Xəbər lentiwidget-title-icon

Bu gün dövlət qulluğuna qəbul imtahanı olacaq
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
DİM-in beynəlxalq sertifikatlarla bağlı tətbiq etdiyi yanaşma yeni hüquqi suallar doğurur: Attestat və qəbul imtahanları arasındakı fərq niyə araşdırılmır?
ETS: “TOEFL iBT Home Edition nəticələri rəsmidir”. Bəs DİM əlavə qiymətləndirməni hansı qanuna əsasən tətbiq edir?
1 Avqust - Azərbaycan Əlifbası və Dili Günüdür
IT tələbəsi: 580 balla qəbul olduğum ixtisasa 150 balla başqalarının qəbul olunması HAQSIZLIQDIR. Abituriyentin o balla nə biliyi olacaq?
Nazir müavini Həsən Həsənli Ağdaş rayonuna səfər edib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
Prezident Xalq şairinin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib
Peşə Təhsili imtahanlarında "suallar açıqlansın" tələbi - Suallar niyə gizli saxlanılır?
Yeni təmayül tədris modeli: hüquqi və pedaqoji ziddiyyətlər modeli
9-cu siniflər üçün VACİB xəbər - Kolleclərdə ən aşağı keçid ballı İXTİSASLAR
5 qat RFO qalibi Qarabağ Universitetini seçib
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək
“Azərbaycan Şahmat Turu” çərçivəsində təşkil olunan turnirə yekun vuruldu
Elmin İnkişafı Fondu tərəfindən keçirilən qrant müsabiqəsində qalib LAYİHƏ
BMU-da ikili diplom proqramı çərçivəsində 4 ixtisas üzrə qəbul davam edir
Beynəlxalq könüllülük layihəsinə qeydiyyata start verilib - WFID 7ci forumu
Yeni təmayül tədris modelinə niyə maraq yoxdur?
Vilayət Vəliyevin yerinə rektor təyin olundu
Mədəniyyət təhsilində yeni istiqamət
Natiq Əliyevə “Firidun bəy Köçərli” mükafatı təqdim olunub
Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb
Məleykə Abbaszadə Yüksəlişin qalibləri ilə görüşüb

Zaur Mikayılovdan rekord – 8 aya 21 milyonluq 41 tender

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti (əvvəlki “Azərsu”) cari ilin 8 ayı ərzində 41 tender keçirib.
Reportyor.info xəbər verir ki, bu tenderlər təmir işlərindən tutmuş ehtiyat hissələrinin satın alınmasına qədər ən müxtəlif satınalma predmetlərini əhatə edir.

41 tender üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 21 526 815,16 manat təşkil edir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin keçirdiyi tenderlərdə qalib gələn şirkətlərin bir çoxu haqqında açıq mənbələrdə məlumat yoxdur. Bu da tenderlərin şəffaflığına müəyyən şübhələr yaradır. Çünki adətən bu barəsində hər hansı məlumata rast gəlinməyən şirkətlərdən şübhəli tender əməliyyatlarında istifadə edilir.
Nümunə olaraq “İnterkabel” Firmasını göstərmək olar. Bu şirkət 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Ramil Arif oğludur. Ramil Babayevdən əvvəl şirkətə Molanov Yasin Xanoğlan oğlu, ondan əvvəl isə Manafov Rafiq Hidayət oğlu rəhbərlik edib.
Hər üç şəxs haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. “İnterkabel” Firması barəsində də məlumatlar məhduddur.

“İnterkabel” Firması İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin elektrik kabellərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 467 048,72 manatdır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin keçirdiyi tenderlərdə qalib seçilən şirkətlərdən biri də “Az-Tex-İmport” MMC-dir.Bu şirkət 19 iyul 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 226 010 manata çatdırıb. Hüqüqi ünvanı Bakı şəhəri Xətai rayonu, Telnov küçəsi, ev 2347/48 mənzil 290-da yerləşən “Az-Tex-İmport” MMC-nin qanuni təmsilçisi İbadullayev İlkin Sahib oğludur. Açıq mənbələrdə İlkin İbadullayev haqqında heç bir məlumata rast gəlinmir.

“Az-Tex-İmport” MMC haqqında məlumatlar məhdud olduğundan onun maddi-texniki bazasının hansı səviyyədə olduğu məlum deyil. Bu şirkət kabel sınaq və diqanostika cihazları üçün nəqliyyat vasitəsinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 540 000 manatdır.
Tenderlərdə qalib seçilən şübhəli şirkətlərdən biri də “B2B”MMC-dir. Bu şirkət 19 aprel 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.

Ramal Bəşirov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən “Caspel” şirkətində çalışıb. Bu barədə mediada yazılıb.
Mediada gedən başqa bir məlumata görə isə “B2B Group” MMC-nin də sahibinin keçmiş məmurdur.
İddialara görə, şirkət sahibi 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Səbail Rayon İdarəsinin keçmiş rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışmış general-mayor Elçin Əliyevə məxsus olub.
Elçin Əliyev “MTN işi” çərçivəsində tutduğu vəzifədən azad edilib.
Lakin “B2B Group” MMC-dən bu barədə mediaya verilən açıqlamada şirkətin Elçin Əliyevə məxsus olduğu barədə məlumat təkzib edilib.Beləliklə, göründüyü kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin keçirdiyi tenderlərdə qaranlıq məqamlar kifayət qədər və bütün bunların daha dərindən araşdırılmasına ehtiyac var ki, bu da medianın işi deyil.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərir.
ADSEA-nın rəhbəri Zaur Mikayılovdur. O, 2023-cü ildə bu vəzifəyə təyin olunub.
Zaur Mikayılov bir müddət əvvəl qudalarını ADSEA-da yüksək vəzifəyə təyin etməklə gündəmə gəlmişdi.

Oxşar xəbərlər

Bütün xəbərlər