Xəbər lentiwidget-title-icon

Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu
Mədəniyyət təhsilində yeni istiqamət
Natiq Əliyevə “Firidun bəy Köçərli” mükafatı təqdim olunub
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Məleykə Abbaszadə Yüksəlişin qalibləri ilə görüşüb

Təhsildə günümüzün problemləri

Təhsildə günümüzün problemləri

Səmərəli menecer hər manatın qədrini bilər.

“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq.”

İlham Əliyev

Bu gün ölkədə elə bir ailə tapmaq mümkün deyil ki, təhsilin durumundan razı olsun. Vətəndaşın öz durumundan və dövlətin vətəndaşına olan qayğısından məmnunluğu təhsil sistemin keyfiyyətindən daha çox asılıdır, nəinki digər qurumların fəaliyyətindən. Təhsil sistemində minlərlə problem və təşəbbüslər var ki, maliyyə təminatsızlığı səbəbi ilə illərlə həll edilmir.
Təhsil problemlərinin həllində mühüm alətlərdən biri də təhsilə dair layihələrə qrantların verilməsidir. Bizim təhsilin ağır durumda olması səbəblərindən biri də universitetlərə, vətəndaş cəmiyyətinə, ekspertlərin faydalı və əhəmiyyətli təşəbbüslərinə qrantların verilməməsidir. Təhsil siyasəti tərsinə qurulduğu kimi, deyəsən təhsildə qrant siyasəti də tərs qurulub.
Son illər ETN təhsil layihələrinə qrant verməyə başlayıb. Amma verməsə idi, daha yaxşı olardı. Çünki, bu qrantların təhsilə köməyi heç hiss edilmir, əbəs yerə pullar havaya sovrulur.
ETN keçən il QHT-lər üçün veridiyi təhsil qrantları da əvvəlki illərdəkindən heç nə ilə fərqlənmədi.
ETN ""Gilavar Fotoqrafiya Məktəbi" təlim kursu" adlı layihəyə qrant verib. ETN bu "layihə"yə qrantlar verməklə təhsilin inkişafına nail ola bilərmi?
Belə "seçim" görəsən təhsilə olan biganəlikdən, dostlara olan hörmətdən, yoxsa selfi çəkdirməyə olan məhəbbətdən qidalanır?
Belə yanaşma ilə gələn il də yəqin "Foto modellərin hazırlığı kursu" layihəsinə təhsil qrantı verərlər.
Digər bir layihə belə adlanır: "Təhlükəsiz gələcək! - Şagirdlərin təhlükəsizlik hüququnun təmin edilməsi". ETN məktəblilərin təhlükəsizliyi üçün 10 ildir "Məktəblinin dostu" adlı "İnnovasion" və "aktual" meqalayihə icra edir, hər il buna milyonlarla pul ayırır. Bu il də əlavə bir neçə milyon ayıracaq. Belə bir vəziyyətdə bu problemin həllinə mikroqrant ayırmağın mənası nədir?
Onsuz da yarıtmaz təhsil siyasəti nəticəsində məktəblilər məktəbdə yox, repetitor yanında dərs alırlar, bu məsələyə "xüsusi" diqqət yetirməyin nə mənası?
Başqa bir qrant "Məktəbli münaqişələrinin həllində “həmyaşıd vasitəçiliyi”nin tətbiqi" adlanır. 10 il "Məktəblinin dostu" kimi möhtəşəm "layihə"nin fəaliyyət göstərdiyi məktəblərdə niyə məktəbli münaqişələri olmalıdır ki? Bu "dostlar" hara baxır, nə edir ki, məktəblilər arasında münaqişələr yaranır və bu münaqişəni də ştatlı "dostlar" yox, həmyaşıdlar həll edir?
Bəlkə məktəblər daha "razboşiklər" hazırlayır, xəbərimiz yoxdur? Sonra da təəccüblənirik ki, oğru dünyasına aid mahnılar təhsil müəssisələrində niyə səsləndirilir?
Bəlkə daha yaxşı olar ki, "Məktəblinin dostu" layihəsinin uğursuzluğunun səbəbləri" adlı layihəyə qrant verərdiniz? Bu layihənin real icrası belə cəfəng ideyanın bizim reallığa uyğun olmadığını, müəllim-şagird münasibətini zədələdiyini, onun tam mənasız olduğunu üzə çıxardardı. Bu layihənin nəticəsi həm faydalı, həm də əsl mənada təhsildə rasionallaşmaya xidmət edərdi, 10 miyonlarla büdcə pulu belə mənasız işlərə israf edilməzdi, təhsilin konkret problemlərinin həllinə yönələrdi.
Növbəti "möhtəşəm" qrant "Birlikdən biliyə" adlanır. Belə qeyri müəyyən, konkret olmayan layihənin təhsilə təsir gücü nə olacaq?
Belə boş layihələrə qrantlar verməkdə ETN-nin məqsədi nədir? Bəlkə təhsil qrantları müsabiqəsi dostlara ünvanlı sosial yardım proqramıdır?
Əvvəlki illərdə də təhsil layihələrinə verilən qrantların çox hissəsi təhsilə aidiyyatı olmayan, təhsil problemlərinin real həllinə xidmət etməyən ideyasız layihələr olub.
Bir neçə QHT- nin eyni müsabiqədə maksimal məbləğdə (100 min manat) eyni vaxtda 2 qrant alması kimi halların olması faktları da var.
Əvvəlki illərdə də səmərəsiz təhsil qrantlarının verilməsi mövzusunda ekspertlər tərəfindən xeyli məqalələr yazılmışdır, amma nə faydası?
"Dəyirman" yenə də öz işindədir.
ETN heç vaxt ictimai rəyi nəzərə almayıb, görünür şəxsi və qrup maraqları olan yerdə, milli və dövlət maraqları, ictimai rəy onlara lazım deyil. Ölkə prezidentinin ictimai nəzarət haqqında bildirdiyi fikirlər də heç nəzərə alınmır:

“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq.” (Prezident İlham Əliyev).

Ölkənin maliyyə resurslarının belə israfı nə deməkdir? Eyni zamanda "Universitetlərin innovativ infrastrukturunun yaradılması", "Universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsi", "Müəllimlərin distant təkmilləşdirməsi kurslarının təşkili" kimi aktual təhsil layihələri kənara atılır. Belə "seçim"lərin edilməsi görəsən səriştəssizlikdəndir, yoxsa ölkə təhsilinin inkişafına zərbə vurmaq niyyətindəndir?
Yəqin ki, bu qrantlar da əvvəlki illərdə olduğu kimi güzəştlə verilib?
Amma sözdə səriştəsiz fəaliyyəti pərdələmək üçün gəlişi gözəl ifadələr işlətmək heç yaddan çıxmır:
"Təhsildə güzəşt vətənə xəyanətdir"
(E. Əmrullayev).
Görünür "islahatçı" nazir imici yaratmaq üçün belə söz oyunu da lazımdır. Reallıqda isə ....
500 min manat qrant büdcəsini ədalət və səmərə ilə xərcləyə bilməyən bir qurum, 5 milyard təhsil büdcəsini səmərəli xərcləyə bilərmi?
Dəniz suyunun dadına baxmaq üçün dənizin suyunu tamam içməyə ehtiyac yoxdur, bu sudan 1 qurtum içmək bəsdir. Bəlkə təhsilin bugünkü tənəzzülünün əsas səbəbini elə illərlə təhsildəki səhv maliyyə siyasətində axtaraq? Bu necə ola bilər ki, son illər təhsil büdcəsi 5 dəfə artıb, amma təhsil geriləyib? Belə "təhsil islahatı" hansı ölkədə olub?
ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub. Belə güzəştlər təhsilə, cəmiyyətə, dövlətin təhsil və səmərəli maliyyə siyasətinə zərbədir. Xüsusən də təhsilə dair bütün qlobal reytinqlərdə daim aşağı pillələrdə olduğumuz bir zamanda belə israfçı qrant siyasətinin illərlə davam etməsi ciddi suallar doğurur.
ETN bu suallara cavab versə yaxşı olardı.

Oxşar xəbərlər

Bütün xəbərlər