Xəbər lentiwidget-title-icon

AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq

DİM-in Direktorlar Şurasının sədr müavini beynəlxalq seminarda iştirak edib

DİM-in Direktorlar Şurasının sədr müavini beynəlxalq seminarda iştirak edib

27-30 noyabr 2023-cü il tarixlərində ABŞ-nin Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Dövlət Qulluğu Komissiyası və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə “XXI əsrdə dövlət qulluğunda nailiyyət əsaslı insan resurslarının idarə edilməsi” mövzusunda beynəlxalq seminar keçirilib.

tehsilmedia.info xəbər verir ki, bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bu mövzuda “Bacarıqların inkişafı” üzrə keçirilən ilk seminar 20-21 dekabr 2022-ci il tarixlərində Bakı şəhərində təşkil olunmuşdu.

Tədbirdə BMT nümayəndələri ilə yanaşı, Xaba üzv olan Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət qulluğu orqanlarının rəhbər şəxsləri, dövlət sektorunda insan resurslarının idarə edilməsi siyasətinin formalaşdırılması və həyata keçirilməsinə cavabdeh olan dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Seminarın məqsədi müasir insan resurslarının idarə edilməsində dövlət qulluğu sistemi komponentlərinin – işə qəbul, seçim və saxlama siyasəti, motivasiya, əmək haqqı, resursların idarə olunmasının texniki apektləri və s. mövzuların müzakirəsi, həmçinin iştirakçı ölkələrin qabaqcıl təcrübələrinin paylaşılması olub.

Seminarın açılışını edən BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyasının sədri Larbi Djacta və Dövlət Qulluğu üzrə Astana Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baimenov insan resurslarının idarəedilməsi ilə bağlı müasir çağırışlara toxunublar.

Seminarda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov da iştirak edib. B.Xəlilov öz çıxışında Azərbaycanın dövlət qulluğu sistemində aparılan islahatlar barədə danışıb və iştirakçılara “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”, “Dövlət qulluğunda səriştə modeli”nin tətbiqi, Dövlət Qulluğu Məcəlləsinin hazırlanması və insan resurslarının inkişafı ilə əlaqədar görülən işlər haqqında məlumat verib.

Məlumat üçün bildiririk ki, seminar iştirakçılarının növbəti görüşünün 2024-cü ilin yay aylarında yenidən Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbirin təşkilatçılarından olan BMT-nin Beynəlxalq Dövlət Qulluğu Komissiyası 1974-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən yaradılmış müstəqil ekspertiza orqanıdır.

Dövlət Qulluğu üzrə Astana Regional Xab isə 25 iştirakçı ölkə və 5 beynəlxalq təşkilat tərəfindən yaradılan effektiv tərəfdaşlıq və şəbəkə platforması nümunəsidir. Hazırda Xabın şəbəkəsində olan 42 ölkə arasında qarşılıqlı öyrənməyə əsaslanan üfüqi bilik mübadiləsi həyata keçirilir.

Oxşar xəbərlər

Bütün xəbərlər