Xəbər lentiwidget-title-icon

Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq
45 min nəfərlik ixtisasartırma planında saxtakarlıq və Emin Əmrullayevin BSU-dakı etirafı: “Məni bu vəzifədə zorla saxlayırlar”
Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Bakı Dövlət Universitetinin dosenti vəfat edib
Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...
Çin Aya insan göndərmək üçün hazırlıqlara başlayıb
Müəllim 16 il işə getmədən maaş alıb
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır
Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir

Nəticəsi yüksək olan 1628 namizəd zal nəzarətçisi sertifikatı alıb

Nəticəsi yüksək olan 1628 namizəd zal nəzarətçisi sertifikatı alıb

Zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesi başa çatıb. Zal nəzarətçisi sertifikatı almış 1628 nəfər imtahanların idarə olunması prosesinə cəlb ediləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, sertifikat əldə etmək üçün qeydiyyat prosesi 18 sentyabr – 20 oktyabr 2023-cü il tarixlərində aparılıb və bu müddət ərzində 3844 nəfər öz ərizəsini təsdiq edib.

Qeydiyyatdan keçmiş namizədlər ilk olaraq müsahibəyə dəvət edilib. Müsahibə mərhələsində namizədlərin tələblərə uyğunluğu yoxlanılıb və psixometrik test imtahanına cəlb ediliblər. Psixometrik test imtahanında namizədlərin idarəetmə lokusu, emosional sabitlik, liderlik və özünüidarəetmə keyfiyyətləri ölçülüb. Müsahibə üçün qeydiyyatdan keçmiş 3275 namizəddən 2007 nəfər uğurlu nəticə əldə edərək növbəti mərhələdə - ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanında iştirak hüququ qazanıb.

Ümumi intellekt səviyyəsinin yoxlanılması imtahanında namizədlərə 30 test tapşırığı təqdim olunub. Bu imtahan namizədlərdə söz ehtiyatının zənginliyi, sözlə ifadə olunmuş məlumatı müqayisə etmək və ümumiləşdirmə, vizual məlumatı təhlil etmək, eləcə də riyazi təfəkkürün inkişaf səviyyəsini qiymətləndirməyə kömək edir. İmtahan üçün qeydiyyatdan keçmiş 1947 namizəddən 1813 nəfər 40%-dən yuxarı nəticə göstərərək növbəti mərhələyə keçib və iki günlük təlimlərə cəlb edilib.

Birinci – “İmtahan prosesinin psixoloji xüsusiyyətləri” təlimi imtahan prosesinə aid stres və təlaş, imtahana cəlb olunan tərəflərin psixoloji portretləri, ilkin təəssüratın imtahan gedişatına təsiri, imtahan prosesində ünsiyyət xüsusiyyətləri və imtahana psixoloji hazırlıq mövzularını əhatə edib. Bu təlimdə 1759 namizəd iştirak edib.

“DİM tərəfindən keçirilən imtahanlar, imtahan proseduru və zal nəzarətçilərinin fəaliyyəti” adlı ikinci təlimdə Mərkəz haqqında ümumi məlumat, imtahanlar, onların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilib və fikir mübadiləsi aparılıb. Bu təlimdə 1752 namizəd iştirak edib.

Sonuncu mərhələdə namizədlər təlimlər zamanı əldə etdikləri nəzəri biliklərin yoxlanılması üçün yekun test imtahanına cəlb ediliblər. İmtahanda namizədlərə 30 test tapşırığı təqdim olunub. Yekun test imtahanında 1751 namizəd iştirak edib.

Ümumi nəticəsi 60% və daha yüksək olan 1628 namizəddən 79 nəfər “A” və 1549 nəfər “B” kateqoriyalı zal nəzarətçisi sertifikatı əldə edərək DİM-in elektron nəzarətçilər bazasına daxil edilib. Bu nəzarətçilər onlarla xidməti müqavilə bağlandıqdan sonra 2024-cü ilin mart ayından etibarən imtahanlara cəlb ediləcəklər.
Qeyd edək ki, indiyə qədər 4810 nəfər zal nəzarətçisi sertifikatı əldə edib.
Xatırladaq ki, imtahanlara təyinat zamanı sertifikat əldə etmiş zal nəzarətçilərinə üstünlük verilir.

Oxşar xəbərlər

Bütün xəbərlər