Xəbər lentiwidget-title-icon

Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"

Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur.

Hər il sentyabrın 18-i dahi Azərbaycan bəstəkarı, professional musiqi sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Milli Musiqi Günü kimi qeyd edilir.

Tehsilmedia.com xəbər verir ki, Sumqayıt şəhəri 23 nömrəli məktəbin musiqi müəllimi, “Örnək müəllim” Maya Yaradanquliyeva Milli Musiqi Günü ilə bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb.

Müəllim qeyd edib ki, Milli Musiqi Gününün təməlində iki böyük bəstəkarın adı dayanır:

“Milli Musiqi Gününün məhz 18 sentyabr tarixində qeyd olunması təsadüfi deyil. Bu tarix Azərbaycan musiqi mədəniyyətinin iki böyük sütununun adı və dövlət qərarı ilə bağlıdır. 1885-ci il sentyabrın 18-də iki nəhəng sima - Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyli və görkəmli bəstəkar Müslüm Maqomayev anadan olub.

Hələ dahi müğənni Bülbülün təşəbbüsü ilə Üzeyir bəyin sağlığında, 1945-ci ildən etibarən bəstəkarın doğum günü respublikada musiqi bayramı kimi qeyd olunmağa başlanıb. Bu ənənəni əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin 18 sentyabr 1995-ci il tarixli fərmanı ilə 18 sentyabr rəsmi olaraq Milli Musiqi Günü kimi təsbit edilib”.

Milli Musiqi Günü şagirdlərə mənəvi irsimizin, milli kimliyimizin bünövrəsi kimi çatdırılmalıdır:

"Bu xüsusi günü dərsdə maraqlı və yadda qalan üsullarla təqdim etmək olar. Şagirdlərə bu günün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlı təsis edildiyini bildirmək, onun Şərqdə ilk opera və ilk operettanı yaratması faktını vurğulamaq lazımdır. Onun ilk dəfə romans-qəzəllər yaratdığını qeyd etmək və bu əsərlərdən, xüsusilə Nizami Gəncəvinin qəzəlləri əsasında yazılmış romans-qəzəllərindən dinlətmək olar.

Daha sonra “Koroğlu” operasından möhtəşəm və əzəmətli uvertüranı dinlətmək, bu əsərin tarixi əhəmiyyətini şagirdlərə aşılamaq lazımdır. Eyni zamanda, uşaqların musiqidən aldıqları emosional təəssüratlarını bölüşmələrinə şərait yaratmaq vacibdir.

Üzeyir Hacıbəylinin öz əsərlərində muğamlardan, xalq mahnı və rəqslərindən istifadəsini göstərmək üçün uşaqlara həmin əsərlərdən nümunələr dinlətmək lazımdır. Üzeyir Hacıbəyli xalq musiqilərindən öz əsərlərində istifadə etməklə böyük bir məktəb yaradıb. Bu ənənəni də bütün bəstəkarlar davam etdirirlər.

Üzeyir Hacıbəyli böyük bir məktəb qoyub. Muğamlarımızın, aşıq havalarımızın və klassik bəstəkar əsərlərimizin kökünü dərk edən şagird, təbii ki, öz mədəniyyəti ilə fəxr edir. Xalq musiqisi şagirdlərin mənəvi aləmini zənginləşdirir, onlarda estetik qavrayış formalaşdırır. Şagirdlərə Üzeyir Hacıbəylinin operettalarından mahnılar ifa etdirmək lazımdır.

Məsələn, mən bu gün dərsimdə “O olmasın, bu olsun” operettasından Məşədi İbadın mahnısını ifa etdirəcəyəm və həmin səhnəciyi yaradacağıq. Məşədi İbadın mahnısında Üzeyir Hacıbəyli “Uzundərə” xalq rəqsindən istifadə edib. Yəni, balaca bir səhnəcik hazırlamaq lazımdır ki, uşaqların yaddaşında qalsın. Beləliklə, uşaqlarda keçmişə hörmət, mədəni irsi qorumaq və gələcək nəsillərə ötürmək məsuliyyəti formalaşır”.

Sonda müəllim şagirdlərin qəlbində bu gözəl sənətə sevgi aşılayan hər bir musiqi müəlliminə təşəkkür edib:

“Milli musiqi irsimizi yaşadan, onu gələcək nəsillərə ötürən bütün müəllimləri, musiqi xadimlərini və sənətsevərləri bu əlamətdar gün münasibətilə təbrik edirəm. Musiqimizin harmoniyası və ilhamı həyatınızdan heç vaxt əskik olmasın.

Əziz müəllimlər və şagirdlər, Milli Musiqi Gününüz mübarək olsun! Qoy muğamlarımızın dərinliyi, əzəməti və köhnəlməyən mahnılarımızın hərarəti qəlbinizdə daim vətənpərvərlik və estetik zövq işığı yandırsın.

Şərqdə ilk operanı, zəngin simfoniyaları və xor əsərlərini bəxş edən böyük irsin varisləriyik. Şagirdlərin qəlbində bu gözəl sənətə sevgini alovlandıran hər bir musiqi müəlliminə təşəkkür edirik”.

Oxşar xəbərlər

Bütün xəbərlər