Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: - Bu problemlərə yol açacaq...

Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI: - Bu problemlərə yol açacaq...

Məktəblərin birləşdirilməsinə ekspertlərin REAKSİYASI:
Ucqar kənd məktəblərdə şagird sayının az olması, hətta bəzən müəllim şagird sayından çox olması təhsil sahəsində ciddi resurs israfına səbəb olur. Bu problemlə mübarizə aparmaq üçün rayon mərkəzlərində mərkəzləşmiş məktəblərin yaradılması müzakirə oluna bilər. Burada hətta uzaqdan gələn şagirdlər üçün yataqxanaları tikilməsi, həmçinin, şagirdlərin təhlükəsiz və rahat şəkildə bu məktəblərə çatdırılmasını təmin etmək üçün məktəbli servisləri də təşkil edilə bilər. Bu addımlar həm tədrisin keyfiyyətini artırar, həm də resursların səmərəli istifadəsinə imkan yaradar. Belə bir yanaşma ucqar kəndlərdə təhsilin əlçatanlığını, həm də ümumi təhsil səviyyəsini yüksəldə bilər. Bəs, bu problem necə həll olunmalıdır?

Sitat.info -ya açıqlamasında mövzulə bağlı danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri qeyd edib ki, bu məsələ bəzi problemləri bərabərində gətirəcək:
“Məlum oldu ki, ölkə məktəblərinin 1500-də şagird sayı 100- dən aşağıdır. Onların da bir çoxu natamam orta ümumitəhsil məktəblərinin payına düşür. Yəni, tədrisin 9-cu sinfə qədər aparıldığı məktəblərdə əsasən şagird sayının azlığına daha çox rast gəlinir. Bunlarla bağlı hansı addımlar atılacağı qeyd edildi.

Mərkəzləşdirilmiş, komplektləşdirilmiş məktəb siyasətinə qərar veriləcəyi, az şagirdlərin oxuduğu kiçik məktəblərin bağlanaraq oraya yaxın ərazidəki daha böyük təhsil müəssisəsinə birləşdiriləcəyi qərarı verildi. Rəsmi qərar olmasa da, bu bu barədə şifahi məlumatlar verilib. Buna qarşı gələnlər də oldu. Şagird sayından asılı olmayaraq, böyük və kiçikliyindən asılı olmayaraq ucqarlarda məktəb binasının bağlanmasını arzuolunmaz hal hesab edənlər də oldu. Bunu da normal qarşılamaq lazımdır. Sonradan rəsmi açıqlama verildi ki, həmin məktəblər bağlanmır. Şagird, müəllim sayı artdıqdan sonra həmin məktəblərə tədris yenidən qayıdacaq. Fakt ondan ibarətdir ki, həmin məktəblərdə dərslər artıq olmayacaq“.

E. Nuri vurğulayıb ki, məktəblərin komplektləşdirilməsi o qədər də arzuolunmaz proses deyil: "Düzdür, müəyyən qədər sosial problemlər olacaq. Yol-nəqliyyat məsələlərində çətinlik olacaq. Məsələn bu gün hava sərtdir, bu hələ paytaxtda belədir. Ucqar yerlərdə olan və az şagirdin oxuduğu məktəblərdə sərt iqlimdə nəqliyyat məsələsi daha çətindir. Onlar üçün nəqliyyat vasitələrinin necə ayrılacağı qəribədir. Ümumiyyətlə bu nə dərəcədə mümkün olacaq? Açıq danışsaq, məsələn şagird sayının az olduğu 4 məktəb bağlanır. Həmin 4 məktəbin şagirdləri onlara yaxın olan 5-ci məktəbə birləşdirilir. Bu o deməkdir ki, hər bağlanan məktəb üçün ayrıca avtobus olacaq? Bu olmasına təbii ki, olsun. Amma 1500 məktəb bağlanacaqsa, 1500 avtobusun ayrılacağı mənə inandırıcı gəlmir. Uzaq başı 100 dənə avtobus ayrılacaq. Bu problem də var".

Ekspert bildirib ki, mərkəzləşdirilmiş və yataqxanası olan məktəblər yaratmaq gözəl fikirdir: "Beynəlxalq təcrübədə bu var. Ancaq reallığa baxsaq, 1500 avtobus ayrılmasındansa, mərkəzləşdirilmiş yataqxanası olan məktəblərin olması daha yaxşı olardı. Ancaq söhbət ucqarlardan gedir. Burada təkcə oğlan uşaqları olmayacaq. Əgər tələbə olsaydılar qızlar üçün ayrı, oğlanlar üçün ayrı yataqxana olardı və bu problem deyil. Ancaq bunlar hələ uşaq olduğu üçün gərək valideynləri də onlarla birlikdə yaşasın. Əslində bu yataqxanaların yaradılması pis fikir deyil, amma inandırıcı və tətbiqi asan olan məsələ də deyil".

Təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu isə Sitat.info- ya açıqlamasında bildirib ki, Nazirlik tərəfindən bu istiqamətdə iş aparılır: "Nazirliyin planına əsasən, şagird sayı 100-dən az olan 1500-ə yaxın məktəb rasionallaşdırılıb. Bu məktəbin ləğv edilməsi deyil. Məktəb birləşdirilə bilər, yenidən təşkil oluna bilər. Təyinatını da dəyişdirə bilər. Bu odur ki, əvvəl 11 illik tam orta məktəb 9 illik ola bilər. İndi şagird sayı 10- a qədər olan 142 məktəb rasionallaşdırılır. Şagird sayı 3-4 olan məktəblərdə 1ə şagird çəkilən xərc hardasa 25000 manata yaxın gəlib çıxır. Amma rayon mərkəzində həmin məktəbə yaxın məktəblərə birləşdirilməsi və həmin şagirdlərin nəqliyyat məsələsini təşkil etməklə qalan xərclər təhsilin başqa sahəsinə yönəldilə bilər. Həm də şagirdlər daha keyfiyyətli təhsil ala bilər. Çünki şagird sayı az olanda rəqabət olmur, şagirdlər dərsə gəlməyəndə müəllimlərin əmək haqqı söhbəti var. Bir sözlə çox problemlər yaşanır.

Bunun üçün məktəbləri birləşdirib və şagirdlərin daşınması üçün servislər təşkil oluna bilər. Və bu proses artıq həyata keçirilir. Amma şagird sayı 100 olan bütün məktəblərin bağlanması məsələsi yanlışdır. Elə məktəb ola bilər ki, şagird sayı 70 olsun və başqa məktəblə birləşsin. Amma eləsi olar ki, şagird sayı 30 olsun, ancaq birləşməsin. Çünki burada yol məsələsi var, uşaqların daşınmasını təşkil etmək məsələsi var”.

Sitat.info

Oxşar xəbərlər

Bütün xəbərlər