Xəbər lentiwidget-title-icon

Məleykə Abbaszadə V "Yüksəliş" in qalibləri ilə görüşüb
MİQ-də ehtiyatda qalan namizədlərə şans
Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib

Abituriyentlər “TikTok ekspertləri”nə güvənir - İxtisas seçimində TƏHLÜKƏ

Abituriyentlər “TikTok ekspertləri”nə güvənir -  İxtisas seçimində TƏHLÜKƏ

Son illər abituriyentlərin ixtisas seçimi mərhələsində qarşılaşdığı çətinliklərdən biri də kodlaşdırma ilə bağlıdır. Əvvəllər bu prosesi abituriyentlər ya özləri, ya da məktəbdəki müəllimlərin yardımı ilə həyata keçirirdilərsə, indi demək olar ki, hər kəs “kodlaşdırma edən” ekspert axtarışına çıxır.

Peşəkar yanaşmaya ehtiyacın artması təbiidir. Amma bu sahədə ciddi bir problem də yaranıb: artıq təhsillə birbaşa əlaqəsi olmayan şəxslər belə özlərini “ixtisas kodlaşdırma üzrə mütəxəssis” kimi təqdim edir, sosial şəbəkələr üzərindən reklamlar verir, valideynləri və abituriyentləri təsiri altına salırlar.

Bəs bu vəziyyətin səbəbi nədir? Valideyn və abituriyentlər kimə güvənməlidirlər?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil jurnalisti Məzahir Məmmədli bildirir ki, bu məsələ əslində olduqca həssasdır:
“Abituriyentləri düzgün istiqamətləndirə biləcək, onların topladığı bala uyğun ixtisas seçimini izah edən və bu prosesi peşəkar şəkildə həyata keçirən mütəxəssislər, əlbəttə ki, var. Onlar həm sahəyə bələddirlər, həm də konkret olaraq abituriyentin maraq və potensialına uyğun seçim etməyə yardım edirlər.

Lakin təəssüf ki, bununla paralel şəkildə bu sahəni gəlir mənbəyi kimi görən, genişmiqyaslı ofislər açaraq kütləvi şəkildə elanlar verən, xüsusilə TikTok və digər sosial şəbəkələr üzərindən reklamlarla insanları cəlb etməyə çalışan işbazlar da ortaya çıxıb. Onlar reallıqdan uzaq vədlərlə valideynləri təsir altına salırlar".

M.Məmmədlinin sözlərinə görə, ən təəssüf doğuran məqam ondan ibarətdir ki, bu gün bir çox insan, o cümlədən abituriyentlər, özləri analiz edib qərar verə biləcəkləri məsələlərdə belə, kənardan məsləhət almağa məcbur qalırlar. Bu isə çox zaman yanlış istiqamətləndirməyə və məyusedici nəticələrə səbəb olur:Qəbul prosesindən sonra narazılıqların artması da məhz bununla bağlıdır. Valideynlər şikayət edirlər ki, onları aldadıblar, övladlarının topladığı bal nəzərə alınmayıb, uyğun olmayan ixtisaslar seçdirilib. Bu hallarda təşəbbüskarlıq çox zaman valideynlərdən gəlir və abituriyentin maraqları arxa plana keçir.

Əgər bal və ixtisas seçimi ilə bağlı qeyri-müəyyənlik varsa, ilk olaraq peşəkar ekspertlərə müraciət olunmalıdır. Ən azından abituriyentə imkan yaradılmalıdır ki, təqdim olunan ixtisaslardan bir neçəsini özü seçsin, maraq dairəsinə və məqsədlərinə uyğun qərar versin.

Unutmayaq ki, ixtisas seçimi gələcək üçün həlledici bir mərhələdir və bu mərhələdə düzgün istiqamət seçmək çox önəmlidir. Təəssüf ki, bəzi valideynlər məsələni ehtiyatla deyil, tələsik və emosional şəkildə qiymətləndirirlər. Bunun nəticəsində isə kommersiya məqsədi güdən şəxslərin təsirinə düşərək həm maddi, həm də mənəvi zərər görürlər”.

Oxşar xəbərlər

Bütün xəbərlər