Xəbər lentiwidget-title-icon

Türkiyədə şagird və tələbələrin nailiyyətləri süni intellektlə qiymətləndiriləcək
İlham Əliyev sammit iştirakçılarına müraciət ünvanlayıb
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
MDU-da doktoranturaya ödənişsiz hazırlıq kursu başlayıb
Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər davam edir

“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər davam edir

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Bakıda və regionlarda yerləşən peşə təhsili müəssisələrində qısamüddətli təlimlər davam edir. Təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsidir.

AzEdu.az xəbər verir ki, müvafiq sahələr üzrə yeni bilik və bacarıqlara yiyələnmək istəyən məcburi köçkünlər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçərək iştirak edə bilərlər.

Ümumilikdə 8 peşə təhsili müəssisəsində 42 ixtisas üzrə keçirilən qısamüddətli təlimlərə bu günədək 531 müdavim cəlb edilib. Qısamüddətli təlimlər Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Kürdəmir Peşə Liseyi, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Mingəçevir Peşə Məktəbi, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçirilir. Təlimlər bərbər-vizajist-manikürçü; qənnadçı-şirniyyatçı; elektrik avadanlıqlarının xidmət və təmiri üzrə elektrik montyoru; aşpaz; arıçı; bərbər; dərzi; təmirçi-çilingər; qrafik dizayner; əl elektrik qaynaqçısı; kabel xətlərinin quraşdırılması və təmiri üzrə elektrik montyoru; baytar köməkçisi; aqronom/texnik; isitmə-soyutma, havalandırma sistemləri üzrə montajçı; kompüter və şəbəkələrə xidmət/yardım masası (HelpDesk) mütəxəssisi; rəqəmsal media və marketinq; barmen; mehmanxana qeydiyyatçısı; ofisiant və satış təmsilçisi ixtisasları üzrə keçirilir. Növbəti mərhələlərdə alternativ enerji qurğu və avadanlıqlarının istismarı; avtomobil diaqnostikası və təmiri ustası; bərpa olunan enerji avadanlıqlarının quraşdırıcısı; elektrik-qaz qaynaqçısı; frezerçi; geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər; isitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı; kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər; kibertəhlükəsizlik üzrə mütəxəssis; mühasib; mühafizəçi; kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı; mebel ustası; mobil telefonların təmiri ustası; proqramla idarə olunan dəzgahların operatoru; qazanxana maşinisti; rəqəmli idarə olunan dəzgahların kompüter operatoru (CAD/CAM/ CAE), tornaçı; xalçaçı, xalça məmulatlarının bərpası; bağban dekorator; logistika operatoru və masajist ixtisasları üzrə qısamüddətli təlimlərin keçirilməsi təklif edilir.Təlim istiqamətləri əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq müəyyən edilir və müvafiq sahə üzrə texniki biliklərə sahib olan, həmçinin təlimçilik sahəsində kifayət qədər təcrübəsi olan şəxslər tərəfindən keçirilir.

Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.

Oxşar xəbərlər

Bütün xəbərlər