Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

AYNA BNA-nın yolunu gedir – Eyni şirkətlə 986 minlik sövdələşmə

AYNA BNA-nın yolunu gedir – Eyni şirkətlə 986 minlik sövdələşmə

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol nişanları, dirəkləri, sürət məhdudlaşdırıcı süni maneələr, məlumat lövhələri, tənzimləyici nəqliyyat güzgülərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Reportyor.info xəbər verir ki, tenderin qalibi “Yol Xətt” MMC seçilib.
AYNA ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 986 031,6 manatdır.
Adətən tender elan ediləndə ehtimal olunan satınalma predmeti üçün ehtimal olunan qiymət müəyyənləşdirilir və müsabiqənin qalibi seçilən şirkətlərin qiymət təklifi ehtimal olunan qiymətdən aşağı olur.
Bu tenderdə ehtimal olunan qiymət müəyyənləşdirilməyib. Hər halda dövlət satınalmalarının vahid elektron portalında bununla bağlı heç bir qeyd yoxdur.
Tenderin qalibi seçilən “Yol Xətt” MMC-yə gəlincə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə bu şirkət 3 iyul 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, 11-ci Dağlıq 3105-ci məhəllədə yerləşiri. “Yol Xətt” MMC-nin qanuni təmsilçisi Həsnov Zaur Mail oğludur.
“Yol Xətt” MMC yol nişanlanma xətlərinin çəkilməsini, yol nişanlarının istehsalını və satışını, eyni zamanda təhlükəsizlik sədlərinin, yol avadanlıqlarının (delinator, konus, təhlükəsizlik səddi, şəxsi park baryeri, sütun və künc qoruyucu, avto sürətkəsici, qollu baryer, montar baryer, maşın stoperi, təhlükəsizlik güzgüləri və flaşlar, Yol tələsi və s) satışını və quraşdırılmasını həyata keçirir.Zaur Həsənova gəlincə, yol infraskturunda çalışır. Bu barədə şirkətin saytında qeyd edilib.
“Yol Xətt” MMC ən çox tender udan şirkət kimi tanınır. Mediada gedən məlumatlara görə təkcə 2019-2022-ci illərdə qatıldığı tenderlərdə 16 087 993 manatlıq sifariş qazanıb.
Şirkət əsasən AYNA-nın sələfi Bakı Nəqliyyat Agentliyinin (BNA) tenderlərinin qalibi olub. Görünür, AYNA da sələfinin ənənəsini davam etdirmək qərarına gəlib.
Bu günlərdə Baş Prokurorluq dövlət satınalmalarındakı korrupsiya hüquqpozmalarını açıqlamışdı. Açıqlamadan bir hissəni təqdim edirik: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış təhlillərə əsasən, dövlət satınalmaları sahəsində tender komissiyasının üzvləri tərəfindən rüşvət alınması müqabilində eyni şirkətin və ya eyni şəxsə məxsus olan şirkətin mütəmadi olaraq qalib elan edilməsi, prosedurun sonunda tərtib edilmiş qərar və ya protokolda imzaların saxtalaşdırılması, təchizatçılarla qohumluq və ya digər əlaqələrinin mövcudluğunun gizlədilməsi, qeyri-qanuni sövdələşmələr nəticəsində azad rəqabət mühitinin məhdudlaşdırılması və digər növ korrupsiya hüquqpozamalarına daha çox rast gəlinir”.

Oxşar xəbərlər

Bütün xəbərlər