Xəbər lentiwidget-title-icon

Kollecdə yeni kitabxana istifadəyə verilib
Respublika fənn olimpiadalarına qeydiyyat başlayır
Azərbaycan Tələbə Liqasının yeni mövsümünə start verilib
Cəzaçəkmə müəssisələrində peşə təhsili yenilənir
TəhsilPlus kartı ilə ilk gediş 1 qəpik olacaq
Sürücülər və daşıma operatorlarının məsul şəxsləri imtahan verəcək
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Peşə məktəbi, kollec və universitetlərdə vahid geyim tələbi olmayacaq
Elm və təhsil naziri vətəndaşları qəbul edəcək
Dərsə getməyənləri bu cəzalar gözləyir - Attestat olmayacaq
45 min nəfərlik ixtisasartırma planında saxtakarlıq və Emin Əmrullayevin BSU-dakı etirafı: “Məni bu vəzifədə zorla saxlayırlar”
Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Bakı Dövlət Universitetinin dosenti vəfat edib
Gəncə Şəhər Texnologiya Universitetinin rektoru Yaşar Ömərovun səlahiyyətdən sui-istifadəsi və korrupsiya halları barədə...
Çin Aya insan göndərmək üçün hazırlıqlara başlayıb
Müəllim 16 il işə getmədən maaş alıb
Şərqi Zəngəzur məktəblərində Zəfər dərsləri başlayır
Rəqəmsallaşma və universitetlərimizin qəflət yuxusu
Məktəb psixoloqları üçün dərs saatları ayrılsın - TƏKLİF
Sabahın hava proqnozu - 1 noyabr
Bəzi məktəblərin adları dəyişdirilib
Koreyanın səfiri BMU-da olub, tələbələrlə görüşüb
Şagirdlərimiz Almaniyada Eynşteyn Olimpiadasında uğur qazanıblar
Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR
Qarabağ Universiteti vakansiya elan edir

Qarabağ Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Qarabağ Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Qarabağ Universitetində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin, həmçinin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə açıq elan edilib.

Anım tədbirində Qarabağ Universitetinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, şəhər ictimaiyyətinin nümayəndələri, Xocalı faciəsinin canlı şahidləri və tələbələr iştirak ediblər.

Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov tədbirdə açılış nitqi ilə çıxış edərək iştirakçılara Universitetin rektoru Şahin Bayramovun salamlarını çatdırıb. F.Əhmədov Xocalı soyqırımının anlam və mahiyyətindən bəhs edərək bildirib ki, belə bir tədbirə ev sahibliyi etmək böyük məsuliyyətdir, çünki Xocalı təkcə Azərbaycanın deyil, bütün insanlığın yaddaşında dərin iz buraxan bir faciədir. Prorektor qeyd edib ki, Qarabağ Universitetinin strateji hədəflərindən biri həm də tarixi həqiqətlərin araşdırılması və beynəlxalq müstəvidə erməni terrorunun ifşa olunmasıdır.Sonra çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov diqqətə çatdırıb ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummill lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra ölkə rəhbərliyinin tapşırıqlarına əsasən Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb.

Universitetin Humanitar elmlər və sosial məsələlər fakültəsinin dekanı, Beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktoru Elmar Mustafayev Xocalı soyqırımının tarixi və onun bəşəriyyətə vurduğu mənəvi ziyan haqqında iştirakçıları məlumatlandırıb. Dekan belə tədbirlərin xüsusilə gənc nəsil üçün Xocalı soyqırımının unudulmaması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ardınca Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun üzvü, Universitetin Azıx arxeoloji tədqiqatlar və analizlər laboratoriyasının müdiri Əjdər Babazadə Xocavənd rayonunun Edilli kəndi, Füzulinin Yuxarı və Aşağı Seyidəhmədli kəndlərində aşkar edilmiş kütləvi məzarlıqlar haqqında məlumatları diqqətə çatdırıb.

Daha sonra Xocalı faciəsinin canlı şahidləri Elmira Allahverdiyeva, Aynur Abışova, Sərvan Məmmədov və Samirə Hüseynova soyqırımın dəhşətləri barədə çıxış edərək faciənin unudulmaması üçün bu cür tədbirlərin əhəmiyyətli olduğunu qeyd ediblər.

Tədbirin yekununda “Xocalı soyqırımı: Qarabağ Universitetinin tələbələrinin gözü ilə” adlı virtual sərgi və “Unudulmayan ağrı, ucalan zəfər” adlı videoçarx nümayiş etdirilib.

Oxşar xəbərlər

Bütün xəbərlər