkələrimizin dövlət qulluğu üzrə rəhbər şəxsləri və mütəxəssisləri arasında dövlət qulluqçularının inkişafına dair müasir təcrübələr əsasında müzakirə aparmaq olub.

Tədbirdə Azərbaycan, Türkiyə, Bosniya və Herseqovina, Şimali Makedoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan dövlət qurumlarının nümayəndələri, Dövlət İdarəçilik Akademiyalarının rektorları olmaqla, ümumilikdə 70 nəfər iştirak edib. İştirakçılara seminarda iştirakla bağlı sertifikat təqdim olunub.

Oxşar xəbərlər

Bütün xəbərlər