Xəbər lentiwidget-title-icon

Zəngilan Şəhər Təhsil Kompleksinin açılışı olub
Məktəblilər arasında esse müsabiqəsi keçiriləcək
Peşə təhsili müəssisələrində karyera mərkəzlərinin sayı artırılacaq
Bağçalar adambaşına maliyyələşmə mexanizminə keçəcək
Qələbəmizin izləri adlarda: Zəfər adı daşıyan uşaqların SAYI
Bağçalarda 7 minə yaxın şəxsin ixtisası uyğun deyil - Sertifikasiyada nə baş verəcək?
Ay və Venera rekord həddə bir-birinə yaxınlaşacaq
Zəfərlə bağlı mövzular hansı dərslik və kurikulumlara daxil edilib?
AzTU komandaları beynəlxalq olimpiadada qalib olub
AzMİU-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Bir qrup media işçisi təltif edilib – SƏRƏNCAM
Somali səfiri ADNSU-da olub - FOTO
Özəl universitetlərdə tibb ixtisası açılsın - TƏKLİF
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
Aqrar sığorta ekspertliyi üzrə imtahana qeydiyyat davam edir
Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər

DİM-in nümayəndə heyəti beynəlxalq konfransda iştirak edirlər

DİM-in nümayəndə heyəti beynəlxalq konfransda iştirak edirlər

3 – 6 sentyabr 2024-cü il tarixlərində Türkiyənin Eskişehir şəhərində “Kompüter adaptiv testlərdəki yeniliklər və süni intellektin ölçmə və qiymətləndirmədə tətbiqləri” mövzusunda keçirilməsi nəzərdə tutulan “9-cu Təhsil və Psixologiyada Ölçmə və Qiymətləndirmə Konfransı” öz işinə başlayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Anadolu Universitetində təşkil edilən konfransda Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov, Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlər ilə iş şöbəsinin müdiri Aydın Qasımov, Orta təhsil üzrə şöbənin müdiri Murad Əliyev və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov iştirak edirlər. DİM-in nümayəndə heyəti konfrans çərçivəsində DİM-in inkişaf yolu, fəaliyyət istiqamətləri, nailiyyətləri və təcrübələrinə həsr olunmuş “Azerbaycan Cumhuriyeti Devlet Sınav Merkezi Gelişim, Deneyim ve Uygulamalarını Paylaşıyor” adlı xüsusi panel sessiyada (5 sentyabr 2024-cü il) iştirak edəcəklər (https://kongre.epodder.org/program/).

Konfrans çərçivəsində həmçinin DİM-in şöbə müdiri Elmir Şirinov Tükiyənin Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM), Milli Təhsil Nazirliyinin (MEB), Dövlət İmtahan Mərkəzinin və Qazaxıstan Respublikasının Milli Test Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçiriləcək “Sınırları Aşmak: Türk Devletleri Test Merkezlerinin Uluslararasılaşması” adlı panel sessiyada müzakirələrdə iştirak edəcəkdir.Müxtəlif sahələrdən olan tədqiqatçıları və mütəxəssisləri bir araya gətirən konfransın məqsədi mövcud süni intellekt modellərinin təhsil və psixologiyada ölçmə və qiymətləndirmə sahəsinə töhfələrini aşkar etmək, ölçmə nəzəriyyəsi və metodologiyasında və kompüter adaptiv test tətbiqlərindəki yenilikləri müzakirə etməkdir. Konfransın bu dinamik və inkişaf edən sahədə təcrübə mübadiləsi və əməkdaşlığın təşviqi üçün məhsuldar platforma kimi töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, konfransda Məzun İdarəetmə Qəbul Şurasının (GMAC) Test inkişafı və psixometriya departamentinin rəhbəri Dr. Chris Han, Minnesota Universitetinin professoru David J.Weiss, Honq Konq Universitetinin professoru Jimmy de la Torre, Dil Testi Xidmətləri professoru John H.A.L. De Jong və Tvente Universitetinin professoru Vim van der Linden əsas məruzəçi qismində çıxış edirlər (https://kongre.epodder.org/davetli-konusmacilar/)

Konfrans haqqında ətraflı məlumatı verilmiş keçiddən əldə etmək mümkündür: https://kongre.epodder.org
Konfransı canlı olaraq verilmiş linkdən izləmək mümkündür:

https://www.youtube.com/live/gWy3--Tc8f8

Oxşar xəbərlər

Bütün xəbərlər