Xəbər lentiwidget-title-icon

AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"
Məktəbdə uşaq itib, dublikat direktor da yerində tapılmır
13 yaşdan aşağı uşaqlara sosial media qadağan ediləcək
Uşaq evlərindən 28 gənc tələbə olub
Fərid Məmmədov: “Şəxsi maraq və daxili motivasiya ən yaxşı stimuldur”
Birinci kurs tələbələrini təhdid edən şəxs universitetdən qovuldu
"Qarşılaşdığımız çətinlikləri qəbul edirik, onları inkar etmirik” - Nazir
Rövşən Nəcəf “SABAH.city”də texnoloji gələcəkdən və kibertəhlükəsizlikdən danışıb

Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI

“2026 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində bildirilir ki, Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Formula 1 yarışının keçirildiyi müddətdə paytaxtın mərkəzi hissəsində hərəkətin məhdudlaşdırılması ilə yanaşı, həmin ərazilərdə yerləşən təhsil müəssisələrinin fəaliyyəti də gündəmə gəlir.

Belə ki, əvvəlki illərdə Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə yerləşən bir sıra məktəblərdə dərslər yarış günləri ilə əlaqədar distant formada təşkil olunub. Bu qərarın əsas səbəbləri sırasında nəqliyyat məhdudiyyətləri, məktəblərə gediş-gəlişin çətinləşməsi və şagirdlərin təhlükəsizliyinin təmin edilməsi göstərilib.

Bəs 2026-cı ildə Formula 1 ilə əlaqədar həmin məktəblərdə də distant təhsil tətbiq olunacaqmı?

Tehsilmedia.com xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) redaktor.az-a bildirilib ki, hazırda bununla bağlı rəsmi qərar yoxdur. Qərar qəbul ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Bununla belə, əldə etdiyimiz məlumata görə, Bakı Şəhər Halqasının əhatə etdiyi ərazilərdə yerləşən bir sıra məktəblərdə dərslərin 21 sentyabrdan etibarən distant formada keçirilməsi, tədrisin isə 29 sentyabradək bu qaydada davam etdirilməsi nəzərdə tutulur.

Distant təhsilə keçiriləcəyi bildirilən təhsil müəssisələrinin siyahısı belədir:

132-134 nömrəli lisey;
6 nömrəli məktəb-lisey;
7 nömrəli məktəb;
8 nömrəli məktəb;
160 nömrəli Klassik Gimnaziya;
Elitar Gimnaziya;
189-190 nömrəli məktəb;
2 nömrəli texniki-humanitar lisey;
147 nömrəli texniki-humanitar lisey;
27 nömrəli məktəb;
1 nömrəli məktəb.

Qeyd edək ki, “2026 Formula 1 Azərbaycan Qran Prisi”nin keçirilməsi ilə əlaqədar Bakı şəhərinin mərkəzində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması 20-28 sentyabr tarixlərini əhatə edəcək.

Məktəblərin distant təhsilə keçirilməsi ilə bağlı qərarın rəsmi şəkildə təsdiqlənməsi və ya siyahıda dəyişiklik edilməsi halında əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Bütün xəbərlər