Xəbər lentiwidget-title-icon

DEPOT MMC-yə yeni 1,67 milyon: Elm və Təhsil Nazirliyi bu şirkətdən niyə əl çəkmir?
Direktor vəzifələri üzrə müsahibə mərhələsinə start verilib
İkinci iş yerində çalışmaq istəyən müəllimlər üçün qeydiyyat başlayır
Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb
“Özümə şans vermək qərarına gəldim” – 3 uşaq anası olan tələbə
Müəllimlərin maaş artımı üçün şans: yenidən imtahan keçiriləcək
Quba- Xaçmaz regionu üzrə nə qədər məktəb fəaliyyət göstərir?- say AÇIQLANIB
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSORUN" toruna düşüb
İxtisaslara inanılmaz müraciət sayı, gözlənilməz rəqəmlər -"Peşə"də GƏRGİN RƏQABƏT
Sumqayıtda təhsil işçilərinin yekun sentyabr konfransı keçirilib
AzTU məzunları 45 il sonra universitetlərini ziyarət ediblər
Daha 28 məktəbdə peşə təmayüllü siniflər olacaq - SİYAHI
Buraxılış imtahanında onlara xüsusi şərait yaradıldı
Peşə Təhsilində kütləvi narazılıq - Imtahan verənlər kənarda qalıb - Müqavilə ilə kimlər və necə işə götürülür?
“Rəqəmsal məktəb”ə qoşulan məktəblər kompüterlə təmin olunub – MÜTDA
Yer kürəsində yeni maqnit qasırğası gözlənilir
Uşaqlar süni intellektdən uzaqlaşdırılmalıdır? - Alimdən fərqli yanaşma
"Universitetlərin kağız sənəd tələb etməsi məntiqə ziddir"- Sərt etiraz
MİQ-də pedaqoji məzunların problemi: "Praktiki biliklər yetərli deyil"
Müəllimlərin vahid forma geyinməsi təhsil sistemimizə müsbət əhvali-ruhiyyə gətirə bilər - Misir Mərdanovdan AÇIQLAMA
"Direktor şəxsən mənə dedi ki, 500 manat ver, yerdəyişməni həll edək" - NARAZILIQ VAR...
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Məktəblilərin immunitetini "gücləndirən" vasitələrlə bağlı XƏBƏRDARLIQ

Sima Babayeva: Görəsən BSU rektoru Anar kafedra müdiri İbrahimdən niyə çəkinir?

Sima Babayeva: Görəsən BSU rektoru Anar kafedra müdiri İbrahimdən niyə çəkinir?

Bakı Slavyan Universitetindən şikayətlər dayanmır.Anar Nağıyev və onun əlaltılarının hərəkətləri ali məktəbdə getdikcə daha çox adamı dilə gətirir. İş o həddə çatıb ki, artıq tələbələr sosial şəbəkələrdə rektorluğun, dekanlıqların yarıtmaz idarəçiliyinə etirazlarını bildirirlər. Məsələn,Məlik Məlikov adlı facebook istifadəçisi öz hesabında yazır: “Bakı Slavyan Universiteti – BSU -də bizim qrup üçün yer yoxdur! Day işdən keçib, padvalda filan keçirilsin dərslər. Bir dərs üçün 4 dəfə otaq dəyişərlər???”

BSU-ya gedib deyilən nöqsanların bəzilərini şikayətçilərin öz dillərindən eşitmişik.? Bir deyil, iki deyil. Bu universitet barədə bir neçə məqalə yazmışam. Hər dəfə yazanda ümid edirəm hansısa çatışmazlığı aradan qaldıralar. Amma əksinə olur.Belə hərəkət yalnız harınlıqdan, arxayınlıqdan irəli gələ bilər. Universitet sabiq rektor Nurlana Əliyevadan qalma qaydalarla idarə olunur. Çünki işçilərin çoxu da elə Nurlana xanımın əlindən su içib. Bunlar hamısı “bəlkə də qaytardılar” eşqi ilə yaşayanlardı. Stimulu da “boz kardinal” ləqəbi daşıyan Ramiz Mehdiyevdən alırlar. Tədris ocağını “beşinci kolon”un yuvalarından birinə çeviriblər.

Deyilənə görə, BSU-da bütün vəzifələr bazarda kimi satılır. Bunun üçün başın Nurlana Əliyevanın adamlarından birinin qoltuğunun altında,əlin isə cibində olmalıdır. Seçim də var. Rektor Anar Nağıyeva bir neçə əməkdaş vasitəsilə çıxmaq olur. Bunlardan biri müşavir Elçin,digəri isə həmkarların böyüyü Əzimdir. Deyirlər Nurlananın dövründə prorektor işləmiş, hazırda kafedra müdiri olan Rafiq Novruzov da alıb-verməkdə yaxşıdı. Hətta rektor Anar Nağıyev “qara kassa”nı bu müəllimə həvalə edib.Bəlkə elə ona görə fars dili müəlliminin slavyan dili,ədəbiyyatı, tarixindən dərs keçməsinə göz yumur. Nurlananın sadiq kadrı olan Habil Məmmədov isə etnoqraf olduğu halda beynəlxalq münasibətlər üzrə mütəxəssisə çevrilib,”qeybət və söhbət daşıyan” funksiyanı icra edərək Anarın könlündə yer alıb. Başqa bir kafedra müdiri İbrahim Quliyev də BSU-nu qazanc yerinə çevirib, müəllimlərin dərs saatlarını kefi istədiyi kimi bölür, sonuncu kurs tələbələrindən diplom müdafiəsi üçün 1000 manatdan yığıb dərəbəylik edir. Nə sirdirsə, bəzi məqamlarda rektor Anar Nağıyev İbrahim müəllimə heç nə deyə bilmir. Görəsən BSU rektoru Anar kafedra müdiri İbrahimdən niyə çəkinir? Bu cür hallara görə kafedralarda müəllimlərin yerinə laborantlar dərs keçir, bu da ümumilikdə tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Müəllimlərin bir çoxunun sorağı isə Maldivdən,Misirdən gəlir. Laborant düzəlmək də havayı deyil.Ya pulun olmalıdır,ya da dayağın.

Məsələn, tibb texnikumunu bitirən Hicran adlı işçi var.Magistr təhsili olmasa da kafedralardan birində laborant kimi çalışır.Nurlana Əliyevanın yaxın qohumu olduğu deyilir.

Bakı Slavyan Universiteti Anar Nağıyevin rəhbərliyi altında bir “ilk”ə də imza atıb.Respublikamızda mərkəzləşdirilmiş imtahan keçirilməsi səlahiyyəti Dövlət İmtahan Mərkəzinə məxsus olsa da BSU qaydaları aşaraq, Nazirlər Kabinetinin qərarlarını heçə sayaraq özbaşına şəkildə 2022-2023 tədris ilinin yaz-yay semestr imtahan sessiyasını keçirdib.Nəticələr də çox əcaib olub. Bir qrupda təhsil alan 30 tələbədən 30-nun da kəsilməsi bu işin içində bir iş olduğuna şübhə yaradır. Anar Nağıyevin bu hoqqaları barədə əvvəlki yazılarımda söhbət açdığıma görə təkrar etmirəm. Söhbət yenə də pula söykənir. Ciblərini doldurub günlərini xoş keçirmək üçün tələbələri öz oyunlarının qurbanına çeviriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər