Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Tovuzun “pul yeyən” bərbad yolları – İcra başçısının sevimli şirkətləri və şübhəli tenderlər

Tovuzun “pul yeyən” bərbad yolları – İcra başçısının sevimli şirkətləri və şübhəli tenderlər

Tovuz rayonunda mərkəzi yollar yararlı olsa da, kənd yolları və məhəllə yollar bərbad vəziyyətdədir. Rayon sakinləri payız-qış aylarında yararsız yolların üzündən min bir əziyyətə qatlaşmalı olur.

Tovuz Azərbaycanın böyük rayonlarından biridir. Rayonun sosial-iqtisadi inkişafını təmin etmək üçün dövlət büdcəsindən də kifayət qədər vəsait ayrılır.
Ayrıca yolların əsaslı təmiri ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti vaxtaşırı tender elan edir.
Bu tenderlərin qalibi əsasən “Göygöl Tikinti” MMC, “Ərdağı” MMC olur.

tehsilmedia.info xəbər verir ki, Reportyor.info-nun apardığı araşdırmalar zamanı məlum olub ki, təkcə 2023-cü ildə “Göygöl Tikinti” MMC icra hakimiyyətinin keçirdiyi 5 tenderin qalibi olub və bir gündə şirkətlə 5 müqavilə imzalanıb.
Maraqlıdır ki, imzalanan müqavilələrin hamısında yolların əsaslı təmiri nəzərdə tutulub. Müqavilələrin toplam maliyyə dəyəri isə 305 517.98 AZN təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Göygöl Tikinti” MMC 11 avqust 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Şəmkir rayonunun Düzqışlaq kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Tağıyev Anar Əhməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.
Maraqlıdır ki, şirkət yarandığı qısa müddət ərzində satınalma müsabiqələrində fəal iştirak edib və yuxarıda qeyd etdiyimiz kimi əsasən Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qalibi seçilib. Bu isə icra hakimiyyəti ilə şirkət arasında hansısa mübhəm sövdələşmə barədə şübhələr yaradır.

“Ərdağı” MMC-yə gəlincə, bu şirkət 2022-ci ildə Tovuz Rayon İcra Hakimiyyətinin keçirdiyi iki iriməbləğli tenderin qalibi olub. Bunlardan biri Tovuz rayonunda yolların əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsi olub ki, tərəflər arasında bağlanan müqavilənin maliyyə dəyəri 529.971,69 AZN təşkil edib. Digər tender isə Tovuz şəhəri və Bozalqanlı kəndində yolların əsaslı təmiri ilə bağlı olub. Bu lot üzrə icra hakimiyyəti ilə şirkət arasında maliyyə dəyəri 248.501,33 AZN təşkil edən müqavilə bağlanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Ərdağı” MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhərində fəaliyyət göstərən asfalt zavodunda yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur.
Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı məlumat yoxdur. “Ərdağı” MMC-yə gəlincə araşdırmalarımız zamanı bəlli olub ki, 10 manatlıq şirkət vaxtaşırı iri məbləğli tenderlərin qalibi olub.

Qeyri-rəsmi məlumatlara görə, MMC-nin qanuni təmsilçisi Nazim Məmmədov proxy şəxsdir. Şirkət əslində Gəncədəki məmurlardan birinə məxsusdur.
“Ərdağı” MMC ilə bağlı araşdırma apararkən o da aydın olub ki, artıq şirkətin adı vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatlarda çıxmır. Görünür, sözügedən MMC-nin tender oyunlarında iştirakı barədə mediada yer alan məlumatlar şirkətin sahibi, yaxud sahiblərini narahat edib.
Yeri gəlmişkən, 2020-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Ərdağı” MMC arasında maliyyə dəyəri 1 997 796,43 AZN təşkil edən müqavilə imzalanıb. Amma dövlət satınalmalarının internet portalında qalibin adı gizlədilib. Hələ o zaman media bu faktı əsas gətirərək “Ərdağı” MMC-nin şübhəli şirkət olduğunu yazırdı.
Göründüyü kimi bir il ərzində Tovuzun yollarına 2 milyon manata yaxın pul “səpilib”. Rayon sakinləri isə deyir ki, yollar heç də təmirdən çıxmış yollara oxşamır.
Görünür, şübhəli şirkətlərlə bağlanan müqavilələr başqa məqsəd daşıyır.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, 2018-ci ildən bu vəzifəni daşıyır.

Oxşar xəbərlər

Bütün xəbərlər