Xəbər lentiwidget-title-icon

Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb

MDU əməkdaşları yay məktəbində iştirak edib

MDU əməkdaşları yay məktəbində iştirak edib

Mingəçevir Dövlət Universitetinin tərəfdaşı olduğu, Xəzər Universitetinin koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş, Avropa Komissiyasının maliyyələşdirdiyi Erasmus+ layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində 29 iyul-02 avqust 2024-cü il tarixlərində yay məktəbi təşkil olunub. Layihə “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Bacarıqlarının İnkişafı” (DIRNA) mövzusunda həyata keçirilib. Tədbirdə Mingəçevir Dövlət Universitetinin 3 əməkdaşı - Layihə meneceri Samirə Əhmədova, İnformasiya Texnologiyaları kafedrasının müdiri Aidə Mustafayeva və kafedranın müəllimi Məryəm Əsədova iştirak edib.

MDU-ya istinadən xəbər verir ki, yay məktəbinin rəsmi açılışı Gəncə Dövlət Universitetinin rektoru, professor Yusib Yusibov və Xəzər Universitetinin rektoru İradə Xəlilovanın salam nitqi ilə başlanıb. Tədbir zamanı Xəzər Universitetinin nümayəndələri DİRNA layihəsinin məqsədləri və əhəmiyyətini iştirakçılara çatdırıblar.

Təlimlərdə Türkiyənin İzmir Yüksək Texnologiyalar İnstitutu, İtaliyanın Laqulia Universiteti və Finlandiyanın Juvaskula Universitetinin ekspertləri təqdimatlar edərək açıq elmin prinsipləri, elmi məlumatların və nəşrlərin geniş ictimaiyyət üçün əlçatan olmasının vacibliyi, açıq nəşriyyat üçün alətlər və elmi məlumatlara pulsuz çıxışı təmin etmək üçün müxtəlif platforma və vasitələrdən istifadə yolları haqqında ətraflı məlumat veriblər. Həmçinin, FAIR (Findable, Accessible, Interoperable, Reusable) prinsiplərinə uyğun məlumatların idarə edilməsi və Avropa Açıq Elm Buludunun (EOSC) təqdimatı keçirilib. İştirakçılar institusional repozitoriyaların idarə edilməsi üçün DSpace, Eprints və Fedora kimi məşhur proqramlar haqqında geniş biliklər əldə ediblər.Təlim zamanı iştirakçılar əldə etdikləri bilikləri praktiki olaraq tətbiq etmək imkanı qazanıblar. Onlar DSpace-də məqalə kolleksiyalarının yaradılması, məlumatların yüklənməsi və təşkili üzrə tapşırıqları yerinə yetirərək, bu alətlə işləməyin daha dərindən öyrənilməsinə nail olublar. Praktiki məşğələlər, gündəlik işdə anbardan səmərəli istifadə etmək üçün tələb olunan bacarıqların inkişaf etdirilməsinə yönəlib. Bu bilik və bacarıqlar, elmi məlumatların daha geniş yayılmasını və əlçatanlığını asanlaşdıraraq, institusional repozitoriyalarla işin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, istifadəsi nəzərdə tutulan DSpace platforması, məqalələr, dissertasiyalar və tədqiqat məlumatları kimi elmi materialların saxlanmasını, təşkilini və nəşrini dəstəkləyir və onları tədqiqatçılar və geniş ictimaiyyət üçün əlçatan edir. Platforma, metadata və məlumatlara daxil olmaq imkanı ilə strukturlaşdırılmış repozitoriyalar yaratmağa imkan verir.

Oxşar xəbərlər

Bütün xəbərlər