Xəbər lentiwidget-title-icon

Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib

Universitetlərimiz dünya reytinqində: məlumatlarınızı təqdim etməyin vaxtıdır

Universitetlərimiz dünya reytinqində: məlumatlarınızı təqdim etməyin vaxtıdır

Universitetinizin dünyanın nüfuzlu reytinq sıralamasında yer almasını istərdinizmi? Belə bir şansı Böyük Britaniyanın ali təhsil xidmətləri sahəsində ixtisaslaşmış reytinq agentliyi olan Times Higher Education (THE) şirkəti təqdim edir.

THE dünyanın nüfuzlu ali təhsil müəssisələrinin qlobal reytinqində - World University Rankings və universitetlərin fənlərarası elmə töhfəsini ölçən Fənlərarası Elm Reytinqində (ISR) təmsil olunmaq üçün ali təhsil müəssisələrini qurumun yaratdığı məlumat portalında qeydiyyatdan keçməyə və öz məlumatlarını göndərməyə dəvət edir.

Hər iki reytinq 2025-ci ilin payızında dərc olunacaq. Portal iki aydan çox müddətə açıq olacaq və martın 30-da bağlanacaq. İştirak etmək üçün heç bir ödəniş yoxdur, lakin yalnız portal vasitəsilə məlumat təqdim edən qurumlar cədvəllərə daxil ediləcək.

Növbəti ildə Fənlərarası Elm Reytinqində iştirak etmək istəyən qurumlar, keçən il olduğu kimi, eyni portaldan istifadə edərək, Dünya Universitetləri Reytinqləri üçün məlumatları, habelə fənlərarası elmlər haqqında əlavə məlumatları təqdim etməlidirlər. Bu il bir və ya bir neçə elm sahəsini ictimai elmlərlə əlaqəli şəkildə özündə birləşdirən istənilən tədqiqat layihəsini əhatə etmək üçün fənlərarası əhatəlilik genişləndirilib.

Məlumatların təqdim edilməsi hər iki reytinq üçün bütün universitetlərdən ötrü açıqdır, lakin qurumlar yalnız müəyyən meyarlara cavab verdikdə sıralamada yer alacaq. Reytinq tələblərinə cavab verməyən qurumlar hələ də məlumat təqdim etməyə təşviq olunurlar, çünki onlar THE “DataPoints” vasitəsilə müqayisə alətlərinə daxil ola biləcəklər. Onlar bu statusdan imtina etmədikcə, müvafiq reytinq cədvəllərində “reportyor” qurumlar kimi qeyd olunacaqlar.
İnstitusional məlumatların necə təqdim edilməsi ilə bağlı məsləhətlər və təlimatlar portalda bir neçə dildə mövcuddur. Portal martın sonunda bağlandıqdan sonra məlumatlarını yoxlamaq üçün universitetlərlə əlaqə saxlanıla bilər.Keçən il THE-nin məlumat qrupu qlobal ali təhsil sektoru ilə əməkdaşlıq edərək 2025-ci il Dünya Universitetləri Reytinqini tərtib etmək üçün 127 ərazi üzrə 2860 universitetdən məlumat toplayıb. THE-nin bibliometrik məlumat tədarükçüsü “Elsevier” reytinq cədvəlləri üçün 18 milyon tədqiqat nəşrini və elmi məqalələrdən 157 milyon sitatı təhlil edib.

Portal vasitəsilə bu il Dünya Universitetləri Reytinqləri üçün toplanan məlumatlar təkcə 2026-cı il qlobal reytinq və mövzu cədvəllərini deyil, həm də THE-nin digər regional reytinqlərini də əhatə edəcək.

Sonda qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələri də 2026-cı ilin Dünya Universitetləri Reytinqində iştirak etmək üçün THE-nin yaratdığı xüsusi məlumat portalında - profilerankings@timeshighereducation.com qeydiyyatdan keçməklə öz məlumatlarını təqdim edə bilərlər.

2026-cı ilin Fənlərarası Elm Reytinqində iştirak etmək istəyən universitetlərimiz interdisciplinary@timeshighereducation.com ünvanına öz məlumatlarını göndərə bilərlər.

https://www.timeshighereducation.com/world-university-rankings/wur-and-isr-2026-time-submit-your-data

Oxşar xəbərlər

Bütün xəbərlər