Xəbər lentiwidget-title-icon

“Məktəb direktorları yüksək nəticə göstərmiş müəllimlər arasından seçilməlidir”
Xaricdə oxuyanlar elektron diplomu necə təsdiqlədəcək? - RƏSMİ CAVAB
Emin Əmrullayev: "Şagird sayı az olan məktəblərin bağlanması məsələsinə baxırıq”
Sertifikasiyanın ikinci mərhələsində nələr dəyişəcək? - YENİLİKLƏR
Peşə təhsilində illərdir gözlənilən yeniliklər ediləcək
Müəllim ixtisaslarının plan yeri yenə də azaldılacaq - SƏBƏB
"356 min məzuna diplom elektron formatda verilib"
90 min müəllimin maaşına əlavə ediləcək
“Magistr üçün 2 illik müddət o qədər də vacib deyil” – Təhsil tədqiqatçısı
Peşə məktəblərinə qəbul bu gün yekunlaşır
"Həndəsəni düzgün təsvir etsək..." – Məktəblərdəki 38%-lik nəticəni necə dəyişməli?
Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
500 mindən çox şagird dərsə başlayır
Sabahdan Bakı metrosunda intervallar azaldılır
Emin Əmrullayev “SABAH.city” barədə paylaşım edib
Nazir müavini Həsən Həsənlinin Qazaxdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı BAŞLAYIR
Maddi çətinlik yaşayan şagirdlərə yeni dəstək
Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət
Təhsil Nazirliyi Özbəkistanda beynəlxalq qalmaqala səbəb oldu - Köhnə rüsvayçılıq, yeni qalmaqal
UNEC-də tələbələr üçün mobil tətbiq istifadəyə verilib
Beynəlxalq elm müsabiqəsinin nəticələri açıqlanıb
Lənkəranda qızlar üçün rəqəmsal bacarıq və karyera proqramı başlayıb
26 şagird toyuq dönərindən zəhərlənib
Azərbaycan mədəniyyəti İsveçrədə təqdim olunur

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Bakıda yerləşən 201 saylı məktəbdən və onun qanunsuz əməlləri və özbaşınalıqları ilə ad çıxaran direktoru Afaq əliyeva haqda şikayətlər səngimək bilmir. Afaq Əliyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid və şantaj yolu ilə keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidliyə məcbur etməsi, məktəbi rüşvət və korrupsiya yuvasına çevirməsi, adı olub özü məktəbə gəlməyən şagirlərə saxta qiymətlər yazdırması, dövlət əmlakını mənimsəməsi bir faktdır və dəlillərlə sübuta yetirilib. Lakin nədənsə, direktor barəsində heç bir tədbir görülmür və Afaq Əliyeva hələ də "meydan sulamağa" davam edir.

Bu ayın 10-da elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə jurnalistlər üçün təşkil olunan brifinqdə baş verənlər, Afaq Əliyevanın hələ də ən yüksək səviyyədə müdafiə edildiyini göstərir. Belə ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ictimaiyyəti, medianı və televiziya nümayəndələrini aldadaraq, Təhsil naziri Emin Əmrullayevə yalan məlumat verdi, direktora guya intizam tənbeh verildiyini və bundan sonra iişdən azad olunduğunu bəyan etdi. Ancaq apardığımız araşdırmalara əsasən deyə bilərik ki, Afaq Əliyeva 07.07.2025-ci il tarixdən məzuniyyətdədir və işdən çıxarılmayıb. Deməli, Xəzər TV-nin əməldaşı Şəbnəm Qurbansoy nazir Emin Əmrullayevə direktor Afaq Əliyeva haqda sual ünvanlayır, bu zaman nazir normal olaraq Eşqi Bağırovdan məsələnin hansı səviyyədə olduğu ilə maraqlanır. Eşqi Bağırov isə özünü Afaq Əliyevanın "qoruyucu mələyi" kimi apararaq natamam və anlaşılmaz cavab verir. Maraqlıdır görəsən, nazir Emin Əmrullayev tabeliyindəki işçinin onu aldatmasını necə həzm edir? Bu, məsələnin bir tərəfidir. Əslində iki versiya mövcuddur: Ya, Emin Əmrullayev də Eşqi Bağırovla birlikdə Afaq Əliyevanın müdafiəçisi rolunda çıxış edir, ya da nazirin işində boşluğa yol verməsinin nəticəsidir ki, tabeliyindəki əməkdaşlar bundan yararlanaraq Emin Əmrullayevi aldadırlar.

Ancaq jurnalist nazirə sual ünvanlayarkən Emin Əmrullayevin özünü qəribə aparması, həyəcanlanması, tez-tez su içməsi, yaxud əlini bədəninin müxtəlif nahiyələrinə aparması onu deməyə əsas verir ki, Şəbnəm Qurbansoy Əmrullayevi hazırlıqsız yaxalayıb. Nazir isə sualın şokundan nə edəcəyini, necə cavab verəcəyini bilməyərək Eşqi Bağırovdan məsələ ilə bağlı soruşur. Sonuncu isə onu aldadaraq yalan məlumat verir. Beləcə, tək nazir Emin Əmrullayev yox, həm də Azərbaycan ictimaiyyəti, bütün təhsil cameəsi aldadılır. Yəqin ki, həm Eşqi Bağırov, həm də Emin Əmrullayev tarixdə yalançı kimi qalacaqlar.

Üstəlik, Emin Əmrullayevi həyəcanlandıran həm də Afaq Əliyevanın imtahan vermədiyi halda direktor təyin olunması, yaxud nazirə arxalanması faktıdır. Ancaq Afaq Əliyeva özünü təmizə çıxarmaq üçün bircə səslərin ona aid olmamasını iddia kimi irəli sürür. Əgər belədirsə, niyə Afaq Əliyeva səslərin ekspertizaya göndərilməsini, yoxlanılmasını, həqiqətlərin aşkara çıxarılmasını istəmir?. Bunun üçün heç bir dövlət qurumuna müraciət ünvanlamır? Əgər səs montajdırsa, deməli Afaq Əliyeva məhkəməyə müraciət ünvanlamalı və səsin ekspertizadan keçməyini tələb etməli idi. Bu addımı indiyədək atmaması, Afaq Əliyevanın günahkar olduğunu öz-özlüyündə sübuta yetirir. Ancaq onun hələ də müdafiə olunması, direktor vəzifəsində qalması, təhsil sahəsindəki biabırçılıqdan və bu sferaya rəhbərlik edənlərin səriştəsizliyindən xəbər verir.

TehsilMedia.az

Oxşar xəbərlər

Bütün xəbərlər