Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Təhsilimizə sahib çıxmalıyıq

Diplomlarımızın tanınmaması təhsilimizin iflasını göstərir.
İki bəyanat – bir acı reallıq, biri şirin yalan.
“Azərbaycanın bəzi universitetlərinin diplomları Türkiyədə tanınmır”
— Baş nazir Əli Əsədov (2025 dekabr)
“Son illərdə elm və təhsil sahəsində ciddi irəliləyişlərə nail olmuşuq”
— Elm və təhsil naziri Emin Əmrullayev (2025 dekabr)
Bu iki bəyanat eyni reallığı izah etmir. Əksinə, onlar arasında dərin ziddiyyət var. Əgər diplomlarımız nəinki Avropada, hətta qardaş Türkiyədə tanınmırsa, bu artıq lokal problem yox, təhsil sistemindəki böhranının açıq göstəricisidir. Bu fakt ali təhsil sistemimizin vəziyyəti üçün həyəcan siqnalıdır və artıq təhsildəki böhranı etiraf edib ciddi qərarlar verməyin vaxtıdır.
I. Boloniya prosesi: 20 illik iştirak, sıfıra yaxın nəticə
Azərbaycan ali təhsil sistemi artıq təxminən 20 ildir Boloniya prosesinin iştirakçısıdır. Bu prosesin əsas məqsədi keyfiyyət təminatı, şəffaf qiymətləndirmə, beynəlxalq tanınma, tələbə və müəllim mobilliyi idi.20 ildə neçə universitetimiz Boloniya tələbləri səviyyəsinə yüksəlib?
Cavab reallıqda bəllidir: 50 universitetdən heç biri. Diplomların tanınmaması bunun təbii nəticəsidir. Təəccüblüsü isə budur ki, bu vəziyyət Elm və Təhsil Nazirliyini real şəkildə narahat etmir. Əvəzində isə hay-küylü brifinqlər, televiziya müsahibələri, intensiv xarici səfərlər, konfranslar və “selfi diplomatiyası”, PR tədbirlər tüğyan edir.
“Pokazuxa” ilə real islahat eyni anda mövcud ola bilməz.
II. Təhsilin Keyfiyyətinə Təminat Sistemi: bizdə niyə yoxdur?
Boloniya prosesinin əsas tələblərindən biri hər bir universitetdə “”Təhsilin Keyfiyyətinə Təminat Sistemi (TKTS)”nin qurulmasıdır. Bu system daxili və xarici qiymətləndirməni, akademik proqramların keyfiyyətini, müəllim və tələbə məmnuniyyətini təmin etməlidir. Fakt isə budur ki, 20 ildə ölkə universitetlərində beynəlxalq standartlara uyğun TKTS qurulmayıb, çünki ETN tərəfindən zəruri milli keyfiyyət standartları hazırlanmayıb və təsdiqlənməyib.Nazir sözdə “universitetlərdə TKTS yoxdur” deyir, amma real addım atmır. Bu artıq ənənəyə çevrilib: problemi səsləndirmək, amma məsuliyyəti üzərinə götürməmək. Onda bu qurumun funksiyası nədir? Bimirlərsə konkret deyək: ETN –nin funksiyası ölkənin elm və təhsil siyasətini formalaşdırmaq, bunu reallaşdırmaq və inkişafı təmin etməkdir.
Bəs TKT Agentliyi və EAT Agentliyi nə üçün yaradılıb?
III. Postneft dövrü və insan kapitalı paradoksu
Azərbaycan postneft dövrünə hazırlaşdığını, rəqəmsal iqtisadiyyat qurmaq istədiyini bəyan edir, strategiyalar qəbul edir. Amma bu strategiyaların əsas dayağı olan insan kapitalı buna hazır deyil. Səbəb sadədir: universitetlərimiz zəifdir, elmi-tədqiqat mühiti yoxdur, müasir bacarıqlar formalaşmır, investisiyalar azdır, qrantlar yoxdur. Bu vəziyyətdə hansı inkişaf ola bilər? ETN nəyə ümiddir?ETN 20 il ərzində neft kapitalını insan kapitalına çevrilə bilmədi. Bu çox təhlükəli nəticələr doğurur: rəqəmsal iqtisadiyyat layihələri üçün yerli resurs azdır, xarici investorlar tapmaq çətinləşir, iqtisadi inkişaf xarici şirkətlərdən asılı qalır.
Bu artıq rəqəmsal və texnoloji suverenlik, eləcə də milli təhlükəsizlik məsələsidir. Qonşu ölkələr bu sahəyə milyardlarla investisiya cəlb edərkən, bu vəziyyətin ETN-i heç narahat etməməsi sistemin miqyasını göstərir.
IV. Distant təhsil: itirilmiş 20 il
Son 20 ildə təhsil sistemi faktiki olaraq distant təhsilə qarşı səlib yürüşü aparıb. Hətta pandemiya kimi qlobal sınaqdan belə düzgün nəticə çıxarılmadı.
Heç bir hüquqi normativ baza, elmi-metodiki çərçivə, texniki resurs təminatı olmadan, sadəcə vebinarlar keçirildi və ictimaiyyətə hər şeyin əla olması barədə real olmayan bəyanatlar verildi. İndi isə eyni hazırlıqsızlıqla distant təhsilin ucqar məktəblərdə tətbiqi planlaşdırılır. Bu çox çətin və aöır proses olacaqdır, yəni, bu layihə də ETN-nin növbəti uğursuzluğu olacaqdır.Niyə 50-dən çox universitetimizin heç birində beynəlxalq səviyyəli distant təhsil sistemi qurulmadı? Süni intellekt dövründə distant təhsili olmayan universitetlərin rəqabət qabiliyyətindən danışmaq absurddur.
V. Reytinqlər, manipulyasiya və real inkişaf illüziyası
Universitetlərin qlobal reytinqlərdə bahalı manipulyasiyalar hesabına cüzi irəliləyişini “inkişaf” kimi təqdim etmək mümkün ola bilər, amma bu real inkişaf deyil. Bahalı təmirlər, formal layihələr və “şişirdilmiş göstəricilər” elmi potensial yaratmır.
Son 30 ildə universitetlərə elm və təhsilin inkişafı üçün lazım olan investisiyaların heç 10 faizi belə edilməyib. Bu gün real dəyişiklik üçün universitetlərimizə ən azı 1 milyard manatlıq məqsədli investisiya tələb olunur. Amma bundan əvvəl ETN-nin öz insan kapitalı gücləndirilməli, saxta elm-təhsil menecerlərindən bu qurum təmizlənməlidir.VI. Strategiyalar var, məsuliyyət yoxdur
Universitetlərin hamısının kağız üzərində inkişaf strategiyaları mövcuddur. Amma onların icrasının monitorinqi aparılırmı? Real irəliləyiş varmı? Maliyyələşmə mənbələri nədir? Universitetlərin təmir-tikintiyə və inkişafa sərf etdikləri maliyyənin müqayisəsi aparılıbmı?
Bu suallar ETN-ni maraqlandırmır. Əks halda, universitetləri tələsik PHŞ edib, hər il özünün yaratdığı TİF Fonduna onlardan milyonlar tələb etməzdi.
8 il əvvəl NK tərəfindən “Tədqiqat Universiteti” (TU) meyarları təsdiq edilsə də, bu günə qədər ölkədə bir dənə də olsun real TU yaranmayıb. Elmi tədqiqatlar zəif maliyyələşir, nəticə yoxdur, amma “fənlərarası elmi-tədqiqat reytinqləri”də irəliləyiş göstərilir. Mono elmi tədqiqatlar yoxdursa, multidisiplinar tədqiqatlat necə mümkündür? Nəticələr hanı? Amma reytinq var. Və yaxud, universitetlərimiz hələ də monodisiplinar tədrisi normal qura bilmir, amma ETN indi də monodisiplinar tədrisə keçməkdən danışır.
Bu cəhdlər olmayan elm və təhsilin imitasiyasıdır.Təklif edirik nə qədər ki, gec deyil:
• Baş nazirin iştirakı ilə NK-də elm və təhsil sisteminin vəziyyətinə həsr olunmuş xüsusi iclas keçirilsin;
• bu sahəni bu günə salan məmurların yox, ölkənin tanınmış alimlərinin və müstəqil ekspertlərin fikirləri və təklifləri dinlənilsin.
• Bu sahəni xilas etmək üçün NK yanında xüsusi komissiya yaradılsın.
Əks halda, universitetləri tələsik PHŞ edib, hər il özünün yaratdığı TİF Fonduna onlardan milyonlar tələb etməzdi.
8 il əvvəl NK tərəfindən “Tədqiqat Universiteti” (TU) meyarları təsdiq edilsə də, bu günə qədər ölkədə bir dənə də olsun real TU yaranmayıb. Elmi tədqiqatlar zəif maliyyələşir, nəticə yoxdur, amma “fənlərarası elmi-tədqiqat reytinqləri”də irəliləyiş göstərilir. Mono elmi tədqiqatlar yoxdursa, multidisiplinar tədqiqatlat necə mümkündür? Nəticələr hanı? Amma reytinq var. Və yaxud, universitetlərimiz hələ də monodisiplinar tədrisi normal qura bilmir, amma ETN indi də monodisiplinar tədrisə keçməkdən danışır.
Bu cəhdlər olmayan elm və təhsilin imitasiyasıdır.
Təklif edirik nə qədər ki, gec deyil:
• Baş nazirin iştirakı ilə NK-də elm və təhsil sisteminin vəziyyətinə həsr olunmuş xüsusi iclas keçirilsin;
• bu sahəni bu günə salan məmurların yox, ölkənin tanınmış alimlərinin və müstəqil ekspertlərin fikirləri və təklifləri dinlənilsin.
• Bu sahəni xilas etmək üçün NK yanında xüsusi komissiya yaradılsın.
Əks halda, bu sistemi xilas etmək mümkün olmayacaq.
Tərsinə qurulmuş təhsilimizi kim və nə vaxt normal relslərə qaytaracaq?
Bu sual cavabsız qalmamalıdır. Çünki təhsil adi fəaliyyət sahəsi deyil, bu millətin gələcəyidir. Biz təhsilimizə indi sahib çıxmasaq, sabah çox gec olacaq.

İlham Əhmədov, dosent

Oxşar xəbərlər

Bütün xəbərlər