Xəbər lentiwidget-title-icon

AzTU Azərbaycan universitetləri arasında üçüncü yerdə qərarlaşıb
Ən çox hansı universitetin tələbələri təhsil tələbə krediti alıb?
Naxçıvanda kreslo dəyişikliyi: İcra başçısı təhsil naziri oldu
Məktəblərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Bu sertifikatın qüvvədəolma müddəti 5 ildən 2 ilə ENDİRİLİR
Magistr diplomu əməkhaqqına təsir etməlidir? - AÇIQLAMA
Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etməli və öz təkliflərini ortaya qoymalıdır”
İlham Əliyevdən orta məktəblərlə bağlı FƏRMAN - hər şagirdə görə vəsait ayrılacaq
"Təhsil elmlərinə niyə qrant ayrılmır?.."- EKSPERT
Vətəndaş qəbulu zamanı insident yarandı: Araşdırma aparılır
Müəllimlərin iş yerinin dəyişdirilməsi: sənəd yoxlanışının vaxtı açıqlanıb
Şirvan Peşə Liseyində kadr “tapmacası”: Texnoloq, qohumluq iddiaları və bölüşdürülən dərs saatları
Bakıda daha bir küçədə avtobus zolağı salındı - FOTO
Uşağın geyimi ilə bağlı qərarlarda valideyn nəyi nəzərə almalıdır?
Moskavada 14 ali məktəbdə dərslər ləğv olunub: tələbələr təxliyə edilib
Türkiyədə bəzi məktəblərdə dərs müddəti 30 dəqiqəyə endiriləcək
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Valideynlər Emin Əmrullayevdən kömək istədi: “12 yaşlı uşaqlarımız bu qədər fiziki yorğunluğa necə dözsün?”
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul edib
UNEC kollektivi ekoloji aksiyada iştirak edib
Metroda təmir bitənə qədər universitetlər onlayn olacaq? - AÇIQLAMA
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradılıb
Zal nəzarətçisi sertifikatı: müsahibələr oktyabrın 1-də başlayır
Qazancını kreditə verən müəllimdən "tamştat tələbi" edilməməlidir - SƏRT İRAD
Azərbaycan gənclərinə BMT-də beynəlxalq təcrübə imkanı

AMEA prezidenti elmi müəssisələrə yeni təyin olunmuş şöbə müdirləri ilə görüşüb - FOTO

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın Abbasqulu Ağa Bakıxanov adına Tarix, akademik Ziya Bünyadov adına Şərqşünaslıq və Qafqazşünaslıq institutlarına yeni təyin olunmuş şöbə müdirləri ilə görüşüb.

Bu barədə "tehsilmedia.info"ə AMEA-dan məlumat verilib.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli sözügedən institutlardakı şöbələrin Azərbaycanın, Qafqazın və ümumilikdə Şərq ölkələrinin tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib və həmin şöbələrin və onların müdirlərinin üzərinə düşən vəzifələrdən söz açıb. Qeyd olunub ki, Humanitar və İctimai Elmlər Bölməsi üzrə elm adamlarının əsas qayəsi azərbaycançılıq və müstəqil dövlətçilik ideyalarından ibarətdir.

Akademiyada başlıca tədqiqatların şöbə və laboratoriyalarda aparıldığını deyən AMEA rəhbəri həmin araşdırmaların nəticələrinin əsas göstəricilərinin beynəlxalq bazalarda əks olunmasının Azərbaycan tarixinin və ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib. Bu istiqamətlərdə işlərin həyata keçirilməsini təmin etmək üçün AMEA Rəyasət Heyəti aparatında "Elektron Akademiya” şöbəsinin yaradıldığını diqqətə çatdıran akademik İsa Həbibbəyli elektron sənəd dövriyyəsinin təşkilinin, elmmetrik araşdırmaların aparılmasının, "Vikipediya” elektron ensiklopediyasında fəaliyyətin genişləndirilməsinin və digər vəzifələrin şöbənin başlıca fəaliyyət istiqamətləri olduğunu söyləyib.

Ötən müddət ərzində sözügedən şöbənin əhəmiyyətli işlər gördüyünü, Akademiyada elektron elmin inkişafına dair əməli addımların atıldığını qeyd edən akademik İsa Həbibbəyli AMEA-nın nəşrlərinin nüfuzlu elmmetrik bazalara daxil edilməsi, həmin bazalarda alimlərin profillərinin yaradılması, müəssisələrin və elmi jurnalların saytlarının təkmilləşdirilməsi, beynəlxalq elmi reytinqlərdə Azərbaycan elminin yüksək nəticələr əldə etməsi istiqamətində işlərin davam etdirildiyini vurğulayıb.

AMEA rəhbəri elektron elmin müasir texnologiyalar əsrində Akademiyanın gələcək inkişafında xüsusi önəm kəsb etdiyini bildirib və yeni tətin olunmuş şöbə müdirlərinə müvafiq tapşırıqlarını verib.

Sonra AMEA Rəyasət Heyəti aparatının "Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov rəhbərlik etdiyi şöbənin ötən müddət ərzində həyata keçirdiyi və nəzərdə tutulan işlərdən söz açıb. İnstitutların elmi jurnallarda çıxan məqalələrə DOİ identifikatorunun mərkəzləşdirilmiş qaydada verilməsi, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarının və jurnallarının saytlarının kiber təhlükəsizliyinin təmin olunması ilə bağlı atılan addımları diqqətə çatdırıb.

Daha sonra "Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk müəssisələrin əməkdaşlarının "Vikipediya” fəaliyyətinin canlandırılması ilə bağlı təşkil olunan təlimlər barədə məlumat verib.

Sonda şöbə müdirləri çıxış edərək qeyd olunan məsələlərlə bağlı fikirlərini bölüşüb, vəzifələrinin öhdəsindən layiqincə gəlmək üçün məsuliyyətlə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, ilk dəfədir ki, AMEA prezidenti elmi-tədqiqat müəssisələrinə yeni təyin edilmiş şöbə müdirləri ilə belə bir formatda görüş keçirib müzakirələr aparır.

TƏHSİL MEDİA

Oxşar xəbərlər

Bütün xəbərlər