Xəbər lentiwidget-title-icon

Təhsilin vəziyyəti hər kəsi narahat edir - Bu qurumlar birləşsə, arzuolunmaz nəticələr baş verə bilər
Gəncə-Daşkəsəndə yeni dərs ili: 96 müəssisədə iş aparılıb
Zaqatalada əsaslı təmir olunan gimnaziyanın açılışı olub - FOTO
Naxçıvanda yeni məktəb istifadəyə verildi- FOTOLAR
MDU-da Dil Mükəmməlliyi Laboratoriyası açıldı
Emin Əmrullayev Bilik Günündə şagirdlərlə görüşüb
Sabah hava necə olacaq? - Temperatur YÜKSƏLMƏYƏ DAVAM EDİR
İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd edilir
Uşaqları payız xəstəliklərindən qorumağın effektiv yolları - Pediatr AÇIQLADI
Xırdalanda qumbara partlayıb, ölən var
Azyaşlı ilə birlikdə cinayət törətmək onu cinayətə cəlb etmək sayılmır - QƏRAR
Abşeron-Xızı üzrə 154 mindən çox şagird yeni tədris ilinə başlayıb
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb
Məleykə Abbaszadə şagird və tələbələri təbrik edib
Qarabağ Universitetində təhsil alan tələbələrin sayı açıqlanıb
Səriştəsiz kollec direktoru və məhkəməyə gedən yollar - ŞİKAYƏT
Emin Əmrullayevdən Bilik Günü təbriki
“Təmayül sinifləri bu il 90 məktəbdə fəaliyyətə başlayır” - Nazir
"Məktəb yalnız bilik verilən məkan deyil, həm də şəxsiyyətin formalaşdığı müqəddəs ocaqdır" - Zöhrə Səmədova
“PISA-2025 nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə 10 sual... - EKSPERT
Bu gün Azərbaycanda Bilik Günüdür... Bəs biz uşaqlara nə öyrədirik?
“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR

Emin Əmrullayev savadsızlıq və qalmaqalla "ad çıxaran" Aynur Rüstəmovanı niyə "Regional"a müavin təyin edib? - GİZLİ PLAN VƏ ŞOK SƏBƏBLƏR

Emin Əmrullayev savadsızlıq və qalmaqalla "ad çıxaran" Aynur Rüstəmovanı  niyə "Regional"a müavin təyin edib? - GİZLİ PLAN VƏ ŞOK SƏBƏBLƏR

Elm və Təhsil Nazirliyi son iki gündə çoxlu yerdəyişmələr etdi. Biz xüsusilə Ramin Abasovun Dağlıq Şirvan Regional Təhsil İdarəsinə müdir və Rahim müəllimin müavin keçməsini alqışlayırıq. Çünki dürüstlüyü, obyektivliyi, təhsilə can yandırması, illərini təhsilə verməsi ilə tanınan bu iki şəxsin çox uğurlu təyinat olduğunu görürük. Amma digər tərəfdən, Emin Əmrullayev ARTİ Beynəlxalq Əlaqələndirmə şöbə müdiri Aynur Rüstəmovanı Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini təyin etdi. Niyə? Aynur Rüstəmova təhsilə hansı töhfələr verib? Ümumiyyətlə, bu təyinatda məqsəd nədir?

Abşeron-Xızı Regional Təhsil İdarəsi sayca ikinci regional müəssisədir ki, burada müdirin iki müavini var. Digəri isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsidir. Abşeron-Xızı Regional Təhsil İdarəsi bütün Abşeron ərazisini əhatə edir.  Görəsən, kim nəyi ələ keçirməyə çalışır?

Gəlin, Aynur Rüstəmovanı yaxından tanıyaq. O, eqoist və təkəbbürlü xarakteri ilə tanınır.  Əvvəllər işlədiyi Bakı Avropa Liseyində Zülfiyyə Veysovaya yaxınlığı  ilə çox məşhurdur. Kurikulumların yeni gəldiyi vaxtda bu yaxınlıq sayəsində irəli getməyə çalışıb. Zülfiyyə Veysova kurikuluma aid ilk kitab çıxaran şəxsdir. Amma müəyyən səbəblərdən Zülfiyyə Veysovanı tenderdən uzaqlaşdırdılar. Aynur Rüstəmovanın sonra sığındığı isə Elxan Nəcəfov oldu.  Hələ məktəbdə işləyə-işləyə Elxan Nəcəfov Aynur Rüstəmovanı həm nazirliyə, həm də ARTİ-yə cəlb edə bildi. Aynur Rüstəmova bu cür yaxın əlaqələri və kəskin inadkarlığı ilə həmin adıçəkilən qurumlarda baş çıxarmağa çalışdı. Daha sonra hadisələrin gedişatı bir az dəyişdi. Belə ki, Elxan Nəcəfov Beynəlxalq Əlaqələndirmə şöbə müdiri vəzifəsindən Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəhbər kimi təyinat almaq və bu vəzifəyə sahiblənmək istəyirdi. İşlər bir az tərs getdi və Elxan Nəcəfov Lənkəran-Astara Regional Təhsil İdarəsinə müdir göndərildi. Beləliklə, Aynur Rüstəmova Elxan Nəcəfovun yerinə keçdi. Eyni onun siyasətini davam etdirdi. Nəzərə alsaq ki, Rüfət Əzizov, Elnur Əliyev və Aynur Rüstəmova eyni maxinasiyalarla idarəçilik metodu tətbiq edir, o zaman bu üçlüyün çox gözəl şəbəkələşmə olduğunu deyə bilərik. Burda kənarda qalan isə Nəzakət Mehdiyeva idi. Nəzakət Mehdiyeva müdir olmasına baxmayaraq Aynur Rüstəmovadan çox qorxurdu. ARTİ də kurikulumların, dərsliklərin hazırlanmasında, layihələrin həyata keçirilməsində iştirak edirdi. Masaçusest proqramını kopyalayıb bir proqram hazırladılar və bütün Azərbaycan təhsilini məhv etdilər.

Yazdığı dərsliklərdə səhvlərin ucu-bucağı yoxdur. Hətta ARTİ-nin özündə dəfələrlə səhvlərini düzəltməsi üçün yol göstərsələr də, qəti şəkildə inadkarlığı və təkəbbürü ilə səhvlərini qəbul etmək istəməyib. Layihələrdə pulu öncədən alıb xərcləmələrini və layihələrə ciddi yanaşmadıqlarını bütün təhsil sektoru yaxşı bilir. Onlar adam sayın artırıb daha çox pul qazanmaq, saatları birləşdirib 3-4 günə təlimi bitirmək, heç nə öyrətməmək devizini ön plana çəkiblər. Hazırladıqları sualların gülünc olması hər şeyi ortaya qoyur. 

Ən maraqlı tərəfi isə odur ki, ARTİ-yə gəlmədən öncə də müəllimləri qaldırmaq işinə Aynur Rüstəmova baxırdı. Baxmayaraq ki, səbəbini soruşduqda İlkin Həsənovla bir-birilərinin üzərinə atırdılar. Amma bu da bir siyasət idi. Bütün müəllimləri ayağa qaldıran, onları üsyana təhrik edən Aynur Rüstəmova idi. Bu, az deyilmiş kimi Zülfiyyə Veysova tenderdə qalib gəlməd. İlkin Həsənov və Aynur Rüstəmova birləşərək kitab çıxardılar. ARTİ məcburən "ən abırlı kitab budur" deyərək qəbul etdi. Beləcə onlar tenderdə qəbul olunan kitab sayəsində məşhurlaşdılar. Amma məsələ burasındadır ki, kitab uğurlu deyildi və yalnız plagiatdan ibarət idi. Nə təhlil, nə əlaqələndirmə, nə ölkə səviyyəsinə uyğunlaşma var idi. Ona görə də, də məhv edilmiş təhsilin bədəlini hələ də müəllim və şagirdlər ödəyirlər. Bununla da kifayətlənməyib dostunu və bir neçə adamı özü ilə birlikdə ARTİ-yə gətirdi, bir neçəsini Bunkerə saldı. Hətta daha çox pul qazanmaq istəyən xanım ARTİ-yə müdir gəldikdən sonra da kursu işlətməyə, kitab çıxarmağa davam etdi. TAİM-lə əlaqələri də kəsmədilər. Hər ikisinin pul qazanmaq sevdası bir-birindən ayrılmağa qoymadı. ARTİ paket almaqla çox məşhurdur. Bu cür qurama işlərdən aldığı paketlər daha önəmlidir. 

Testologiyanın nə olduğunu bilməyən Aynur Rüstəmova üstünə bir də özünü Testologiyanın banisi elan etdi. Son zamanlar çıxarılan axmaq testlər, yersiz dəyişikliklər, Təhsil TV-dəki sual izahları hər şeyi bir daha sübuta yetirdi.

Elxan Nəcəfov belə çıxır ki, yarım qalan arzusunu elə Aynur Rüstəmova üzərindən həyata keçirir. Yoxsa Aynur Rüstəmova niyə ARTİ-dən çıxıb müavin gəlsin? Demək ki, Regionala müdir təyin olunmağa hazırlaşır. Yəni Elxan Nəcəfovun əvvəlcədən gözü bu vəzifədə idi. Özü Naxçıvan Muxtar Respublikasının Təhsil naziri təyin olunsa da, öz kadrını Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri qoymaqla arzusunu reallaşdırmaq niyyəti güdür. Bəs Aynur Rüstəmova burda nə edə bilər? Təbii ki, bütün maxinasiyaları və rüşvət mexanizmini yaxşı bilən bu xanım öz metodunu burada da tətbiq edəcək. ARTİ özü Aynur Rüstəmovanın savadsızlığından çox əziyyət çəkib. Amma kurikulum yeni bir proqram kimi təhsilimizə qədəm qoyduğundan insanları aldatmaq daha asan idi. Qeyd edək ki, heç kəs tərəfindən sevilmir. Bu illərdə Aynur Rüstəmovanın tək öyrəndiyi şey insanlarla saxta münasibət qurmaq, öz şəxsi məqsədləri üçün yaxınlıq etməkdir. Amma iş yerində belə onu heç kim bəyənmir.

Cənab Emin Əmrullayev belə bir savadsız, rüşvətxor, müəllimləri üsyana qaldıran, saxta işlərlə məşğul olan, Elxan Nəcəfovun əli ilə saxta ad qazanan, təhsilə zərrə sevgisi olmayan bir şəxsi Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri edəcəksiniz???

Oxşar xəbərlər

Bütün xəbərlər