Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

AzMİU-da imtahan sessiyası ərzində “Açıq qapı” günləri təşkil olunacaq

AzMİU-da imtahan sessiyası ərzində “Açıq qapı” günləri təşkil olunacaq

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Sessiya təsdiq olunmuş imtahan cədvəlinə əsasən bakalavriat səviyyəsində yazılı, test və yaradıcılıqla bağlı fənlər üzrə ənənəvi qaydada, magistratura səviyyəsində yazılı, test və şifahi formada keçirilir.

Universitetdən bildirilib ki, sessiya müddətində bakalavriat səviyyəsində 404 fənn üzrə 9249 tələbə, magistratura səviyyəsində isə 263 fənn üzrə 1618 tələbə imtahan verəcək. Bakalavriat səviyyəsində keçirilən imtahanların 163-ü yazılı, 206-sı test, 35-i isə qabiliyyət tələb edən, magistratura səviyyəsində isə keçirilən imtahanlardan 60-ı test, 203-ü yazılı imtahanlardır.

İmtahanlarda tələbələrin davranışını izləmək və onların qaydalara riayət etməsini təmin etmək məqsədilə 25 zal nəzarətçisi prosesə cəlb olunub. Sessiyanın daha səmərəli keçirilməsi üçün ümumilikdə 10 auditoriyada imtahanlar təşkil edilib. Test üsulu ilə imtahan verən tələbələrə ümumilikdə 235 kompüterdən ibarət olmaqla 5 kompüter zalı, yazılı imtahanlara isə 5 xüsusi zal ayrılıb.Yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması işləri üzrə universitetin müəllim və əməkdaşlarından ibarət işçi qrup formalaşdırılıb. Eyni zamanda, imtahanların idarə edilməsi üçün gənc müəllimlər və tədris-köməkçi heyətdən ibarət nəzarət qrupu yaradılıb. Bir sözlə, imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb.

Üzrlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək şansı da yaradılıb. Onlar üzrlü səbəb haqqında əsaslandırılmış arayışlarını gətirməklə növbəti semestrin başlanğıcına qədər həmin fənn üzrə imtahan verə biləcəklər.

İmtahan prosesində yaranacaq narazılıqların araşdırılması və həlli məqsədilə Apellyasiya Komissiyası, İmtahan Qərargahı və “Qaynar xətt” də fəaliyyət göstərir. Həmçinin universitetin tədris binalarında müraciət və təklif qutuları yerləşdirilib. Hər sessiyada olduğu kimi, bu dəfə də imtahan prosesi universitet rəhbərliyi tərəfindən izlənilir və zəruri tapşırıqlar verilir.

Bundan əlavə, sessiya ərzində imtahanlarda şəffaflığı təmin etmək istiqamətində ictimaiyyətin iştirakını nəzərdə tutan “Açıq qapı” günləri də təşkil olunacaq. Bu günlərdə valideynlərin, deputatların, ictimaiyyət və media nümayəndələrinin imtahan sessiyasını müşahidə etməsinə şərait yaradılacaq

Oxşar xəbərlər

Bütün xəbərlər