Xəbər lentiwidget-title-icon

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL
Tələbə universitetdən qovuldu, amma bu qərar qanunidirmi? – Vəkildən CAVAB
“Uşağın əvəzinə hər şeyi etməyin”: Məktəbə adaptasiyanın əsas şərtləri
Universitetdən xaric edilən tələbə ilə bağlı AÇIQLAMA: "Təhdidlər arta bilərdi"
Ceyhun Məmmədovdan tələbənin xaric edilməsinə etiraz: “Doğru yanaşma olmaya bilər”
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi çox vacibdir"

Təhsildə qrant talançılığı - Dos. İlham Əhmədov

Təhsildə qrant talançılığı - Dos. İlham Əhmədov


“Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq.”
İlham Əliyev

Təhsilimizdə çox ciddi problemlər var. Bu problemlər ilbəil azalmaq əvəzinə, əksinə olaraq daha da artır. Təhsil büdcəsinin dəfələrlə artımı da problemlərin həllinə kömək etmədi. Çünki, büdcənin xərclənməsi səmərəsiz və qeyri şəffaf olmuşdur.
30 il ərzində mərhələlərlə yaranan və kök salan ciddi problemləri ETN həll etmək gücündə deyil. Bu qurumun problemləri həll etməyə nə niyyəti, nə də səriştəsi, nə də elmi potensialı yoxdur.
Nazirin etiraf etdiyi kimi, nə edəcəklərini də hələ bilmirlər. Sadəcə bütün xalqın bildiyi məsələləri səsləndirmək (KİV və sosial şəbəkələrdən öyrənərək), amma onların həlli üçün heç nə etməmək, dövlətin etimadını doğrultmamaqdan başqa bir şey deyil. Belə təsəvvür yaranır ki, elm və təhsil sahəsinə rəhbərlik edənlər bu sahənin dövlətin mühüm strateji sahəsi, milli təhlükəsizliyin əsası olduğunu hələ də tam dərk etmir, öz vəzifələrinə məsuliyyətsiz yanaşırlar.
AZAL pilotlarında olan peşəkarlıq və vətənpərvərlik, təhsil menecerlərimizdə də olsaydı, indi təhsilimizin yaxşı sorağı hər yana yayılardı, təhsil reytinqlərimiz yüksələrdi. Pilotlar 100 nəfərin həyatına, təhsil menecerləri 2 milyon insanın həyatına məsuliyyət daşıyırlar. Bu səbəbdən AZAL pilotları hansı məsuliyyətlə seçilib, işə qəbul edilirsə, təhsil menecerləri də elə məsuliyyətlə seçilməli, peşəkarlar bu işlə məşğul olmalıdırlar.
Nazir tez-tez sual edir: necə edək ki, təhsildə reytinqlərimiz yüksəlsin. Bu da həmən sualın cavabı.Qeyri peşəkarlıq da hər addımda və hər deyilən cümlədə özünü biruzə verir. Nazirlik elm və təhsildəki problemlərin həlli üçün konkret addımlar atmaq əvəzinə, şikayət etməklə öz işini bitmiş hesab edir. ETN-dən fərqli olaraq, bəzi təhsil mütəxəssisləri təhsil praktikasından və təhsil elmlərindən məlumatlı olduqlarına görə məsələlərə daha real və kompleks yanaşaraq, mövcud problemləri səsləndirir və həll yollarını göstərirlər. Amma nazirlik bu təklif və təşəbbüslərə tam biganəlik göstərməklə, problemlərin həllində maraqlı olmadığını açıq nümayiş etdirir.
Təhsil mütəxəssisləri isə resurs çatışmazlığı səbəbi ilə problemləri həll edə bilmirlər. Bu məqsədlə beynəlxalq təcrübədən istifadə etmək yaxşı olar. Yəni, təhsil problemləri konkretləşdirilir, sistemləşdirilir, layihələr sistemi kimi formalaşdırılır, onların həlli üçün ünvanlı maliyyə ayrılır, layihələrin icrası peşəkar layihə qruplarına, komandalara, fərdi qaydada ekspertlərə açıq müsabiqə yolu ilə həvalə edilir. Bu məqsədlə təhsil sistemində səmərəli qrant siyasəti də reallaşdırılmaq mümkündür.
Son 10 ildə təhsilə dair "qrant"lar verilsə də, bunun təhsil təcrübəsinə heç bir faydası olmadı. Son illərdə verilən qrantlarının mövzuları təhsil problemlərinə uzaqdan-yaxından heç bir aidiyyatı olmamışdır. Qrant qalibləri olan layihə icraçılarının çoxu təhsil sistemində tanınmamış, təcrübəsi və səriştəsi olmayan qurumlar və ya fərdlər olub. Ən biabırçı qrant müsabiqəsi 2023-cü ildə oldu. Amma 2024-cü ilin müsabiqəsi, deyəsən daha betərdir.
Bu ərəfədə ETN QHT-lər üçün 2024-cü il üzrə qrant müsabiqəsinin nəticələrini dərc edib. Nəticələrlə tanışlıq göstərir ki, "davam edir dosta güzəşt, daha rahat, daha sərbəst." Amma nazir sözdə deyir ki: "təhsildə güzəşt vətənə xəyanətdir". Reallıqda isə təhsildə güzəştlər, o cümlədən qrantların paylanmasındakı qanunsuzluqlar adi hal alıb.
Təhsil büdcəsi son illər 5 dəfə artsa da təhsildə heç nə dəyişmədi. Deməli büdcə artımı ilə yanaşı peşəkarlıq, vətənpərvərlik, qanunlara hörmət və xərclərdə rasionallaşdırma da lazımdır.
ETN isə həmişəki kimi özünəməxsus prinsipiallıqla ,"fəaliyyət" göstərir. Prinsipiallıq yaxşı haldır, əgər bu həqiqətən təhsilin inkişafına real fayda verirsə, təhsil problemlərinin həllinə yönəlirsə, seçimlər ədalətə və peşəkarlığa əsaslanırsa. Əks halda bu maliyyə resurslarının növbəti israfı olacaqdır.
ETN bir neçə ay ərzində QHT-lər üçün Qrant müsabiqəsinə təqdim edilən layihələri özü bildiyi kimi (yəni, ənənələrinə uyğun olaraq) "təhlil" etdikdən sonra, nəhayət ki, qalibləri "seçə" bilibEhtimal edirdik ki, bu qrant layihələrinin icrası nəticəsində ETN 5 il ərzində ciddi "narahat" edən bütün təhsil problemləri kompleks həll ediləcəkdir: yəni tərsinə qurulan təhsil sistemi "düzünə qurulacaq", ali təhsilimizin rəqabət qabiliyyəti "artacaq", ATM reytinqi "yüksələcək", tədqiqat universitetlərinin qurulmasına tövhələr veriləcək, universitetlərin sahibkarlıq fəaliyyəti təmin ediləcək, müəllim hazırlığının "keyfiyyəti" artacaq, 25 yaşdan yuxarı əhali oxuduğu mətni "100 % anlayacaq" v.s.
Təəssüf ki, bu dəfəki qrant seçimləri də ənənə üzrə "dosta güzəşt" prinsipi ilə paylandı, mövzular isə heç də aktual deyil.
Belə yerdə deyirlər: "Utanmasan oynamağa nə var ki?"
Təhsildə qrant mövzusunda əvvəlki illərdə də xeyli tənqidi məqalələr yazılıb, amma ETN rəhbərliyi ictimai nəzarəti, ictimai rəyi, KİV-lərin yazısını nəzərə almır. Dəyirman öz işindədir. Ölkə rəhbərliyinin ictimai nəzarət haqqındakı dəyərli fikirləri niyə ETN şamil edilmir?
Əslində indiki durumda təhsilin inkişafı problemlərin həlli üçün qrantlar bəlkə də sonuncu şansdır, amma ETN milyardları necə "xərcləyir"sə, kiçik məbləğləri də elə israf edir.

Oxşar xəbərlər


Bütün xəbərlər

"Qəbul imtahanlarındakı fənlərin sayı azaldılmalıdır" - Ramin Nurəliyev
Musiqi müəllimi: "Şagirdlərim dərsdə Üzeyir bəyin əsərlərini səhnələşdirəcək"
Qarabağ Universitetində 10-dan çox əcnəbi professor fəaliyyətə başlayıb
Bağçalara növbəyə yazılma prosesi davam edir
Repetitor bazarı uğrunda mübarizə, yoxsa yeni təmayül modeli?!
Daha 40 məktəbdə hibrid təhsil olacaq
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
AMEA-nın gənc alimlərinin ilk dəfə respublika konfransı keçiriləcək
Formula 1 zamanı Bakıda məktəblər distant təhsilə keçiriləcək? - SİYAHI
Bu STEAM mərkəzlərində vakansiya VAR
Tələbələrin yataqxana problemi necə həll oluna bilər? – Deputatdan TƏKLİF
"Bu bərbad vəziyyət nə məktəb rəhbərliyini, nə də müəllimi narahat edir" - Təhsil eksperti
Valideynlərin narazılığı nəticə verdi – Bu məktəblə bağlı qərar VERİLDİ
Uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
Gecikən tələbələrə güzəşt edilməməlidir - Deputatlardan intizama çağırış
MİQ-in müsahibə mərhələsindən neçə nəfər kəsilib? – RƏSMİ AÇIQLAMA
"Təhsil eksperti"nə hökm oxunub
Masazır 5 nömrəli məktəbdə iki ildir dərslər zirzəmidə keçirilir – VİDEO
Bu gün Milli Musiqi Günüdür
Ekspert elm və təhsil nazirinin məruzəsindəki tezislər və təhsil reallığı arasındakı uçurumdan yazdı... - TƏHLİL