Xəbər lentiwidget-title-icon

Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq
45 min nəfərlik ixtisasartırma planında saxtakarlıq və Emin Əmrullayevin BSU-dakı etirafı: “Məni bu vəzifədə zorla saxlayırlar”
Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Bakı Dövlət Universitetinin dosenti vəfat edib
Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...
Çin Aya insan göndərmək üçün hazırlıqlara başlayıb
Müəllim 16 il işə getmədən maaş alıb
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır
Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir

Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR

Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR

Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi...
Göyçay rayonunun bir qrup sakini tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Baş prokorur Kamran Əliyevə müraciət edən və müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyən şikayətçilərin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Kamran müəllim!

Sizə bildirirəm ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin sabiq direktoru İrşad Abbasov kollecin maddi-texniki bazası adı altında maliyyə pozuntusu etmişdir. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti rəsmi olaraq məlumat yaymışdır.

Araşdırma zamanı 01.01.2018-ci il tarixdən 01.12.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən, kollecin vəzifəli şəxsləri tərəfindən balansda olan nəqliyyat vasitələrinə heç bir təmir işləri aparılmadan ehtiyat hissələrinin və yanacağın əsassız olaraq məxaricə silinməsi, həmçinin yerinə yetirilməyən təmir və abadlıq işlərinin dəyərinin qəbul aktlarına daxil edilməsi və digər yollarla ümumilikdə 88 min manatdan artıq pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilərək, İ.Abbasov barəsində Baş Prokurorluqda cinayət işi açılmışdır.

Belə ki, Dövlət İdarəetmə və Texnologiya Kollecində aşkar olunan korrupsiya faktına əsaslanaraq, direktor İrşad Abbasov haqqında prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanaraq, istintaq aparılırdı.

Nəzərinizə çatdıraq ki, qulluq mövqeyindən istifad edən sabiq direktor İrşad Abbasov vaxtilə Etibar Məmmədovun sədri olduğu Azərbaycan Milli İstiqlal Partiyası yarandığı gündən 2008-ci ilədək partiyanın Gəncə Şəhər Şöbəsinin sədri olub.

Belə bir şəxsin kollecə direktor təyin olunması da sual altındadır. Axı, bu şəxs Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının nüfuzuna kölgə salırdı. Hətta 1998-ci ildə keçirilən prezident seçkiləri zamanı Gəncə şəhərindən Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədovun qurultaylarına, mitinqlərə vətəndaşları aparan şəxs olub.

Odur ki, qulluq mövqeyindən istifadə edən, barəsində Baş Prokurorluq tərəfindən cinayət işi açılan bu şəxsin azadlıqda gəzməsi nə qədər düzgündür?! Əldə etdiyimiz məlumatlara görə, Göyçay Rayon Prokurorluğu Dövlət İdarəetmə və Texnologiya Kollecinin sabiq direktoru İrşad Abbasovun işinə xitam verib.

Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən 23 may 2024-cü ildə yayılan məlumata əsasən qeyd edirik ki, sabiq direktor İrşad Abbasovun əməllərində korrupsiya faktı müəyyən edilərək, külli miqdarda, yəni 88 min manat maliyyə pozuntusu sübut olunub. Bu sübutlar və faktlar məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə istintaq başa çatana qədər cəza təyin olunmalı idi.

Baş Prokurorluqdan xahiş olunur ki, cəza verilməyən şəxsin işinin yenidən araşdırılması üçün prokuror tərəfindən protest verilsin və qeyd olunan ittihamlar təkrar araşdırılsın”.

Oxşar xəbərlər

Bütün xəbərlər