Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Müəllimlərin regionlara cəlbi üçün stimullaşdırıcı tədbirlər görülməlidir

Müəllimlərin regionlara cəlbi üçün stimullaşdırıcı tədbirlər görülməlidir

Müəllimlərin regionlara cəlbi üçün stimullaşdırıcı tədbirlər görülməlidirAgentlik tərəfindən açıqlamaya əsasən, MİQ üzrə namizədlər vakant yer seçimlərində daha çox paytaxt və böyük şəhərlərə üstünlük verirlər. Nəticə etibarı ilə belə olan halda bir çox vakant yer namizədlər tərəfindən seçilmir.

Bəs, görəsən, müəllimlərin əksəriyyətinin paytaxtda fəaliyyət göstərməsinə səbəb nədir?

Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, təkcə müəllimlər deyil, digər peşə sahibləri də iş yerlərinin paytaxtda və böyük şəhərlərdə olmasına daha çox üstünlük verirlər:

“Qaydalar”da müvafiq dəyişikliklər edilməsinə və əlavə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var.Məsələnin mahiyyətinə ümumi kontekstdə yanaşsaq, şahidi oluruq ki, təkcə müəllimlər deyil, digər peşə sahibləri də iş yerlərinin paytaxtda və böyük şəhərlərdə olmasına daha çox üstünlük verirlər. Bu da bir çox amillərlə şərtlənir. Yəni, məsələnin başlıca mahiyyəti şəhərlərdə kəndlərlə müqayisədə sosial həyatın bütün sahələrində yaşayışı üçün daha optimal şərait yaradılması ilə bilavasitə əlaqədardır.Regionlarda olan bir çox vakant yerlərin namizədlər tərəfindən seçilməməsi məsələsinə qaldıqda isə, bu təkcə bu ilin məsələsi olmayıb, illərlə davam edən problemlərdən biridir. Onu da demək yerinə düşər ki, təhsilimizin ən çox dəyişikliklərə məruz qalan sahələrindən biri də məhz müəllimlərin işə qəbulu və dərs yükü ilə bağlı qaydalardır ki, bu da bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqədardır

Baxmayaraq ki, son onilliklərdə müəllimlərin işə qəbul qaydaları dəfələrlə dəyişdirilib, istəsək də, istəməsək də açıq etiraf etməliyik ki, ölkəmizdə müəllimlərin işlə təmin edilməsi və müvafiq vakansiyalar üzrə yerləşdirilməsində hələ də müəyyən problemlər yaşanır. Müəllimlərin sayının vakant yerlərlə müqayisədə qat-qat çox olduğu nəticə etibarı ilə rəqabət mühitini ifrat dərəcədə kəskinləşdirir. Müqayisə üçün onu xatırladım ki, Sovet dönəmində müəllimlərin işə qəbulu məsələsi birbaşa təyinatla həyata keçirilirdi.

Yəni, tələb-təklif prinsipi mövcud idi. Müvafiq təklifə əsasən bütün yerlərdə vakansiyalar öyrənilirdi və bunlar Təhsil Nazirliyinə təqdim olunurdu. Həmin vakansiyaya uyğun ali məktəbi bitirənlər birbaşa təyinatla yerlərə göndərilirdi. Ailə vəziyyəti və digər zəruri səbəblər nəzərə alınaraq azad (sərbəst) təyinat verilirdi. O vaxt bu məsələ demək olar ki, öz həllini tapmışdı”.

Ekspert vurğulayıb ki, müəllimlərin regionlara cəlbi üçün əlavə stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır:

“Ötən əsrin 90-cı illərində müəllimlərin işə qəbulu məsələsi rayon təhsil şöbələrinə həvalə olunmuşdu. Bütün müəllimlər Rayon təhsil şöbəsi tərəfindən işə təyin olunurdu. Bütün məktəblərin vakansiyaları "Azərbaycan müəllimi" qəzetində dərc edirdi. Hər məktəbin qabağında o vakansiya elanları yerləşdirilirdi. Məktəbdə 9-11 nəfərdən ibarət xüsusi komissiya fəaliyyət göstərirdi. Komissiya müəllimin açıq dərsini dinləyir, müsahibə aparır və müəllimin namizədliyini rayon təhsil şöbəsinə təqdim edirdi. Ondan sonra rayon təhsil şöbəsi əmr verirdi.

Sonradan müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçməyə başladı. Hazırda bu qaydalar da dəfələrlə dəyişilib. İlkin olaraq müəllimlərin işə qəbulu qaydaları 70 maddədən ibarət idi. Bu, müəyyən problemlər yaratdı. Bir müddət sonra qaydalar nisbətən yüngülləşdirildi və 35 maddəyə salındı. İndi üçpilləli mərhələdir.“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında müəyyən dəyişikliklərin edilməsinə baxmayaraq, xüsusilə də regionlarda vakant yerlərin doldurulması üçün effektiv və işlək mexanizm rolunu oynaya bilməyib.Hesab edirəm ki, “Qaydalar”da müvafiq dəyişikliklər edilməsinə və əlavə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. 2-3 keçid balı fərqinə görə hansısa müəllimin öz doğma yurdundan ayrı salınıb digər nabələd regiona təyinat alması heç bir məntiqə sığmır və onun həmin şəraitə adaptasiya olunmasına cidd problemlər yaratmaqla yanaşı, həm də təhsilin keyfiyyətinə də təsirsiz ötüşmür. Tələb-təklif prinsipi əsasında ya təyinat sistemi tətbiq olunmalı, ya da əks halda namizədlərin vakant yer seçimləri zamanı daha çox paytaxt və böyük şəhərlərə üstünlük vermələrinin qarşısını almaq və regionlara cəlbi üçün əlavə stimullaşdırıcı tədbirlər nəzərdə tutulmalıdır”.

Oxşar xəbərlər

Bütün xəbərlər