Xəbər lentiwidget-title-icon

Daha bir universitetdə hüquq və tibb ixtisaslarının açılması planlaşdırılır - EKSKLÜZİV
Kollec tələbəsi bıçaqlanıb
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
Tələbə qızların fotolarını yayıb, silmək üçün pul tələb edirlər
Müəllim və tələbələr üçün “İlk yardımın göstərilməsi” mövzusunda təlim keçirilib
BDU Jurnalistika fakültəsinə yeni dekan seçiləcək - NAMİZƏDLƏR
“TəhsilPlus”la ödəniş zamanı yaranan çətinliklərin səbəbi AÇIQLANIB
BMU-nun tələbəsi vəfat edib - FOTO
Kənd məktəblərinə gedən müəllimlər üçün 21 milyon manat ayrılacaq
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramına müraciət başlayıb
150 məktəbə şagird sayına görə pul ayrılacaq
Bağça müəllimlərinin sertifikatlaşdırılmasında suallar bu mövzulardan olacaq
Google məktəblərə süni intellektdən istifadə şərti qoyur
Gimnaziyada 50 minlik MƏNİMSƏMƏ - Nazirlik məhkəməyə üz tutdu
Bağça müəllimlərinin sertifikasiya sənədi açıqlanıb
Müəllimlərdən sonra tələbələrə də nəqliyyat güzəşti təklif olunur
Gəncədəki bağça ilə bağlı iddialar araşdırılıb - RTİ
Türkiyədə təcrübə keçən tələbələr rektorla görüşüb
Sumqayıtda yeni körpələr evi-uşaq bağçası fəaliyyətə başlayır
Magistr və doktorantlar üçün süni intellekt dəstəkli təlim keçiriləcək
Deputat: Şagirdlərin kitabxanalara maraq göstərmədiyini açıq-aydın müşahidə edirik
Səbinə Əliyeva yenidən Ombdsman seçilib
DİM-də rəqəmsal SAT imtahanı təşkil olunacaq
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

"Elmdə qadınlar” konfransı keçirilib - FOTOLAR

Aprelin 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Elmdə qadınlar” adlı konfrans keçirilib. 
 
"tehsilmedia.info" xəbər verir ki, konfransdan əvvəl ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyulub və Heydər Əliyev Muzeyi ziyarət edilib. 
 
Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova və digər şəxslər iştirak ediblər.  
 
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyev, akademik Zərifə xanım Əliyeva və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb. Fuad Nəcəfli ölkə Prezidenti cənab İlham Əliyevin "Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı ilə görkəmli elm xadiminin yubileyinin geniş şəkildə qeyd olunduğunu bildirib. 
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı ömür yolundan söz açıb, oftalmologiya elmində müstəsna xidmətlərinin olduğunu qeyd edib.  
 
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək Zərifə xanımın oftalmologiya elminin inkişafına dəyərli töhfələr verdiyini, bu sahə üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsinə böyük əmək sərf etdiyini, bir-birindən dəyərli 150-dən çox elmi əsər, 12 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olduğunu diqqətə çatdırıb. Nazir müavini Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəslinin yetişdiyini və alimin özündən sonra dəyərli məktəb qoyduğunu vurğulayıb.

Nazir müavini qeyd  edib ki,  Zərifə xanım Əliyeva müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı olmaqla yanaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Firudin Qurbanov əlavə edib ki,  Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə - dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
 
Tədbirdə daha sonra çıxış edən digər qonaqlar akademikin tibb elmi üçün əvəzsiz irsindən, mənalı ömür yolu və yazdığı tədqiqat əsərlərindən bəhs ediblər. 
 
Daha sonra "Azərbaycan qadını, anası, həkimi, akademik Zərifə xanım Əliyeva” esse müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.  Eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə yüksək balla qəbul olunan bir qrup tələbəyə hədiyyələr verilib.  
 
Konfrans bədii hissə ilə davam edib. Naxçıvan şəhəri 11 nömrəli körpələr evi – uşaq bağçasının uşaqlarının ifasında kompozisiya nümayiş olunub, həmçinin Naxçıvan Dövlət Universitetinin simfonik orkestri mahnı nömrələri səsləndiriblər.

Oxşar xəbərlər

Bütün xəbərlər