Xəbər lentiwidget-title-icon

DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
Direktor vəzifələri üzrə müsahibə mərhələsinə start verilib
İkinci iş yerində çalışmaq istəyən müəllimlər üçün qeydiyyat başlayır
Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb
“Özümə şans vermək qərarına gəldim” – 3 uşaq anası olan tələbə
Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək
Quba- Xaçmaz regionu üzrə nə qədər məktəb fəaliyyət göstərir?- say AÇIQLANIB
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb
İxtisaslara inanılmaz müraciət sayı, gözlənilməz rəqəmlər -"Peşə"də GƏRGİN RƏQABƏT
Sumqayıtda təhsil işçilərinin yekun sentyabr konfransı keçirilib
AzTU məzunları 45 il sonra universitetlərini ziyarət ediblər
Daha 28 məktəbdə peşə təmayüllü siniflər olacaq - SİYAHI
Buraxılış imtahanında onlara xüsusi şərait yaradıldı
Peşə Təhsilində kütləvi narazılıq - Imtahan verənlər kənarda qalıb - Müqavilə ilə kimlər və necə işə götürülür?
“Rəqəmsal məktəb”ə qoşulan məktəblər kompüterlə təmin olunub – MÜTDA
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir
Uşaqlar süni intellektdən uzaqlaşdırılmalıdır? - Alimdən fərqli yanaşma
"Universitetlərin kağız sənəd tələb etməsi məntiqə ziddir"- Sərt etiraz
MİQ-də pedaqoji məzunların problemi: "Praktiki biliklər yetərli deyil"
Müəllimlərin vahid forma geyinməsi təhsil sistemimizə müsbət əhvali-ruhiyyə gətirə bilər - Misir Mərdanovdan AÇIQLAMA
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı XƏBƏRDARLIQ

BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":“koşelyok” prorektor, arxivə gedən universitet və s.

BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":“koşelyok” prorektor, arxivə gedən universitet və s.

Son zamanlar “Rektor şagirdin arzusunu reallaşdırdı” kimi başlıqlı məqalələr tirajlanır. Görəsən rektor heç bir dəfə olsun rəhbərlik etdiyi universitetin nəinki tələbəsinin, həmçinin əməkdaşlarının arzusunu reallaşdırmaq istiqamətində hər-hansı bir addım atıbmı?

Bu iddia son günlər Bakı Slavyan Universitetitində (BSU) baş verənlərlə bağlı Yenixeber.org-un elektron poçtuna daxil olmuş məktubda yer alır. Məktubda daha sonra yazırlar ki, o,(BSU-nun rektoru Anar Nağıyev-red.) yalnız BSU-da (bakalavr diplomu belə etibarsız olan) bir zamanlar resepşn, hazırda isə maliyyə -təsərrüfat işləri üzrə prorektor Elçin Hüseynovun arzularını reallaşdırmaqla məşğuldur(?)

Universitetin digər prorektorlarının xidməti avtomobili olmadığı halda heç bir universitetdə struktur vəzifə kimi mövcud olmayan, “rektorun yoxdan konfet düzəltdiyi” “koşelyok” prorektoruna universitet büdcəsi hesabına xidməti sport avtomobil alması da diqqətlərdən yayınmır!Maraqlıdır ki, universitetin tələbələri hələ də Axundovun dövründən qalma yamaqlı partalarda əyləşərək tədrisə cəlb olunur. Digər tərəfdən də büdcə pulları rektorun reklamlarına, otağındakı şəraitə və bu “resepşn”a xərclənir. Bu “resepşn”rəhbər qarşısında hər nə qədər məsum görünsə belə, digər tərəfdən əməllərindən geri qalmır. Əməkdaşlarla nəinki münasibət qurmaq, heç üzlərinə də baxmır.

Əməkdaşlar bildirir ki, 4 il ərzində BSU rektorunun fəaliyyətinə nəzər saldıqda Slavyan ölkələrinə aid bir dənə də olsun tədbir keçirilmədiyinin şahidi olarıq. Pul silmək xatirinə formal tədbirlər keçirməklə deyil -ANAR MÜƏLLİM,
BSU-nun gözü tərəzidir.

HƏR ŞEYDƏN MƏLUMATIMIZ VAR!

Belə mənasız xərclərdənsə arada bir baku.tv -nin də işıqlandırdığı yataqxanadakı vəziyyəti düzəldin. Qeyd edək ki, bir müddət əvvəl BSU-nun binalarının təmirinə 1.8 milyon vəsait ayrıldığı bildirilmişdir. Amma və lakin universitetin əsas korpusunun təmirə ehtiyacı yoxdur. Puldan başınızı qaldırıb, arada bir tələbələrin problemlərinə də vaxt ayırın.

Tələbələr bildirir ki, universitetdə tələbə həyatı qurulmayıb, onlar asudə vaxtlarının səmərəli təşkil olunmadığından, dərsdənkənar heç bir fəaliyyətin olmadığından şikayət edirlər və bu şikayətlər hərgün daha da artır.

Universitetin keçmiş əməkdaşı bildirir ki, Ötən gün RUR reytinglərində BSU-nun dünya üzrə 1098, ölkə üzrə 6-cı sırada yer alması ilə bağlı reklam xarakterli xəbərlər yaydırırsız. Bu uğur deyil! Bu biabrçılıqdır!

Ümumi olaraq qeyd edək ki, Anar Nağıyev BSU-ya rəhbər təyin olunduqdan sonra universitet hər gün tarixin arxivinə qovuşmağa doğru gedir. Hansı uğurdan danışırsız ki, hələ də pul qarşılığında vəzifələrə təyinat var, hələ də bəzilərini işdən çıxarmaq üçün məcburi ərizələr yazdırırsız.
Özü dediyi kimi, pul müqabilində vəzifəyə təyin etdiyiniz «оддел кадры» Fidan Piriyeva əməkdaşlarla təhqiramiz ifadələrlə danışır. Nəinki əmək məcəlləsi, hətta əmək etikasından bu adamın xəbəri yoxdur! Söz dedikdə isə “ mən əmrləri Elçin müəllimdən alıram, rektordan yox. Gələcəkdə birdə gördüz Elçin rektor oldu” - deyə cavablar verir.

Budurmu uğur?

Hansı uğurdan söhbət gedə bilər ki, hələ ölkə rəhbərləri bu formada qarşılanmadığı halda rektoru 6 adam qarşılayır. Rektoru- maliyyə prorektoru E. Hüseynov küçədə, çantasını isə şöbə müdirləri…. Bu azmış kimi rektor işə gələndə işçiləri koridordan təmizləyir, müəllimləri isə liftdə 2-ci mərtəbəyə doğru hərəkət etməyə icazə vermirlər.
Rektor universitetin büdcəsi ilə özü üçün 3 sürücü işlədir.

Beləliklə BSU- da hələ də SSRİ dövründən qalma diktatura rejimi saxlanılıb. Yəni Slavyan ölkələri spesifikasına uyğun olaraq yalnız anarxist rejim tüğyan edir, amma mövcud elm, tədris və beynəlxalq istiqamətlər üzrə 1 dəfə də olsun tədbir keçirilməyib.

BSU-da vəzifə tutmuş sabiq şəxslər bildirir ki, küllü miqdarda pul müqabilində vəzifəyə təyin edilən Fikrət Cahangirovu hamı tanıyır. ADU-dakı “fəaliyyəti” hələ unudulmaylb. Bunu ADU-da hər kəs yaxşı bilir. Fəaliyyətini BSU-da uğurla davam etmək niyyətindədir. İmtahanları mərkəzləşdirirək, akt zalına keçirməyiniz şəffaflığa yox, yeni korrupsiya yuvası yaratmağınıza hesablanıb…

Bunu da bilirik!

Sonda qeyd etmək istəyirik ki, ölkə elminin qaymaqları bu universitetdə cəmləşib, onları da buradan bezdirib qaçırtmayın! Daha hər kəs bezib! Diplomsuz, təhsilsiz şəxsləri vəzifələrə təyin edərək, söz sahibi etməyi dayandırın!

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış universitetin səviyyəsini bu qədər aşağı salmayın! Əməkdaşlar bildirir ki,“Rəsmi olaraq bu il BSU-nun 25 illiyi qeyd olunacaq. Amma işçilər arasında belə bir zarafat dolaşır: ‘Son 5 ildə universitet fəaliyyətsiz olduğuna görə biz sadəcə 20 illiyi qeyd edəcəyik’.”- deyə bildirirlər.
Qeyd edək ki, universitetin bir qrup müəllimi, əməkdaşı bir sıra problemlərinin həll edilmədiyinə və mövcud vəziyyətin nə vaxtsa Azərbaycan Respublikasının 1-ci vitse prezidenti Mehriban Xanım Əliyeva tərəfindən nəzarətə götürüləcəyinə və bütün baş verənlərin onun nəzərinə çatdırılacağına inanırlar.

Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı qarşı tərəfi dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu...

Oxşar xəbərlər

Bütün xəbərlər